Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pəhriz saxlamanın ailə həyatınıza təsiri
Pəhriz saxlamanın ailə həyatınıza təsiri
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 528
Səs ver:
Çəkiniz sizi narahat edir və siz arıqlamaq istəyirsiniz?  "Bəli" dediniz? O zaman bu məsləhətləri diqqətlə oxuyun. Siz öz çəkinizin artıqlığı haqqında həmişə düşünürsünüz və bu, həm sağlamlığınız, həm də eşq həyatınız üçün təhlükəlidir. İndi çəkinizə nizam verməyin tam zamanıdır!

Həm yorular, həm də yorarsınız
Həmişə pəhrizdə olmaq, yediklərinizin yağlılıq dərəcəsini və kalorisini endirmək, yoldaşınızla birlikdə gözəl film izləyərkən sifariş etdiyiniz pizzadan yeyə bilməmək, cipsdən keyf almamaq və sonda şokoladlı tortdan dadmamaq - bütün bunları düşünmək və özünüzlə mübarizə aparmaq sizi yora bilər.

 Bezdirici olarsınız
Pəhriz zamanı "Yemək istəyinə qarşı mübarizə aparacağam" deyərək birdən-birə əsəbi adama dönəcəksiniz. Buna görə də həyat yoldaşınız və ya rəfiqələrinizlə birlikdə çöldə ləzzətli yeməklərdən dadaraq, maraqlı və şən vaxt keçirə bilməyəcəksiniz. Bununla da darıxdırıcı insan olarsınız. Hər zaman pəhriz saxlayan adamla axşam yeməyinə çıxmaq belə böyük risk olarsa, sizcə, bundan sonra gözəl bir evlilikdən, sevgidən əsər-əlamət qalarmı?

Özünüzə olan inamı itirə bilərsiniz
İştahınızı itirdiyiniz zaman həm fiziki, həm də psixoloji səbəblərdən dolayı cinsi həyatınıza olan istəyi azaldar. Bədəninizi lazımi maddələrdən məhrum edəcəksiniz və bəzi hormonlar normal faliyyət göstərməyəcək. Bununla da sizin cinsi həyatınıza marağınız və istəyiniz azalacaq. Yoldaşınızla bayıra çıxanda özünüzü onun yanında cazibədar hiss etməyəcəksiniz və özünüzə olan inamınız azalacaq.

Həyat yoldaşınızı xoşbəxt etməyəcəksiniz
Evdə hər zaman pəhriz yeməklərinin bişməsi yoldaşınızın da pəhriz tutmasına gətirib çıxarar. Bəs o, bunu həqiqətən istəyirmi? Məcburi pəhriz heç kimi sevindirə bilməz. Əgər özü xoşbəxt deyilsə, sizi necə xoşbəxt etsin?

 Həm çəkinizi, həm də evliliyinizi necə qurtara bilərsiniz?

* Yeməyə olan sağlıqsız sevginizdə problemlər varsa, o zaman psixoloqdan kömək istəməyi yoxlayın.

*   Yemək mövzusunu düşünməyin vərdiş halına gəlməsinə yol verməyin. Həyat yoldaşınızla hər dəfə yemək yeyəndə "Neçə kalori alacağam" deyə fikirləşməyin.

* Sizin üçün şok olan pəhrizdən uzaq olun. Bu, həm əsəbilik, həm də depressiyaya girmək dərəcənizi artırar. Bu da evlilik həyatınıza zərər verər.

*   Pəhriz üçün özünüzü çox sıxmayın. Çətin pəhriz qaydalarından uzaq olun. Və hərdən yoldaşınızla birlikdə olarkən özünüzü sevindirin.

* Yoldaşınızı sizinlə birlikdə pəhriz tutmağa məcbur etməyin. Eyni masada fərqli yemək çeşidləri olsun. Bezdirməmək şərtilə ona yediklərinizin necə sağlıqlı olduğunu izah edin.


Şərhlər: 10
Baxılıb: 528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
evli xanimlar pehriz saxlayarken oxusunlar
8 iyul 2015 15:50
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Pehriz saxlasam lap olerem ayaq uste :)
7 iyul 2015 07:33
# 9
Catwoman666
pehriz saxlamiram onsuzda
6 iyul 2015 22:39
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
wenikmurik
bizde erim meslehet gorur idman et saglam ol pehriz tutandada sade pehriz coreyi azaldram ifsyo
5 iyul 2015 23:41
# 7
Bugunume wukr!
ayka95
men hec pehriz saxlamiram cekimde ozu

me oygundu
5 iyul 2015 23:35
# 6
Tomris Müslümova
Məncədə ən önəmlisi bezdirici olarsız çünki bütün fikir qalie pehrizde ancaq onu düşünürsən
5 iyul 2015 23:05
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Pehriz saxlasamda hec kimi eyni yemeyi yemeyini istemerem , sadece olaraq biraz esebi oluram
5 iyul 2015 21:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Pehriz saxlaya bilmirem, alinmir mende..
5 iyul 2015 20:32
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Pehriz saxlaya bilmirem hec)
5 iyul 2015 20:20
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Heç pehriz saxlayan deyilem,ne hazırlasam ondan yeyirik bütün aile,faydalı meslehetlere göre teşekkür.
5 iyul 2015 20:14
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz