Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın əritmək istəyənlərə xüsusi məsləhətlər
Qarın əritmək istəyənlərə xüsusi məsləhətlər
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 17
Baxılıb: 7426
Səs ver:
Standart bir çəkiyə sahib olan hər bir kəsin də az qala ən böyük problemlərindən biri heç şübhə yox ki, göbək bölgəsi piylənməsidir. Göbək bölgəsi yağlanmaları , əslində doğru üsullar ilə asanlıqla problem olmaqdan çıxardıla bilir.
İncə bir bədənə sahib olduğu halda qarın piylərindən əziyyət çəkənlərlə çox tez-tez rastlaşırıq. Hətta bəziləri televiziyalarda reklamı edilən maraqlı görünüşlü qarın əridən alətlərdən satın belə alırlar, lakin yenə də istədikləri bədən formasına nail ola bilmirlər. Yaxşı, bəs səbəb nədir, qarın piylərindən azad olmaq niyə bu qədər çətindir? Gəlin mütəxəssis fikirlərinə birgə göz ataq.
İstədiyiniz nəticəni əldə etmək istəyirsinizsə, mütəxəssis təkliflərinə əməl etməli və səbir göstərməlisiniz. Möhkəm və düz bir qarına sahib olmanın "açarı" əslində budur. İstənilən ölçülərdə, düzgün və mütənasib bir bədənə sahib olmaq və sizdə komplek yaradacaq qarından xilas olmaq üçün bunlara diqqət yetirməniz lazımdır:  Düz bir qarın istəyirsinizsə, diqqət yetirməniz lazım olan ən əhəmiyyətli nöqtə qidalanma mövzusudur. Yağlardan xilas olmaq üçün əvvəlcə qan şəkəri səviyyəsini nəzarət altına almanız lazımdır. Bu da ən yaxşı gündə 4-6 dəfə yeməklə təmin edilər. Təbii 6 pay deyincə ağılınıza masalar dolusu yemək gəlməsin. Bir pay, tərəvəzli bir omlet də ola bilər, meyvəli salat da, ya da yarım stəkan düyüdən hazırlanan plovla bir parça toyuq və bolluca salat və ya bir alma. Təməl olaraq üç əsas və üç ara pay qəbul edə bilərsiniz. Beləcə ehtiyacınız qədər zülal və karbohidrat və az miqdarda da yağ qəbul etmiş olarsınız.

Nisbətlər
Alınan kalorini yüzdə 80-nin karbohidratlardan gəlməsi halında , möhkəm və düz bir qarına sahib olmaq o qədər də mümkün olmur. Ərzaqlar dəyişə bilər, amma kalorilərin yüzdə 55-dən çoxunun karbonhidratdan alınması, bədəndəki yağdan qurtulmada bir köməkçi olmaz. Əhəmiyyətli olan, yüzdə 55 sərhədini aşmamaqtır .

Zamanlama
Bədənə daxil olan yağın miqdarı azaldıqca, bədən bir növ həyəcan təbili çalar, alınan yağı yığmağa çalışar. Bu səbəblə gün içində hər 2-3 saatdan bir, bir qədər sürətli hərəkət etmək təklif edilir. Bu, bədəndəki yağı "yandırmağa" köməkçi ola bilir.

Kalori
Yuxarıda göstərilənlərdən hamısını tətbiq etdiyiniz halda, yenə də düz bir qarına sahib ola bilməyənlər, çəkilərini sabit tutmaq üçün gündə neçə kalori alacaqlarını öyrənmələri lazımdır. Bunu da bir az sınaq yolu ilə öyrənə bilərsiniz. Ayrıca, qəbul etdiyiniz cəmi kalorini , neçə qram protein, karbohidrat və yağ qəbul etdiyinizin də qədərini yazmalısınız.

Kalori azaltma
Çəkini sabit saxlamaq üçün alınması lazım olan gündəlik kalori miqdarı olduqdan sonra, alınan kalori miqdarının 200 kalori qədər azaldılması lazımdır. Hədəf, yeyə bildiyiniz qədər yeyib, yenə də yağ yandırmağa davam etmək, amma bu vaxt da əzələ itkisinə uğramamaqdır. İlk həftədən sonra verdiyiniz çəkidən çox , bədəndə yığılmış su olacaq. Əsas ondan sonra çəki verməyə başlayacaqsınız.

Ardıcıllıq
Həftənin 6 günü bu proqram tətbiq edin, həftədə bir gün istənilən bir qidadan bir boşqab qəbul edə bilərsiniz. Ancaq burada əhəmiyyətli olan şey ifrata armamaqdır. Çünki qan şəkəri səviyyəsi təkrar yüksələ bilər ki, bu da yağ yandırmanızı dayandırar.

Ağır çəki qaldırmaq
Həftədə 2-3 dəfə ediləcək 35 dəqiqəlik ( bir saata da ola bilər ) ağır çəki qaldırma , həm bədəndəki əzələ kütləsini , həm də maddələr mübadiləsi sürətini artırar, çünki əzələ yağdan daha çox kalori yandırar. Bu şəkildə gündə 30 ilə 50 arası kalori yandıra bilərsiniz. Ağırlıq işinə qarın məşqlərini də daxil etməlisiniz. Beləcə bir tərəfdən bədəninizdəki yağ miqdarını azaldarkən, digər tərəfdən də qarınınızı "yığmış" olarsınız.

Kardio məşqlər
Həftədə 3-5 gün, 30-40 dəqiqəlik orta sıxlıqda ürək məşqləri ( gediş, qaçış, üzgüçülük, velosiped və s. ) edilməsi də təklif edilənlər arasındadır. Başlanğıc olaraq məşqin intensivliyi pilləli olaraq artırılmalıdır. Əgər çəkiniz sizi daha çox narahat edirsə, həftənin iki günü daha sıx program tətbiq edə bilərsiniz. Bunu nizamlı tətbiq etməklə, yediklərinizə də həmçinin diqqət edərək və bu altproqramı isə hər 3-4 həftədə bir dəyişdirsəniz, düz bir qarına sahib ola bilərsiniz.


Şərhlər: 17
Baxılıb: 7426
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
bele prablemimim yoxdu gunde o qeder herket edirem ki normal cekide qaliram arigam biraz hamida oldugu kimi yemek yeyende qarnim cixir o da sora kecib gedir tesekkurler..
13 may 2015 18:37
# 17
EsmaNur
1 ara qarnim var idi indi wükür yoxdu
13 may 2015 15:30
# 16
cinqosh
qarnım da var, gecələr durub acgöz kimi yemək yeməyim də var....çətin düzələm eeyy. agla təşəkkürlər xəbərə görə.
13 may 2015 12:01
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Antikvar
Heç çəkiylə bağlı problemim yoxdu)Haçan yemək istəsəm yeyərəm amma gecələr daha çox meyvələrə üstünlük verirəm.Həmdə günü 3,4,saat gəzirəm bəlkə kökəlməməyimin,düz qarın olmaqımın bir səbəbidə budu)
13 may 2015 00:27
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
qarin eritmekcin usullari bilirem
12 may 2015 22:21
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ayten666
Qarnim var.hami deyir iki usaq dogmusan elasan Ama yox tam duz isdiyirem.deniz gelire
12 may 2015 22:13
# 12
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
ILAHE_
Mende bir az qarin var. Istiyerem hec olmasin.
12 may 2015 21:34
# 11
qanadli melek
Tek qarnimin yox her yerimin erimesini isteyirem
12 may 2015 21:21
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Ən çox insanın qəbul etdiyi karbohidrahtlar qarında toplanıb piy əmələ gətirir buna görə çox az istifadə etmək lazımdır karbohidratları o zaman piydə olmaz )
12 may 2015 21:11
# 9
Tomris Müslümova
mamamda var bele sey ama men xalama oxsamisam qarin deyilen sey yoxdu mende
12 may 2015 21:09
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Wukur bele problemim yoxdur
12 may 2015 21:04
# 7
SVETA
adsiz-a
Qarnim yoxdur,mennen olsa isterem birazda ariq olum amma pehriz qoymullar eliim
12 may 2015 20:52
# 6
xeyalperest
Menim artiq cekim var ama bextim onda getiribki kokelende her terefli kokelilerem yeni yag bir yere yigilmir insanlar taniram qarin ne boyda ayaqlar ariq ya nem ayaqlar arxa hisse kokelib ama bel nisten ariq.wukurki mende bele deyil.ama qarinin ele pis gorunmesinin qarşisini almaqda bir yolda istifade edirem odaki qarnimi arxaya vererek gezirem.hem ezeleler dartilir.hem qida qebul etmemeli oldugmu yeniki artiq qida qebulunun qarşisini alir mende.hemde ele olduqda belim ince gorsenir.ve men dahada ariqlamaga sovq edir.duzu burda yazilan kalori sohbeti mene sixici gelirki ay kalorini hesabla ne bilimne bunlar uzun sohbetdi en yaxsisi doymamiş sufreden durmaqdi tewekkur

Menim artiq cekim var ama bextim onda getiribki kokelende her terefli kokelilerem yeni yag bir yere yigilmir insanlar taniram qarin ne boyda ayaqlar ariq ya nem ayaqlar arxa hisse kokelib ama bel nisten ariq.wukurki mende bele deyil.ama qarinin ele pis gorunmesinin qarşisini almaqda bir yolda istifade edirem odaki qarnimi arxaya vererek gezirem.hem ezeleler dartilir.hem qida qebul etmemeli oldugmu yeniki artiq qida qebulunun qarşisini alir mende.hemde ele olduqda belim ince gorsenir.ve men dahada ariqlamaga sovq edir.duzu burda yazilan kalori sohbeti mene sixici gelirki ay kalorini hesabla ne bilimne bunlar uzun sohbetdi en yaxsisi doymamiş sufreden durmaqdi tewekkur
12 may 2015 20:35
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Qarnim yoxdur. Qarni olanlarcun xususi dieta ve idman edilmelidir
12 may 2015 20:32
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Qarın piylənməsi Sadəcə düzgün qidalanmamaqdan və birdə çox yeməkdən yaranır. Düzgün qidalansaq yeməyi yavaş yavaş yesək belə problemlərlə rastlaşmarıq
12 may 2015 20:20
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Happy
Artiq cheki kimi 1 derdim yoxdu. Eksine kokelmek isteyirem)
12 may 2015 20:11
# 2
Luna-90
Bunlari edirem
12 may 2015 20:02
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz