Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamaq istəyirsiniz?
Arıqlamaq istəyirsiniz?
Göndərən: Nazlı_qız
Şərhlər: 20
Baxılıb: 1723
Səs ver:
Son zamanlar qadınların bəlasına çevrilib bu köklük. Kimisi yalnız ac qalmaqla, ya da güclü idmanla məşğul olmaqla problemin öhdəsindən gələcəyini düşünür. kimisi də heç bir yol tapa bilməyib, əsəb gərginliyi yaşamaqda davam edir. Təbii ki, bəzən də olur, arıqlayandan sonra birdən-birə yarana biləcək dəri sallanmasını, selüliti nəzərə almırlar. Bu problemlərlə qarşılaşmamaq üçün idman və pəhrizdən eyni vaxtda istifadə etmək məsləhət görülür.
Elə isə arıqlamağa kömək edən qidalar hansılardır?
 
Orqanizmdə qış fəslindən qalan artıq piylər yaya doğru əriməyə başlayır. Gözəl və cazibədar görünmək istəyənlər üçün kökəlmək əməlli-başlı iş olur. Zəifləmək naminə qidadan üz döndərənlər də olur. Əslində, bu, düzgün deyil. Əsl pəhriz təbii yolla, yeyməklə saxlanılır. Burada ən əsas məsələ qida seçiminə diqqət etməkdir. Bəs insanı zəiflədən qidalar hansılardır? Pəhriz saxlayanlar ən çox nə içməli, nə yeməlidirlər? Mütəxəssislər insana toxluq verən qidalara üstünlük verməyi məsləhət görürlər. Məsələn: İştah azaldan vasitələrdən biri də gündəlik maye qəbulunun həcmini artırmaqdır. Yaş və boya görə miqdar dəyişsə də, orta hesabla hər gün 2-3 litr su içmək iştəhanı azaltmaqda sizə kömək edəcək. Bitki çaylarından da istifadə etmək bu hesaba daxildir. Yaşıl çay, darçınlı çay kimi içkilər arıqlamaq istəyənlər və az yeməyi üstün tutanlar üçün yaxşı seçimdir.
 
 Su içmək vacibdir. Suyun super qida kimi qəbul edilməsinin ən əsas səbəbi onun "sıfır kalorili" olmasıdır. Əgər yüksək kalori ehtiva edən içkilərdən istehlak etsəniz, bunu tarazlaya bilmək üçün daha az yemək məcburiyyətində qalarsınız. Araşdırmalar göstərir ki, karbohidratları içməkdənsə, yemək daha yaxşıdır. Su bütün orqanizm üçün xüsusi əhəmiyyət daşıyır və günün hər saatında içilə bilər. Adi suyu içməyi xoşlamayanlar içinə təzə meyvə dilimləri atıb, bir az gözlədikdən sonra içə bilərlər.

Quru paxla növləri (noxud, mərcimək, lobya, maş), lifli qidalar (kəpəkli taxıl məhsulları, yarma plovu, kəpəkli düyü). Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla təzə paxla ilə müqayisədə daha qidalıdır. Paxla həzmi asanlaşdırır, sidik yollarını təmizləyir. Böyrəklər üçün olduqca faydalıdır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qandakı şəkər miqdarını artırdığından, şəkərli diabet xəstələrinə tövsiyə edilmir.

Quru paxlalıların tərkibində liflər olduğuna görə, özünüzü tox hiss etmənizi təmin edir. 1,5 stəkan quru maş lobyada təxminən 8 qram lif, 7 qram zülal və təxminən 110 kalori var. Paxlalıları yemək kimi qaynadıb, salat və şorbaların içinə də əlavə etmək olar.

Qatıq. Yağsız qatığın tərkibində olan kalsiumun zəiflədici təsirə malik olduğu təcrübələrlə sübut edilmişdir. Təcrübələrin birində gündə 3 boşqab yüksək kalsiumlu və yağsız qatıq istehlak edən kök fərdlər, aşağı kalsium və yağlı qatıq yeyən kök fərdlərlə müqayisədə yüzdə 22 daha çox kilo və yüzdə 61 daha çox bədən yağı itirmişdir. Buradan alınan ən təsiredici nəticə isə yüksək kalsiumlu və yağsız qatıq yeyənlərin yüzdə 81 daha çox qarın bölgəsindəki yağlarını itirmələridir.
Qatığın tərkibində karbohidrat və zülal mineralı birlikdə olduğu üçün qan şəkərinin nizamlanmasında və aclığa nəzarət etməkdə təsirlidir.
 
 Yaşıl salat. Aşağı kalorili salatlar əsas yeməkdən əvvəl yeyildikdə insanın özünü doymuş hiss etməsinə səbəb olur. Aparılan araşdırmalara görə, yeməklə birlikdə yeyilən aşağı kalorili kiçik salat yemək payında alınan kalorini yüzdə 7, böyük bir salat isə yüzdə 12 azalda bilir. Ancaq araşdırmanın nəticələri yüksək kalorili salatlar üçün tərsinin doğru olduğunu aşkara çıxardıb. Pay zamanı yeyilən yüksək kalorili kiçik bir salat alınan kalorini yüzdə 8 artırarkən, böyük bir salat yüzdə 17 artırır.

Şorba (ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba). Əsas yeməyə başlamadan əvvəl içilən ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba adama doymuş hissi verir. Beləcə, insan əsas yeməyə keçəndə özünü tox hiss etdiyi üçün daha az kalori alma meylində olur. Aşağı kalorili şorbalar aclıq hissini aradan qaldırmaqda çox işə yarayır.
 
Yaşıl çay. Bir böyük stəkan buzlu yaşıl çay və ya bir böyük stəkan isti yaşıl çay içmək arıqlamağa yaxşı təsir göstərir. Aparılan təcrübədə mütəxəssislər belə bir nəticə əldə etmişlər: könüllü olaraq 3 ay ərzində hər gün bir şüşə yaşıl çay içənlər, digər qrupa nisbətdə daha çox yağ itiriblər. Mütəxəssislərə görə, yaşıl çayın içində olan kateinler (faydalı bir kimyəvi maddədir) kalorini azaldır və çəki itirilməsinə kömək edir.


Şərhlər: 20
Baxılıb: 1723
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
EsmaNur
bunlardan istifade edirem 1 ay erzinde 6 kilo ariqladim
25 aprel 2015 13:28
# 20
tek umidim sen
Anamla atam ikiside diyetadadi)))ve bu qidalardan istifade edirler
25 aprel 2015 11:35
# 19
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
ariqlamağa ehtiyacim yoxdur,normada yeyirem her şeyden,herden biraz gezirem heyetde ele,demek olar ki neçe ildir bir çekideyem ne qalxmir ne düşmür.
25 aprel 2015 06:50
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Brilliantam
Qisda kokelirem yayda ariqlasiram

Halhazirda 62 kiloyam 3 kilo ariqlasam ela olar.
25 aprel 2015 01:34
# 17
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Nezka
Şorba və balığı heçç sevmirəm
25 aprel 2015 00:28
# 16
İçimi görsən mənə aptek alarsan.
emis
yeterince arigam 1-2 kilo kokelen kimi depressiya dusurem hemin deyqe,yemeyime fikir verirem ve idman edirem formada qalmaq ucun. ona gorede kokelmirem en boyuk qorxumdu kokelmek, kok olsan havalanaram belkede,kok insalnardan xosum gelmir,kisiye bir yol var en cox qadin kok olanda gozumden dusur, qadina yarasdirmiram kokluk tesekkur
24 aprel 2015 23:58
# 15
BARBI
Arigam bele seylere ehtiyac duymuram . Bunlarla yanasi idman etmekde vacibdir
24 aprel 2015 23:24
# 14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
chekim normaldi
24 aprel 2015 23:13
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Zeynep_Fatih
Yasil cayi cox sevirem.her gun icirem
24 aprel 2015 23:05
# 12
Miss_Oxatan
ariqlamaq niye bele cetinlewibe camaatin fikrinde mene o catmir.bir az nefsine tət ele,az ye,yagli,duzlu yemegimnastika et,gunde bir saat.bir saat olmasin yarim saat gez,formada qal.dayanmadan ye,her weyden mutleq dad,butungun otur,sonra da duw el ayaga.rejimine diqqet et vessalam burda ne var.mene hecvaxt catmir da ariqlamaq ucun el ayaga duwmek.yaxwi deyek ele insanlar var qarmanal pozuntuyatuw gelib,ya da hansisa xesteliyi var,onlar hec,hekime ve dietoloqa muraciet etmelidir.elesi var deyir butun gun yeyim yatim seriallarin qabaginda wellenim ama ariq olum kiwim maa baxsin.nra zehle tokur ay aman kokeldim.en birinci insan kiwiye miwiye gore yox oz saglamligina gore rejimini bilmelidir,az yemeli,idman etmeli,gezmeli ve s.bawa duwmurem kiwiye goremi rejim saxlamalidir adam?bele cixir sagligimiz kiwinin gozlerine gozel gorunmekden arxa plandadir.neyse yaa deyeceksiz nerden nereye ama heqiqetende qadinlarimizin 70 faizi bugundedi.
24 aprel 2015 23:00
# 11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Qlamurr
Arıqlamaq üçün yeməyi azaltmaq vacibdi,qeyd olunan qidaların da xeyirli olduğunu düşünürəm.
24 aprel 2015 22:15
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aytil
cox sagolun normalam
24 aprel 2015 21:53
# 9
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Tomris Müslümova
men eksine kokelmeeeek istiyireeeeem 18
24 aprel 2015 21:28
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Meleknur
Men yawil cayi ariqlmaq niyyetiyle icmirem halim ehvalim duzelsin deye icirem amma icende de tez ariqlayiram qatiq da cox yeyirem tez-tez ayran hazirlayib icirem ariqlamaq niyyetiyle yox amma cox sevdiyim ucun kokelmey isteyirem eksine
24 aprel 2015 21:24
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
qanadli melek
Yawil cay qatiq bulardan istifade edirem kilomda ferq var
24 aprel 2015 20:51
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
rəmsə
Sitat: Luna-90
Paxla lobyadi?xestesiyem sezon acilsa yeyerdim

Yox canım paxla lobya deyil.Bizim zonada hətta paxlalı plov da bişirirlər.Biz həmişə bazarda paxla alanda deyirlər onu necə bişirəcəysiz?Paxlanı təmizləyib içindən dənələrini çıxardırsan.boş qaynadıb yemək də olar plovla da bişirmək olar.
24 aprel 2015 20:36
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Nergız33
Yaşıl cayda icirem su da qatıqda amma hele eyni kilodayam offf
24 aprel 2015 20:27
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Luna-90
Paxla lobyadi?xestesiyem sezon acilsa yeyerdim
24 aprel 2015 20:24
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aliceWOnDer
Bir az etiyacım var, çalışıb edəcəm
24 aprel 2015 20:17
# 2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Arıqlamaq üçün faydalı qidalardı, əlbəttə bununla yanaşı hərəkət də etmək lazımdır.
24 aprel 2015 20:12
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz