Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sürətli arıqlama insanı xəstə edir
Sürətli arıqlama insanı xəstə edir
Göndərən: Bestoş
Şərhlər: 16
Baxılıb: 1149
Səs ver:
Hal hazırda arıqlama dəbdədir. Qadınlar (və bəzən də kişilər) kütləvi şəkildə müxtəlif pəhrizlər, "möcüzəli" arıqladan həblər, arıqladan çaylar və qəhvələri sınaqdan keçirirlər.

Qadınların əksəriyyəti az bir müddət ərzində çox çəki atmaq istəyir. Çoxsaylı İnternet saytları 1 aya 10-15 kq arıqlamış insanlardan bar-bar bağırır. Lakin, təəssüf ki, belə sürətli arıqlamanın böyük təhlükələrindən İnternetdə məlumat tapmaq çox çətindir. Bu təhlükələr hansılardır?

- Kəskin arıqlama orqanizmin hormonal fonuna çox mənfi təsir edir. Qadınlarda menstrual dövr pozula bilər və ya menstruasiyalar tamamilə kəsilə bilər. Qalxanvari vəzinin və böyrək üstü vəzilərin fəaliyyəti pozula bilər.

- Ürək-damar sistemində müxtəlif pozulmalar inkişaf edə bilər. Təzyiq gah qalxır, gah da düşür, ürək nahiyəsində ağrılar olur, insanı tez-tez təkrarlanan baş ağrıları və başgicəllənmələr narahat edir.

- Sürətli arıqlama nəticəsində immun sistemi çox kəskin şəkildə zəifləyir. Bu səbəbdən hətta yüngül soyuqlama və ya infeksiya ağır xəstəliyin inkişafına təkan verə bilər. Həmçinin immunitetin zəifləməsi insanda olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. İmmun sisteminin kəskin zəifləməsi fonunda insanda hətta xərçəng xəstəliyi inkişaf edə bilər.

- Sürətli arıqlama sinir sisteminin vəziyyətinə də olduqca mənfi təsir edir. İnsan əsəbi, gərgin olur, depressiyaya düşür, onun yuxusu tamamilə pozula bilər. İnsanda anoreksiya kimi ağır psixiki pozulma inkişf edə bilər. Anoreksiyadan əziyyət çəkən insan hətta çox arıq olduqda özünü kök hesab edir, qida qəbulundan imtina edir, qida qəbul etdikdən sonra özünü zorla qusdurur və s. Ağır anoreksiya insanın ölümünə səbəb ola bilər.

- Mədə-bağırsaq sistemi sürətli arıqlamadan xüsusilə çox əziyyət çəkir. İnsanda arıqlama fonunda qastrit, mədə və 12 barmaq bağırsağı xorası kimi xəstəliklər inkişaf edə bilər (və ya kəskinləşə bilər).

Kəskin arıqlama bağırsaqların da fəaliyyətini pozur.

Orqanizmin filtri olan qara ciyər güclü yükləmələrə məruz qalır. Çünki, sürətlə və xeyli dərəcədə arıqlama zamanı, bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sovrularaq, emal edilmək üçün, qara ciyərə tərəf "hücuma keçirlər". Qara ciyər, xeyli miqdarda parçalanmış olan bu piy toxumasının emal edilməsinin öhdəsindən gələ bilmədiyi üçün, artıq məhsulların bir hissəsi onun özündə toplanmağa başlayır. Bu isə qara ciyərin fəaliyyətində müxtəlif pozulmalara səbəb olur.

Əgər insan arıqlamaq üçün hər hansı dərman preparatı (hətta otlar əsasında) istifadə edirsə, bu daha da təhlükəlidir. Bu preparatların bir çoxusu heç bir kliniki testlərdən keçməliyib və onların orqanizmə olan təsiri məlum deyil. Bu isə zəhərlənmələrin, ağır allergik reaksiyaların, mədədə və 12 barmaq bağırsağında xoraların, qara ciyərdə ağır pozulmaların riskini kəskin şəkildə artırır.

Beləliklə, sürətli arıqlama insana yalnız və yalnız ziyan verə bilər. Bunu istənilən həkim və dietoloq təsdiq edəcək. Əgər siz arıqlamaq istəyirsinizsə, bunu savadlı şəkildə tədriclə etmək lazımdır. Normal sağlam arıqlamanın qaydası - 1 ayda bədən çəkisinin 2-3%-nin itirilməsidir. Əgər insanın bədən çəkisi, misal üçün, 70 kq-dırsa, 1 ay ərzində 1,4-2,1 kq çəki itirə bilər. Bu onun sağlamlığına ziyan gətirməyəcək.

Bir çox psixoloqlar arıqlama epidemiyasının səbəbini müasir insanların özünə olan inamsızlıqla nə özündən narazılıqla əlaqələndirirlər. Müasir insanların bir çox hissəsi özündən, ailəsindən, işindən və s.-dən narazıdır. Bu narazılıq özünü müxtəlif formalarda büruzə verir - bəziləri arıqlayır, digərləri burunlarını, dodaqlarını, sinələrini və s. plastik əməliyyat etdirir və s. Lakin istədiyi çəkiyə, buruna, dodaqlara və s. nail olduqdan sonra insanlar hiss edir ki, bu onlara nə xoşbəxtlik, nə sevinc, nə sevgi, nə..., bir sözlə - heç nə gətirməyib. Beləliklə, səbəb kilolarda, burunda, sinədə və s.-də deyil, səbəb insanın beynində, insanın qəlbindədir. İnsan özünü kök, arıq, uzunburun, nazikdodaq və s. qəbul etməli və  sevməlidir. Yalnız özünə olan inam və özünə olan sevgi insanı xoşbəxt edə bilər və yalnız belə insan ətrafdakıları da xoşbəxt edəcək.

Beləliklə, arıq və bədbəxt olmaqdansa, kök və xoşbəxt olmaq daha yaxşıdır. Təbii ki, söhbət həddən artıq köklükdən getmir.


Şərhlər: 16
Baxılıb: 1149
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Beləliklə, arıq və bədbəxt olmaqdansa, kök və xoşbəxt olmaq daha yaxşıdır.
Mənim kimi kök xanımlara təsəlli verdiyiniz üçün çox sağ olun. 11
24 aprel 2015 14:43
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Bestoş
Sitat: remse
Kııııız axırıncı abzasda yaxşı yazıbsan haa arıq və bədbəxt olmaqdansa,kök və xoşbəxt olaram02Ama iş orasındadır ki,kök olanda kompleks yaranır və insan xoşbəxt ola bilmir.

Ay canim o menim sozum deyile Allah bilir hardan goturmuşem xeberi 122
24 aprel 2015 11:05
# 15
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Nergız33
Arıqlaya bilmişdim qalmışdı ziyan ola.
24 aprel 2015 01:02
# 14
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Nezka
Hər şeyin ööz dozası var
24 aprel 2015 00:18
# 13
İçimi görsən mənə aptek alarsan.
emis
Bu haqda yetərincə məlumatım vardı. Ona görədə bunlara görə hərəkət edirəm. Heç vaxt özümü pəhrizə öyrəşdim irəm ki əyər oyressem, gərək ömür boyu saxlayım çünki buraxsam kokele kokele gedəcəm. .sadəcə az az və tez tez yeyirəm qədərində birdə yağlı yeməklər indiyənə kimi yeməmişəm, innən sorada yemək fikrim yoxdur ürəyim bulanır, bu arıqlama çaylarına pis baxıram xəstəlikdi başdan ayağa kim nə bilir onların içinə nələr vururlar. Bu arıqlama məsələsində biraz özümüzə əziyyət verib vaxtı vaxtında idmanimizi edərək formada qala bilərik. Təşəkkürlər.
23 aprel 2015 23:32
# 12
Meleknur
Dehwet ariglamiwam kokelmeye ehtiyyacim var
23 aprel 2015 23:28
# 11
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
rəmsə
Kııııız axırıncı abzasda yaxşı yazıbsan haa arıq və bədbəxt olmaqdansa,kök və xoşbəxt olaram02Ama iş orasındadır ki,kök olanda kompleks yaranır və insan xoşbəxt ola bilmir.
23 aprel 2015 22:05
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
boooy hele indi bilirsiz?? elbette xeste edir..maraqli faktlardi ama
23 aprel 2015 21:42
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Kəskin sürətdə arıqlamaq orqanizmi çökdürmək deməkdir , bundan sonra isə bir sözlə sonrakı kiloya iki qat qalxırsan, pilusda xəstəliklər qazanmış olursan..
23 aprel 2015 21:32
# 8
BARBI
Ayda maksimum 6 kilo ariqlamaq olar onnan coxu ziyandir
23 aprel 2015 21:28
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
1həfdəyə 5-6 kq arıqlamışam ee
23 aprel 2015 21:10
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Dogurdanda pis tesir edir bawima felib cunki
23 aprel 2015 20:58
# 5
SVETA
Luna-90
Yoldasimla eyni dietani etdik 1heftelikdi yoldasim 14kq men 2kq ariqladim.hekim deyir qisa muddete bu qeder ceki atmaq ziyandi.
23 aprel 2015 20:48
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lelos
Ellbetdeki birdn bire ariqlamaq ziyandi
23 aprel 2015 20:29
# 3
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
qanadli melek
Eyh hardaydi mende 1aya 10-15kilo ariqlamaq.1aya 5kilodan cox ariqlamamiwam
23 aprel 2015 20:21
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
tebiki heddinden artiq dieta saxlayib ariqladiqda yaxuddaki oz-ozune cox suretle ariqladiqda bu bir xestelikdir xestelik elametidir demek
23 aprel 2015 20:10
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz