Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamaq üçün orijinal üsul
Arıqlamaq üçün orijinal üsul
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 1805
Səs ver:
Dietoloqlar bütün dünyada geniş yayılmış piylənmə ilə mübarizənin olduqca orijinal üsulunu təklif ediblər.

Onlar yeməklərin çox hissəsinə Çili bibəri və ya onun cövhərinin əlavə edilməsini təklif edirlər ki, bu da enerji yandıran boz piy hüceyrələrinin yaranmasına səbəb olacaq.

Bu barədə RİA Novosti ABŞ-ın Biologiya-Fiziologiya Cəmiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir.

ÜST-ün son məlumatlarına əsasən, ötən əsrin 80-ci illərindən başlayaraq dünyada qlobal piylənmə epidemiyası müşahidə olunur. Ötən il Yer kürəsinin hər 3 sakinindən biri, ümumilikdə 1,9 milyard insan artıq çəkidən, onların təxminən 15 faizi piylənmənin ağır formasından əziyyət çəkib. Təşkilatın məlumatına görə, xəstəliklərin 47 faizi, məsələn, ürək-damar xəstəlikləri, diabet və xərçəng piylənmə ilə bağlıdır.

Alimlər bu problemin insanların çox zaman həddindən artıq yüksək kalorili yağlı qidaların qəbulu nəticəsində əmələ gəldiyini bildirirlər. Tibbi təcrübə göstərir ki, insanı yağlı qidadan imtina etməyə inandırmaq asan deyil, əgər o, gecə növbəsində və ya gərgin işdə çalışırsa, sadəcə, mümkün deyil.

Alim Vivek Krişnanın sözlərinə görə, bədənimizdə iki tip piy hüceyrəsi mövcuddur: onlardan biri enerji toplayan ağ, digəri isə onu yandırıb istiliyə çevirən boz hüceyrədir. Əgər siz yüksək kalorili qidalar yeyib az hərəkət edirsinizsə, bu zaman metabolizmdə balans pozulur və bu da piylənməyə səbəb olur. Alimlər artıq çəki ilə mübarizə strategiyası axtararkən müəyyən ediblər ki, bibərin tərkibindəki yandırıcı kapsaitsin maddəsi piylənməyə mane olur.

Alimlərin sözlərinə görə, buna səbəb bu maddənin ağ piy hüceyrələrini artıq kaloriləri yandıran boz hüceyrələrə çevrilməyə məcbur etməsidir. Dietoloqlar hələlik bunun nə üçün baş verdiyini bilməsələr də, bu, onlara maddənin bu xüsusiyyətindən orqanizmin xeyrinə istifadə etmələrinə mane olmur.

Mütəxəssislər hazırda mütəmadi olaraq kapsaitsin maddəsi ifraz edəcək xüsusi nanohissəciklərin hazırlanması üzərində çalışırlar. Onlar əmindirlər ki, belə dietik əlavələr bəşəriyyətin sağlamlığı üçün ən təhlükəli xəstəlik olan piylənmənin qarşısının alınması və müalicəsinə kömək edəcək.


Şərhlər: 16
Baxılıb: 1805
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunay_sehliyar
Salam.men çox yox amma biraz kökəm ariqlamaq istəyirəm.nə edirəm ariqlamaq bilmirem
17 aprel 2015 11:32
# 16
EsmaNur
her wey adamin özünden asilidi 2-3 hefte olarki cox az yeyirem neticesinide görürem
18 mart 2015 23:33
# 15
Ayten666
Yasil cay cox deyirler almaliya eslinde normalam ama biraz ehtiyac var hiss edirem
18 mart 2015 12:31
# 14
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
cinqosh
Acı sevirəm, Ama acı yemək məndəki ağ hüceyrələrə heç təsir etmir. 18
18 mart 2015 10:29
# 13
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
tatyana
Sitat: remse
5 kq atmaq isteyerem,ama hele yox novruz bayrami erefeleri kecsin,sirniyyatlari nyamqoyub diyet ede bilmerem...

mende seni kimi.cili biberin ariqlamaya komeyi oldugunu bilirdim,men istifade edirem
18 mart 2015 09:34
# 12
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
rəmsə
5 kq atmaq isteyerem,ama hele yox novruz bayrami erefeleri kecsin,sirniyyatlari nyamqoyub diyet ede bilmerem...
18 mart 2015 01:52
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
ehtiyac yoxdu normadadi chekim
18 mart 2015 00:23
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
normadan azdi cekim yasima boyuma gore ariqlamaga ehtiyacim yoxdu cox ariqliqda xestelikdi koklukdu men ortasindayam tesekkurler
17 mart 2015 22:58
# 9
Qlamurr
Arığam,ehtiyac yoxdu.
17 mart 2015 22:20
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
Aci yeye bilmirem .super fiqura mendede vardi taki ovlad sahibi oluncaya qeder .yeterki usaq olsun onun eziyyetlerini cekerem.ariqlamaq asandi ancaq usaq elde etmek cetin.
17 mart 2015 21:46
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Catwoman666
yaxwi ki superrrr fiquram var. bele ozunu teriflemek kimi olmasin))))
17 mart 2015 21:23
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
kokelmek istiyireeem ariqlamaq yox mad
17 mart 2015 21:03
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Kökəlmə ən çox yüksək kalorili qidalardan və oturaq həyat tərzi sürürən insanlarda baş verir...
17 mart 2015 20:39
# 4
Menim balam
Men eslinde kökelmek istiyirem
17 mart 2015 20:36
# 3
BARBI
ariqlamaqcun yalniz etdiyim o olub ki altidan sonra hec ne yemeyim
17 mart 2015 20:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
men ariqlamiyiram yavas yavas ancaq corey yemirem fso.birde yagli.ona gorede ariqliyiram.yaxsiki co kok deyileme aman aman
17 mart 2015 20:03
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz