loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əmizdirən ananın arıqlaması üçün 7 sadə addım
Əmizdirən ananın arıqlaması üçün 7 sadə addım
Göndərən: Wiyinka
Şərhlər: 8
Baxılıb: 3583
Səs ver:
Hamiləlikdə yığdığınız çəkidən qurtulmağa hazırsınız? Lakin əmizdirmə prosesi boyunca çəki itirmək gözlədiyiniz kimi asan olmaya bilər.

"Əmizdirmə və çəki itkisi barədə müəyyən yalnış fikirlər mövcuddur” – laktasiya üzrə məsləhətçi və "I Make Milk…What’s Your Superpower? ” adlı kitabının müəllifi Jennifer Ritchie qeyd edir. "Bəzi insanlar inanır ki, əgər süd əmizdirirsənsə, deməli çəki itirirsən. Digərləri elə düşünür ki, süd əmizdirdiyiniz müddətdə əvvəlki çəkiyə qayıtmaq çətindir.

Bu fikirlərdən heç biri doğru deyil. Əmizdirmə əlavə kaloriləri, daha dəqiq desək, gün ərzində təqribən 850 kalori yandırır. Lakin, əmizdirmə müddətində çəki itirmək həqiqətən hər kəsə nəsib olmur, çünki əmizdirmə nəticəsində analar acır. Ac, yuxudan məhrum qalmış analar öz aclıqlarını sadə karbohidratlarla yatırır – bu qidaları yedikdə çəki itirmək o qədər də asan deyil”.

Normal, sağlam, yetkin insanlar yuxudan məhrum qalanda, onlar yuxusuzluğun yerini doldurmaq üçün karbohidrat qəbulunu artırır.

Özünüzü vadar etməyin
İnciməyin, amma hamiləlikdən əvvəl geyindiyiniz cins şalvarınız o dəqiqə əyninizə olmayacaqdır. Hamiləlikdən sonra ilk həftələrdə onları geyinməyə cəhd etmək sizi ruhdan salacaqdır. Körpəni dünyaya gətirmək üçün bədəndə hər şeyin ölçüsü böyüyür: ombalarınız, döş qəfəsiniz. Artıq çəkini yığmaq üçün 9 ay tələb olunubdur, odur ki, o çəkidən qurtulmaq və əvvəlki bədəninizi geri qaytarmaq üçün özünüzə ən azı 9 ay vaxt verin.

Heç olmasa doğuşdan sonra ilk iki həftə artıq çəkinizə fikir verməyin. Doğuşdan sonrakı ilk həftələr kabusa çevrilə bilər. Elə bil ki, təlim düşərgəsinə düşmüşünüz. O vaxt ərzində diqqətinizi körpənizdə cəmləyin və pəhriz barədə narahat olmayın.
Əslində, çəki itirməyə fəal şəkildə başlamazdan əvvəl 6 həftə və ya daha uzun müddət gözləyə bilərsiniz. Çünki ilk 6 həftə keçid dövrüdür.
Uşağın dünyanın ritmlərinə uyğunlaşması və ana ilə uşağın əmizdirmə prosesini qaydasına salmaları üçün də təqribən o qədər vaxt lazımdır. Diqqətinizi sərt pəhrizlərə və ya məşq planlarına yayındırmayın.

Əvəzləyin
Qəlyanaltı etməzdən əvvəl fikirləşin. Əlinizi kartof çipslərinə uzatmaq əvəzinə, bir az pop-korn partladın. Yulaf süd əmizdirən və artıq çəkidən qurtulmağa çalışan ana üçün möhtəşəm səhər yeməyidir. O sizi uzun müddət doyumlu və insulin səviyyəsini sabit saxlayır.
Bişmiş kartof kimi nişastalı qidalar da karbohidratlara olan meylinizi yatıra bilər. Qəhvəyi və yabanı düyü də yaxşı qarnir və qəlyanaltı ola bilər.

Özünüzü müvəffəqiyyətə kökləyin
Bir gün rasionunuzu qaydaya salmaqla, növbəti günləri də lazımi şəkildə qidalana bilərsiniz. Soyuducuda doğranmış meyvə və tərəvəz saxlayın, sağlam qidaları bişirib buz dolabına yerləşdirin. Qaynadılmış tərəvəzlər və ya digər tez hazırlanan qəlyanaltılar yediyiniz üçün məyus olmayın. Əsas məsələ odur ki, sağlam qəlyanaltıları, qidaları əlinizin altında və ya soyuducuda saxlayasınız, həmçinin qurabiyə və çipsləri özünüzdən uzaq tutasınız.

Az-az, tez-tez yeyin
Əgər ana yeməklər arasında çox gözləyirsə, süd ifrazına təsir edən hormonal dəyiyşiklik baş verir. Onun bədəni ehtiyatlardan enerji almağa başlayır, bu isə insulin ifrazını azaldır və tiroid hormonunun səviyyəsinə təsir edir. Bu isə bizim nə qədər süd ifraz etdiyimizə görə cavabdeh olan prolaktin hormonunun səviyyəsini endirir.
Siz özünüzü çox ac hiss edəndə, yeməniz lazım olmayan bir qidanı yemək ehtimalı çoxalır. Bunun əvəzinə, kalorilərinizi gün ərzində 6 hissəyə bölün.

Kaloriləri nisbətən azaldın
Əgər siz ümumi kalori qəbulunu gün ərzində 1800 kaloridən aşağı salmır və müxtəlif faydalı qidalar yeyirsinizsə, süd əmizdirdiyiniz müddətdə pəhriz saxlamağınız tamamilə təhlükəsizdir.

İdman edin
Ciddi məşqlər rejiminə başlamazdan əvvəl 8 həftə gözləyin. Əgər xüsusilə gərgin məşqlər etməyi planlaşdırırsınızsa, məşqlərdən yarım saat əvvəl sağlam karbohidratlar yeyin.
Qaçmazdan əvvəl bişmiş kartof kimi nişastalı qidalar yemək həqiqətən süd ehtiyatınızın azalmasının qarşısını ala bilər.

İsrarlı olun
Hər kəs fərqli şəkildə çəki itirir, odur ki, əgər siz məşhur analardan daha uzun müddət çəki itirirsinizsə, ruhdan düşməyin. Sağlam pəhriz planı ilə əmizdirən analar adətən həftədə bir funt çəki itirir.
Xoşbəxtlikdən siz planınızı həyat tərzinizə uyğunlaşdıra və daha az kalori qəbul etməyə və ya daha çox məşq etməyə özünüz qərar verə bilərsiniz. Qəbul etdiyinizdən daha çox kalori yandırdığınız müddətdə, siz çəki itirəcəksiniz. Odur ki, əgər ana sevdiyi qidaları yemək iqtidarında olmaq istədiyinə qərar verirsə, o körpəsi ilə də yürüşə çıxa bilər”.

Mənbə: www.thebump.com
Tərcümə edən: Xumar Ərşadlı

Şərhlər: 8
Baxılıb: 3583
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
hee lazim olar gelecekde
23 mart 2015 19:16
# 8
Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
Qlamurr
Bildiyim qədəri ilə süd verən ana onsuzda arıqlıyır,xüsusi pəhrizə ehtiyac yoxdu.
23 mart 2015 17:54
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
pessimist girl
mene ariqlamaq yox kokelmek lazimdir kokelmek))2 ile yaxin sud verdim lap uzulub getmisem 10 gun olar temiz ayirmisam sudden ama hetta qanim o qeder dusub ki ozume gele bilmirem
23 mart 2015 00:56
# 6
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Antikvar
Ariqlamq isteyirem deye bir deyimim olmayib.Formamdayam her zaman ister ovladim dunyaya geldikdee istersede sonralar.
Emizdirme zamani usaqin saglamlagi ucun vitaminli teamlrdan istifade etmek lazimdi.Ne geldi yeyim yemmekle yox hansi daha usaqlara daha cox faydasi olacaq qidalari qebul etmek hem oz saglamliginiz ucun hemde ovladiniizin saglamligi ucun vacibdir.
22 mart 2015 23:29
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
KRALİCEM
Men cox ariqlamisam qarnimda yogilib
22 mart 2015 21:13
# 4
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Fialka
Faydalı məlumatlardı, laktasiya dövründə olan analar qidalarına diqqət etməlidir həm öz sağlamlığı, həm də körpənin sağlamlığı üçün..
22 mart 2015 20:44
# 3
vipbetul
kokeldim deyen annelercin yaxsi melumatsi
22 mart 2015 20:24
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Mencede emizdiren analar ariqlamaq haqqinda yox saglam qidalanmaq haqqinda dusunmeludir
22 mart 2015 20:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz