Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azkalorili pəhriz - Yeyirik və arıqlayırıq!
Azkalorili pəhriz - Yeyirik və arıqlayırıq!
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 2976
Səs ver:
Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır.
Hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Buna balanslaşdırılmış qidalanma deyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.
Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.
Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.
Sizə azkalorili pəhrizin variantını təqdim edirik.

Pəhrizin şərtləri:
1. Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li kefir içmək olar.
2. Səhər və nahar, nahar və şam yeməklərinin arasında alma, portağal və ya hər hansı digər meyvələr (banan və üzümdən başqa) yemək olar.
3. Pəhriz zamanı şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu, hisə verilmiş, marinada qoyulmuş qidalar rasiondan tam çıxarılmalıdır.
4. Yeməkləri suda, buxarda və ya sobada yağsız şəkildə bişirmək lazımdır.
5. Yemək porsiyaları kiçik olmalıdır - 150-200 qr.
6. Gün ərzində 2-3 tikə kəpəkli çörəyə icazə verilir.
7. Gün ərzində 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur).
Pəhriz zamanı təmiz qazsız su, yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.

Pəhrizin variantı:
Birinci səhər yeməyi (təxminən saat 8-də) - suda bişirilmiş sıyıq (qarabaşaq, yulaf, arpa və s.) və ya buğda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 tikə  kəpəkli çörək və ya az miqdarda pendirlə 1 tikə çörək.
İkinci səhər yeməyi (təxminən saat 10-da) - 100 qram kəsmik və ya təbii yoqurt (şirin yoqurt olmaz!) və ya limon şirəsi sıxılmış tərəvəz salatı göyərti ilə və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.
Nahar (təxminən saat 12-13-də) - qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı göyərti ilə və ya tərəvəz şorbası. 1 tikə kəpəkli çörək də əlavə etmək olar.
İkinci nahar (saat 16-17) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 100 qram kəsmik və ya bioyoqurt.
Şam yeməyi (saat 18-19) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 150 qram kəsmik.
Bu pəhrizi 2-3 ay ərzində saxlamaq olar.

Nəzərinizə çatdıraq ki, bu və ya istənilən digər pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və pozulmalar zamanı pəhriz saxlamaq olmaz.


Şərhlər: 10
Baxılıb: 2976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ehtiyaci olanlar coxdu
9 mart 2015 23:09
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Heç bir pəhrizdən istifadə etmirəm çalışıram sağlam şəkildə qidalanım
23 fevral 2015 15:04
# 9
uliçka
marağlı dır...təşəkkürlər
22 fevral 2015 23:22
# 8
Həyat kino kimidir,ən marağlı anında bitir
AYKA-ISI
cekimle raziyam arada kilo alanda yemeyimi azaldan kimi ariqliyiram
22 fevral 2015 21:40
# 7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
aynur2002
Sagolun amma ehtiyacim yoxdu
22 fevral 2015 21:37
# 6
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Qlamurr
Ehtiyacım yoxdu,istəsəm yeməyimi azaltmaqla arıqlıyaram....
22 fevral 2015 21:35
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
qanadli melek
Ehtiyac var
22 fevral 2015 21:11
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Pehrize ehtiyacim yoxdur
22 fevral 2015 20:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Rusi
Sitat: emis
calisiram yagsiz yemekler yeyim yagli xoslamiram

mende
22 fevral 2015 20:19
# 2
emis
calisiram yagsiz yemekler yeyim yagli xoslamiram tesekkurler
22 fevral 2015 20:08
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz