Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədən quruluşuna ziyanı olmayan kalorili qidalar - SİYAHI
Bədən quruluşuna ziyanı olmayan kalorili qidalar - SİYAHI
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1198
Səs ver:
Pizza, şəkər, kərə yağı – bu yeməkləri yeyərkən əyninizdəki cins partlama həddinə çatır.Bu zərərli qidaları zərərsiz şəkildə yeməyin qaydalarını təqdim edirik.

İsti şokolad
Kakao polifenolların istifadəsi, antioksidant təsirli olub immuniteti gücləndirməklə yanaşı iltihab proseslərinin bakteriyaları ilə mübarizə aparır, ürək xəstəliyinin də qarşısını alır. Ancaq südlü şokoladlarda bu polifenollar dükana gəlib çatana kimi artıq yox olur. Buna görə isti şokoladdan zövq alın.

Kərə yağı
Kərə yağının yeməklərimizi dadlandırdığı danılmazdır. Əsas olan təmiz kərə yağı seçməkdir, marqarin yox. Marqarin yağının tərkibində pis xolesterolu artıran, 5 qat daha çox trans (doymuş)  yağlar da var. Doymuş yağların ürək xəstəliyinin səbəbləri sırasında olduğu deyilir. Ancaq gündə bir paket kərə yağı deyil, qaşıq resepti ilə istifadə edin. Könlünüzdən yağlı çörək keçirsə, zeytun yağından istfadə məsləhətli olar.

Kartof
Çox hallarda smetan, pendir ilə bişirilmiş, donuz əti və qızardılmış şəkildə daha çox yeyilir. Yüksək B6 vitamini və lifə görə "yeni kələm” adlandırılır. Qabıqlı şəkildə bütov halda yemək daha faydalıdır.
İstifadə etdiyiniz yağlı sousları və yağı zeytun yağı, sarımsağa dəyişin.

Pizza
Bir parça pizza insana ziyanı deyil, əslində xoşbəxtlik hormonunun artımına kömək edir. Yedikdən sonra köp hiss etmək istəmirsizsə, az yağlı, tərəvəz və pendiri çox olan pizza yeyin.

Şəkər
"Şəkər” deyəndə ağıla ilk gələn konfet, pirojna, tort olur. Sağlam orqanizm şəkəri lazımlı qlükozaya çevirir. Məhz qlükoza işdə işləmək, ya uzun məsafəni qət emək üçün lazım olan enerjini bəxş edir. Qlükozanı konditorlarda bişən şirniyyatlarla deyil, çaya bir qaşıq bal əlavə etməklə, ya da meyvələrdən əldə edin.

Popkorn
Duzlu, ya şirin, ancaq həmişə yağlı popkorn - onsuz kinoya baxmaq ləzzət etmir. Bunun əvəzinə mikrodalğalı sobada bişirilən kukuruzlara nə deyirsiz? 1 stəkanında sadəcə 31 kalori var.

Un məmulatları
Tam buğda çörəyi, qəhvəyi düyü, makaron sağlamlığa faydalı olub diabet və xərçəng, ürək xəstəliyi riskinin qarşısını alır.

Fıstıq yağı
1 yemək qaşığı fıstıq yağı 100 kaloridən ibarət olur. Təmiz fıstıq yağ seçin. Tərkibində ancaq fıstıq olsun.
Çörəyin üzərinə deyil, yer kökü, ya almaya yaxıb yeyin.

Pendir
Süd məhsulu olan pendir qan təzyiqi və qan şəkərini aşağı salaraq çəkiyə nəzarət edir, ömrü uzadır. Ancaq gün ərzində 100 qramdan çox yeməyin.

Souslar
Dükanlardan alınan souslara şəkər, natrium, palma yağı da qatılır. Ən yaxşısı bunları evdə özünüz hazırlayın


Şərhlər: 7
Baxılıb: 1198
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
popkorunla kinoyami verlishleremi baxmaqi cox sevirem
9 mart 2015 23:53
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
Axır vaxtlar yaman sağlamlığına düşkün olmuşam Təşəkkür edirəm
16 fevral 2015 20:18
# 6
Qlamurr
Burdan bir nəticə çıxır,nə yeyiriksə yeyək,ancaq miqdarında,hər şeyin çoxu zərərlidir...burda elə qidalar var ki,mən onları umumiyyətlə heç yemirəm...
15 fevral 2015 22:10
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
sona
Popkornu mikrodalgali sobada elemek olurki?
15 fevral 2015 20:30
# 4
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aynur2002
Bunlari bilmirdim.

15 fevral 2015 20:17
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
BARBI
En sevdiyim kartofdur her gun olsa yeyerem
15 fevral 2015 20:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Qeyd olunan qidaların bəzilərini istifadə edirəm çalışıram sağlam şəkildə qidalanım popkornu bilmirdim bundan sonra yağsız şəkildə hazırlayacam tşk.
15 fevral 2015 20:09
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz