Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilə qadınlar üçün pəhriz
Hamilə qadınlar üçün pəhriz
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1913
Səs ver:
Hamiləlikdən əvvəl və hamiləlik dövründə qidanın uşağın sağlamlığına nə qədər əhəmiyyətli tə'sir göstərdiyini anlayan bütün qələcək analar üçün pəhriz
Aşağıdakı qida maddələri döl üçün ən böyük əhəmiyyət kəsb edir: foliy turşusu, dəmir, sink və əvəzolunmaz doymamış yağlı turşuları. Bu qida maddələri zəruri miqdarda yemək ilə qəbul olunmalıdır. Hamilə və əmizdirən qadınlar düzgün qidalanmazsa, orqanizmləri bu qiymətli maddələrin qıtlığından əziyyət çəkməyə başlayacaq.

Nə yediyinizi bilmək cox vacibdir
Ana olmaq arzulayan bütün qadınlar sağlam qidalanmanın prinsipləri yaxşı bilməlidir.
Biz Sizlərə sağlam və eytiyaclarınızı tə’min edən pəhrizə dair bir neçə faydalı məsləhət verəcəyik:
 
Çeşidli qida:
Bütün zəruri qida maddələrini özundə cəmləşdirən yeqanə məhsul təbiətdə sadəcə mövcud deyil (onların sayı hardasa 60 yaxındır). Çeşidli qida insan orqanizmini müxtəlif dəyərli qida maddələri, vitamin və mikroelementlər ilə tə’min edir.
 
Yalnız dənli çörək.
Dənli qara çörəyin tərkibində təxminən ağ çörəkdən 3-5 artıq minerallar var. Qara çörək həmçinin vitamin və sellüloza ilə daha zəngindir.
 
Qidanızda olan dəmirin miqdarı iki dəfə artmalı.
Hamilə qadın toyuq və ya konservləşdirmiş ətlərdən gündə iki dəfə yeməlidir (az yağlı əti istifadə etmək məsləhətdir). Hər  qida qəbulunda tərəvəzlər və dəmirin mənimsəməsini yaxşılaşdıran vitamin C ilə zəngin olan meyvələrdən istfadə olunmalıdır.
Balığın istifadəsi əvəzolunmazdır – o, dəyərli proteinlərin mənbəsidir.
 
Çiy tərəvəzlərdən hazırlanmış salatlarda bitki yağından istifadə edin
heç olmazsa, gündə bir çay qaşığı bitki yağından istifadə edin. Onun tərkibində hamiləliyin normal keçməsi üçün zəruri olan doymamış yağlı turşular vardır.
 
Süd və süd məhsullarından çoxlu istfadə edin.
Tərkibində kalsium, vitamin B2, B12 və dəyərli protein olduğu üçün süd və süd məhsulları həm qadın, həm körpə üçün çox faydalıdır. Yağlılığı az olan süd məhsullardan istifadə edin və çəkinizi daha asan qaydada saxlayın.
Gündə minimum 1 kilo meyvə və tərəvəzlərdən yeyin, onlar vitamin və minerallar ilə çox zəngindir.
 
Spirtli içkilərdən uzaq durun, tünd kofe və siqaret çəkməkdən imtina edin. Narkotiklərin istifadəsi  qəti qadağandır.
Onlar uçaq salma riskini artırır və dölə çox zərərli tə’sir göstərir.
Qidanın rəngarəngliyi
Qidanın rəngarəngliyi və müxtəlifliyi qida maddələrin qıtlığı riskini azaldır.
Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər.
Hamiləlik dövründə vitamın və minerallara olan tələbat əhəmiyətli dərəcədə artır (50-100%). Lakin gündəlik qidanın kalori dəyəri yalnız 300 kalori miqdarında arta bilər.
Qadınların çoxusu özünə fikir verir və saysız-hesabsız arıxlama pəhrizləri sınayir. Düzgün tarazlanmamış pəhrizlər onları qida maddələrin qıtlığına gətirib çıxardır.
Hamilə qadın təkçə öz qida ehtiyaclarını tə’min etməməlidir; birinci növbədə, o, bətnində inkişaf edən dölün ehtiyaclarını tə’min etməlidir. Bu səbəbdən hər bir ana olmaq arzusunda olan qadın müxtəlif təbii qida məhsullarından insifadə etməli və süni ərzaqlardan, həmçinin tünd çay, qəhvə, siqaret və başqa stimulyatorların istifadısindən qaçinmalıdır. Sizin və körpənizin sağlamlığı naminə!
 
Menyu
Səhər yeməyi:
südlü yulaf aşı, iki dənli bulka, iki tikə yağsız vetçina, soğan və zeytun yağı ilə salat, limonlu çay.
 
Nahar:
Hisə verilmiş qızılbalığı, yerkökü ilə salat, suda bişirilmiş kartof, təzə çəkilmiş qreypfrut şirəsi
 
Şam yeməyi:
meyvə salatı, portağal cem ilə dənli çörək, yoqurt, limonlu çay.


Şərhlər: 10
Baxılıb: 1913
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hamilelikdede hec pehriz ederler onlar ne isdiyirlerse onuda yemelidirler
9 mart 2015 18:44
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aynur2002
Hamile qadin da pehriz saxlayir?
18 yanvar 2015 20:11
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
talis balasi
Her seyi normada yemek lazimdi ne az ne cox
17 yanvar 2015 00:54
# 8
Fiorella
Pehriz o demek deyil yemekden imtina et hamilelercun xususi pehriz var.Yeni su az icmelidi gunde 200 max?500 ml,duzlu sirin aci yememelidiki susamasn.agarti mehsullari ve meyve hergun qebul etmelidir.qani asagi olanda menim kimi mualiceyle yanasi qaraciyer nar et cog yemelidi
16 yanvar 2015 23:22
# 7
uliçka
təşəkkürlər
16 yanvar 2015 22:42
# 6
Həyat kino kimidir,ən marağlı anında bitir
arzum-aysum
Heqiqeten de hamile qadin ilk once korpesinin saglam inkisafini dusunerek qidalanmalidi. Demir, kalsium, vitaminler ve minerallarla zengin qidalar qebul etmelidi
16 yanvar 2015 22:14
# 5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Xəbərin başlığı düzgün verilmiyib,sadəcə burda qeyd olunur ki,yediyiniz qidaları daha xeyirli qidalarla əvəz etmək lazımdı....hamilə qadın yaxşı və düzgün qidalanmalıdı....
16 yanvar 2015 21:16
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
RamiLya )))
pehriz az qidalanib acindan olmek deyilki sadece duzgun qidalanmaqdi hopp
16 yanvar 2015 21:14
# 3
emis
hamileler oxusun lazimli xeberdi bilmediyimiz ox wey var tesekkurler
16 yanvar 2015 20:31
# 2
BARBI
Hamilelikde pehriz ziyanlidir
16 yanvar 2015 20:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz