Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sellülitdən qurtulmaq üçün bu qidaları yeyin
Sellülitdən qurtulmaq üçün bu qidaları yeyin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1305
Səs ver:
Günümüzdə qadınları ən çox narahat edən problemlərdən biri sellülitdir. Sellülitin yaranma səbəbləri bunlardır:
- Kollagen və konektif toxumanın parçalanması ilə yaranır.
- Bu bölgədəki damar sisteminin necə işləməsi ilə bağlıdır.
- İltihab da sellüliti yaradacaq səbəblərdən biri olaraq qəbul edilir. Sellülitli hüceyrələrdə xroniki iltihab müəyyən olunur.
- Uyğun qidalanmaq sellütin yox edilməsininin "açarıdır”.
 
Yağ toplanmasına qarşı ən təsirli yol insulin təsirini minimuma endirməkdir.
 
Bu da qidalanmada karbohidrat səviyyəsini aşağı salmaq deməkdir. Ancaq bu, karbohidrat tərkibli qidaları heç yeməmək anlamına gəlməz.
 
İkinci yol, sadə şəkər və emal edilmiş karbohidrat qaynaqlarını yeməməkdir. Tam buğdadan hazırlanmış taxıl məhsulları və meyvələr kimi kompleks karbohidratlar yeyilərkən protein qaynağı, ya da sağlam yağ qrupu qidası ilə yeyilməlidir.
 
Həzm yavaşladığnda insulin ifrazı da yavaşlayacaq. Effektli bir şəkildə yağ yandırmaq üçün qidalanmanıza qəhvə, çay daxil edin. Gündə bir neçə dəfə yaşıl çay içmək maddələr mübadiləsini sürətləndirir.
 
Kollagen yıxan və kollagen quran qidalar
Lobya. Esterogenin etdiyi işlərdən biri də kollageni yıxmaqdır. Soyanın tərkibində olan fitoesterogen isə hüceyrə reseptorlarına bağlanır və kollagenin dağılmasını əngəlləyir.
 
Bioflavanoidlər. Bu qrup kollageni yıxan iki fermenti blok edər. Toz qəhvə, şərab, üzüm suyu, üzüm çəyirdəyi, üzüm qabığı bu qidalar sırasında yer alır.
 
C vitamini. Çox qüvvətli antioksidan olan C vitamini kollagen qurucudur. Narıncıgillər, çiyələk, brokoli, yaşıl bibər kimi tərəvəz və meyvələr kollagen qurmaqda əhəmiyyətlidir.
 
Jelatin . Jelatin xüsusən 3 aminoasit tərkibə sahibdir. Bunlara proline, qlisin, hidroksiprolin aiddir . Hidrolizə edilmiş jelatin tərkibindəki oligipeptidler sayəsində kollagen sisteminə dəstək olur.
 
Bol bol su için. Toksin və artıq yığınların atılmasına kömək edər. Normal qan təzyiqini dəstəkləyər, qan axını və hüceyrə içərisində maye nisbətini tənzimləyər.
 
Sarımsaq və soğan. Qan təzyiqinin düşməsinə kömək olaraq həzmin və qan axının rahatlamasına kömək edir.
 
Quşqonmaz ödəmi qovaraq sellüliti əngəlləyir.
 
Yağlı balıq. Tərkibindəki Omeqa-3 damarları genişləndirərək qan dövranı və qan axınını asanlaşdırır.
 
Kərəvəz . Tərkibindəki 3-butylpthalide maddəsi ilə qan damarlarının tutulmasını əngəlləyərək həzmə kömək olur.
 
Banan. Tərkibində olan potasium qan təziyiqini aşağı salır və həzmə kömək edir.
 
Zəncəfil. Aspirin kimi təsir edərək qan damarlarında tutulmanı əngəlləyir, daha az yapışqan hala gətirir. Qan incəldici təsiri ilə qan dövranı və axımını rahatlaşdırır. Antiiltihab təsiri də güclüdür.
 
İltihabı azaltmaq üçün

Balıq və kətan toxumu. Tərkibindəki omeqa 3 və alfa linolenik asidin antiiltihab özəlliyinə görə istifadə edilməlidir.
 
Antioksidanla zəngin qidalar
. İltihaba nəzərət etmək və həll etmək kimi təsirləri var. C, E vitaminləri, beta karoten, sink, maqnezium, selenlium, dəmir ən çox bilinən antioksidanlar arasındadır. Antioksidanla zəngin olan quru ərik, quru üzüm, tünd rəngli meyvə, tərəvəzlər yeyin.
 
Bioflavonlar. Kollagen qoruyucu təsiri ilə hüceyrə pərdəsini qoruyur. Lobya, soğan, yaşıl lobya, kələm növləri, alma, quru ərik bioflavonlarla zəngindir.
 
Ananas. Tərkibindəki bromelain fermenti sayəsində çox su atılmasını dəstəkləyərək ödəmləri, göyərmə və bu bölgələrdəki ağrıları azaldır.


Şərhlər:
Baxılıb: 1305
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz