Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çox yeyib, incə qalan modellərin sirri
Çox yeyib, incə qalan modellərin sirri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1973
Səs ver:
Modelləri həmişə incə, arıq görürük və elə bilirik ki, onlar ümumiyyətlə, yemək yemirlər. Ancaq bəlkə də onlar bizdən daha çox yeyirlər. Bəs necə olur ki, kökəlmirlər? Çünki onlar yeyərək arıq qalmağın sirlərini bilirlər.

Səhər yeməyi yeyin

Modellər səhər yeməyi yemədən evdən çıxmırlar. Çünki səhər yeməyi həm enerjini yüksəldir, həm də həzm sistemini sürətləndirir.

Suyu dadlandırın

Sağlam həyat tərzi yaşayıb arıq qalmaq istəyirsinizsə, bol-bol su içməlisiniz.

Ancaq modellər adi suyu meyvələrlə dadlandırırlar. Məsələn, Edi Kempbel kakoslu su içir, bəzi modellər isə qarpızlı su içməyə üstünlük verirlər.

Siz də su içməkdə çətinlik çəkirsinizsə, onu müxtəlif meyvələrlə dadlandırın.

Yağ əridən qidalar yeyin

Avokado, qəhvə və qızıl balıq təbii yağ əridici vasitələrdir.

Podium ulduzlarının menyularında bu qidalar yer alır. Siz də qida rasionunuza yağ əritmək xüsusiyyəti olan meyvələri, ədviyyatları və digər qidaları əlavə edin.

Həmişə hazırlıqlı olun

Getdiyiniz dəvətlədə sizin yeyə bilməyəcəyiniz qədər yağlı və kalorili yeməklər verilə bilər. Ona görə də həmişə yanınızda salatınız və ya "Granola bar”ınız olsun. "Gronola bar” taxıl, quru meyvələr və süddən hazırlanan, hazır şəkildə satılan qida növüdür.

Zülal

Ət yeyin, ancaq yanında çörək yeməməyə çalışın. Təbii ki, həftədə bir-iki dəfə yeməyin yanında çörək yeyə bilərsiniz. Ancaq həftənin digər günləri çörək yeməməyə çalışın. Məşhur model Anastasya İvanova podiuma çıxmağına üç gün qalmış "cheeseburger” yeməkdən imtina etdiyini deyir.

Gördüyünüz kimi modellər də digər insanlar kimi zərərli yeməklər, hətta "fast-food” yeyirlər. Ancaq onlar digər günlər daha sağlam qidalar yeyərək bədəndəki yağ miqdarını tarazlayırlar. Siz də ac qalmayın, yeyərək arıqlamağın üsullarını araşdırın.


Şərhlər:
Baxılıb: 1973
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz