Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın yağlarını əridən 8 məsləhət
Qarın yağlarını əridən 8 məsləhət
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3424
Səs ver:
Düz qarın hər zaman çəkici görünməyi təmin edir. Bəs bunun üçün nə etməli? Necə mübarizə aparmalı? Geyindiyiniz hər şeyin əyninizdə daha yaxşı oturması və başqa qadınların qısqandığı bədənə sahib olmaq üçün bunlara əməl etməli olacaqsınız.

1) Duruşunuza diqqət edin. Düz dayanmaqla qarın əzələlərinin daha yaxşı işləməsini təmin edə bilərsiniz. Qulaqlarınız çiyin xəttində olmalı və dizlərinizi bükməməlisiz. Çiyinləriniz də köynək asdığınız asqı kimi düz olmalıdır. Əyri dursanız, donqarınız çıxdığı üçün qozbel görünər, həm də zamanla qalıcı ola bilər. Ağırlığı topuqlara verin. Beləcə həm düzgün qamətə sahib olar, həm də qarın əzələlərinin sağlam işləməsini təmin edə bilərsiniz.

2) Bədəni tamamilə düşünün. Qarın əzələlərini işlədərkən bədənin digər hissələrini də nəzərə alın. Düz qarına sahib olmaq üçün kürək və bel hissəsində olan əzələlərinin də vəziyyəti önəmlidir. Həmçinin bütün bədəni balanslı şəkildə işlətməsəniz, qarnınız düz olacaq. Amma digər yerlər zəif qalacaq.

3) Qayıq dönüşü. Dik durun, ayaqlarınızı çiyin xəttində ayırın. Əllərinizi birləşdirin və avar çəkdiyinizi təsəvvür edin. Sağ və sol tərəfdə birləşdirdiyiniz əllərinizi qayıqda oturmuş kimi avar hərəkətini 20 dəfə təkrar edin. Bu məqşləri edərkən dərindən nəfəs alın.

4) Pişik təpiyi. Ayaqlarınızı birləşdirib dik durun. Qollarınızı təyyarə qanadları kimi iri açın. Nəfəs verin, eyni zamanda,qıçınızı qaldıra bildiyiniz qədər yuxarı qaldırın. Qollar da öndə paralel olaraq dayanmalıdır. Bu hərəkəti hər bir qıç üçün 20 dəfə təkrar edin. Bu bölgədə olan əzələləriniz çalışacaq və yağların əriməsini təmin edəcək.

5) Əsnəmə. Dik durun, topuqlarınızı birləşdirin və əllərinizi qarınınızın altında kilidləyin. Nəfəs verin və qollarınızı darta bildiyiniz qədər aşağı doğru itələyin. Eyni zamanda, barmaq ucunuzda qalxmağa çalışın. Bu hərəkəti də 10 dəfə təkrarlayın.

6) Qidalanmağınıza diqqət edin. Nə qədər məşq edirsiniz edin, yediklərinizə diqqət etmədiyiniz müddətdə qarınınızı istədiyiniz formaya sala bilməzsiniz. Unutmayın ki, mədəniz qarnınızda yerləşir, onun dolu olması isə birbaşa gözəlliyinizə kölgə salır.

7) Realist olun. Genləriniz bədən quruluşunun hansı formada olmasında əhəmiyyətli rol oynayar. Ancaq "Onsuz da ailəmdəki hər kəs kökdür” deyib də, şirniyyatlara hücum etmək doğru deyil. İstədyiniz hədəfə çatmaq üçün qarşınıza məqsəd qoyaraq motivasiya olsanız, ideal bədən quruluşuna sahib olmağın əslində, o qədər də çətin olmadığını görəcəksiniz.

8) Tələsməyin. Heç kim bir gündə mükəmməl qarına qovuşmayıb. Bunun üçün səbirli olub əziyyət çəkməlisiniz. Qarnınızı əritmək üçün gündə sadəcə 20 dəqiqənizi ayırmaq kifayətdir. Unutmayın ki, hər şeyin başında səbir dayanır.


Şərhlər:
Baxılıb: 3424
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz