loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlməmək üçün makaronu necə yemək lazımdır?
Kökəlməmək üçün makaronu necə yemək lazımdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2023
Səs ver:
Bildiyimiz kimi, makaronun tərkibində bol miqdarda karbohidrat var. Buna görə də makaron yedikdə orqanizmdə kökəlmə prosesi gedir.

Ancaq son araşdırmalar makaron yeməkdən vaz keçə bilməyənləri sevindirib. Araşdırmaların nəticəsinə görə, əslində makaron yeyib kökəlməmək, hətta makaronu orqanizm üçün faydalı qidaya çevrimək mümkündür. Bunun üçün sadəcə olaraq makaronu soyuq şəkildə yemək lazımdır.

Tədqiqatlar zamanı məlum olub ki, bişirildikdən sonra soyumağa qoyulan makaronu yedikdə orqanizm onu lifli tərəvəz kimi qəbul edir.

Makaron bişdikdən dərhal sonra yeyildikdə onun tərkibindəki karbohidrat bədəndə şəkərə çevrilir. Şəkərin səviyyəsini aşağı salmağa çalışan orqanizm insulin istehsal etməyə başlayır. Bütün bu proses bədənimizi yorur və daha tez acmağımıza səbəb olur. Nəticədə həftədə 3-4 dəfə makaron yeyənlər ayda 4-5 kiloya kimi kökəlirlər.

Ancaq makaronu bişirdikdən 20 dəqiqə sonra, yəni soyuq şəkildə yesək, onun tərkibindəki karbohidratlar şəkərə deyil, nişastaya çevrilir. Beləliklə, daha gec acırıq və kökəlmək riskimiz azalır. Araşdırma nəticəsində həm də o bəlli olub ki, soyuq makaronun kalori dəyəri də azalır.

Araşdırmanı aparan həkimlərdən biri olan Kris Van Töliken bəzi insanların makaronu isti şəkildə yeməkdən zövq aldığını, soyuq makaron yeyə bilmədiklərini nəzərə alaraq tədqiqatlarını genişləndirib. Nəticə isə  həkimləri olduqca təəccübləndirib. Həkim Krisin sözlərinə görə, bişdikdən sonra soyudulan və yenidən qızdırılan makaron da kökəlmə vermir. Yəni əsas makaronu ilk bişirildikdə yeməməyə diqqət etməliyik.

Şərhlər:
Baxılıb: 2023
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz