Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamağa kömək edəcək 6 məhsul
Arıqlamağa kömək edəcək 6 məhsul
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2734
Səs ver:
Qreyfut
Əgər siz bu meyvəni hər dəfə süfrəyə əyləşmədən öncə yesəniz, görəcəksiniz ki, gün keçdikcə iştahanız azalmağa doğru gedir. Həmçinin bu meyvənin təkibində olan pektin maddəsi mədə və bağırsaqda maddələr mübadiləsinin pozulmasına səbəb olacaq və bu da sellülozanın əriməsinə səbəb olur.

Darçın
Gündə dörddə bir çay qaşığı darçın dəmləyib içsəniz, qanda qlükozanın səviyyəsini azaldacaq və eyni zamanda insulin istehsalını azaldacaq. Buna görə də aclıq hissi ilə asanlıqla mübarizə apara biləcəksiniz. Üstəlik darçının möcüzəvi təsirlərindən biri də odur ki, maddələr mübadiləsinə çox gözəl təsir edir.

Alma sirkəsi
Arabir hazırladığınız tərəvəz salatlarına alma sirkəsi əlavə edin. Alma sirkəsi qanda xolesterini azaldır və aclıq hissini azaldır. Ancaq heç bir halda bu faydalı məhsuldan qədərindən artıq istifadə etməyin. Əks halda qastiridə və turşuluğun artması ilə mədədə qıcqırmaya səbəb ola bilər.

Tofu pendiri
Arıqlamaq istəyənlər üçün inək südündən hazırlanmış yağlı pendir arzuolunmazdır. Lakin soya tofu pendiri ona yaxşı alternativ ola bilər. Yağlılığı nisbətən aşağı olan bu pendir insanı tez doydurur. Adamın özünü uzun müddət tox hiss etməsinə səbəb olur. Onun spesifik dadı və qoxusu olur. Yeganə çətinlik bu dada alışmaqdır.

Qoz
Yüksək kalorilidir, lakin çox faydalı məhsuldur. Qoz insanda yaxşı əhval-ruhiyyə yaratmaq üçün maqneziumla, mikroelementlə zəngindir. Qanda şəkərin səviyyəsini normallaşdırır, damarları möhkəmləndirir, eyni zamanda onları daha elastik edir. Kiçik bir qoz yemək insanda uzun müddət toxluq hissi yaradır.

Qarğıdalı yarması
Bədən quruluşunun qayğısına qalan hər bir insanın ideal səhər yeməyi ola bilər. Qarğıdalı yarmasının tərkibində olan sellüloz toxluq hissi yaradır, polifenollar isə damarların divarlarına gücləndirir, hətta bəzi məlumatlara görə, artıq mayeni çıxarır, xərçəngin qarşısını alır. Qarğıdalı yarması tərkibində mikroelementlər vardır ki,(A, B qrupu vitaminləri, maqnezium, sink, xrom) bu da maddələr mübadiləsini yaxşılaşdırmağa yardım edir.


Şərhlər:
Baxılıb: 2734
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz