Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər bir qadının pəhriz siyahısında nələr olmalıdır?
Hər bir qadının pəhriz siyahısında nələr olmalıdır?
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2707
Səs ver:
Qadinlar.Biz hər bir qadının bilməli və əməl etməli olduğu pəhriz siyahısını təqdim edir:
 
Yulaf:
Qan şəkərini aşağı salan yulaf səhər yeməyi üçün ən gözəl qidadır. Tərkibindəki yüksək miqdarda lif mədədə şişir və saatlarla toxluq hissi aşılayır. Yulaf hər damaq dadına xitab etməsə də, içinə alma kimi şəkəri aşağı olan mövsüm meyvələri qataraq ləzzət verə bilərsiniz.
 
Badam, qoz fındıq:
Badam, qoz və fındıq kimi çərəzlər qarın nahiyəsini arıqladır və toxluq hissi verir. Aclıq hiss etdiyiniz zaman ovcunuzun içi qədər çərəz yeyə bilərsiniz. 
 
Zeytun yağı:
Pəhrizdə olsanız da, olmasanız da, orqanizminin yağa ehtiyacı var. Zeytun yağı kimi təbii bitki yağlarına üstünlük verin. Zeytun yağı xolestrolu normaya salır və toxluq hissi aşılayır.
 
Pazlılar:
Paxlalı bitkilər özündə olduqca aşağı kalori ehtiva edirlər. Tərkibindəki yüksək protein və lif dəyərləri sayəsində arıqlamağı asanlaşdırır. Həftədə bir dəfə istifadə etsəniz, orqanizmi doymuş yağlardan xilas edib yüksək miqdarda lif qəbul etmiş olarsınız. Paxlalılar fəsiləsindən olan bitkilərin tərkibi dərini gəncləşdirən və saçların tökülməsinə mane olan maddələrlə zəngindir.
 
Tam taxıllı qidalar:
Karrbohidrat sağlamlıq üçün çox dəyərli maddədir. Makaron, düyü və çörək kimi karbohidratlı yeməklər istəyəndə lif miqdarı yüksək olan tam taxıllı olanları seçin. Toxluq hissi yaradan tam taxıllı məhsullar aclıq hissini öldürür.
 
Çiyələk, böyürtkən və qarağat:
Çiyələk, böyürtkən və qarağat kimi qırmızı meyvələrin kiçik porsiyasında yüklü miqdarda lif var. Ancaq bu meyvələr, meyvə suyu halına gələn zaman tərkibi yüksək miqdarda şəkərlə dolu olur. Buna görə də meyvə sularına deyil, meyvənin özünü yeməyə çalışın.
 
Alma sirkesi:
Alma sirkəsi maddələr mübadiləsini sürətləndirir. Bu səbəbdən yağları əridərək arıqlamağa kömək edir.


Şərhlər:
Baxılıb: 2707
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz