Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləlikdən sonra necə arıqlamalı?
Hamiləlikdən sonra necə arıqlamalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3643
Səs ver:
Bu məsləhətlərə əməl edəndən sonra arıqlamaq çətin olmayacaq!
Ana olmaq hər bir qızın arzusu və istəyidir. Həyəcanlı, bir o qədər də çətin keçən hamiləlik dövrü qadının həyatında baş verən ən gözəl anlardır. Bəs hamiləlikdən sonra artıq çəkidən necə xilas olmalı?
Ananın uşağı əmizdirdiyi müddətdə kalorisi çox aşağı olan pəhrizlər saxlamaq olmaz. Həm özünü, həm də körpənin ehtiyaclarını qarşılaya bilmək üçün ilk 6 ayda pəhriz olmaz.  Uşaq əmizdirən ana bir gündə 500-600 kalori xərcləyir.
Ana çoxlu enerji sərf etdiyi üçün tez acır. Buna görə də hamiləlikdən sonra arıqlamaq istəyən qadınlar yüksək kalorili pəhrizlərə əməl etməlidir. Qadın heç bir şey yemədiyi təqdirdə qan şəkəri aşağı düşür, şirniyyat istəyi artır. Ananın və körpənin bütün ehtiyaclarını qarşılayan pəhrizlə də arıqlamaq mümkündür.
Arıqlamaqdan ötrü qida rasionunuzdan karbohidrat və zülalı çıxarmayın. Kasıb pəhrizlər yeni ana olan qadınlar üçün deyil. Diyetoloqdan vitamin və mineralarla zəngin olan pəhriz istəyin.
Əmizdirmə müddətindəsinizsə və 15-20 kq kökəlmisinizsə, hər ay 2 kq arıqlamalısınız. 15 kq kökəlmisinizsə, hər ay 1 kq atmaq məsləhət görülür. Daha çox arıqlamağanız süd verməyə mənfi təsir göstərər.
Vitamin qəbul etmək əvəzinə soyuducuda çoxdan saxlanılmış meyvə-tərəvəzə yox, təzə meyvələrə üstünlük verin.
Mümkün olduğu qədər metal bıçaqdan istifadə etməyin. Çünki metal bəzi vitaminləri azaldır.
Yodlaşdırılmış duz istifadə edin.
Tərəvəzlərin və makaronun suyunu atmayın. Çünki onlarda vitamin və minerallar çoxdur.
Əmizdirmə müddətində hər gün 3 litr su için. Sonra yavaş-yavaş azaldın.
Hər gün toyuq əti, ya da balıq yeyin. Bu qidalar südü çoxaltmaqla birlikdə, tox qalmağa da kömək edəcək. Tox olduğunuz üçün arıqlamaq asan olacaq.
Qida rasionunuzdan çörəyi çıxarmayın. Yetəri qədər karbohidrat qəbul etdiyiniz üçün şirniyyat istəyiniz də azalacaq.Buğda və çovdar çörəyi sizi daha uzun müddət tox saxlayacaq. Həm də ağ çörəkdən daha zəngindir.
Çayı və qəhvəni şəkərlə içməyin. Şəkərdən imtina etməklə daha az kalori qəbul etmiş olarsınız.
Şəkərli, yağlı və unlu qidalardan mümkün qədər uzaq durun.
Gündə 2-3 stəkan yağsız süd, ya da qatıq qəbul edin. Kalsium ehtiyacını ödədiyi üçün saç tökülməsinin qarşısını alacaq. Həm də arıqlamağa kömək edəcək.
Yeməklərinizi vaxtlı-vaxtında yeyin.
Gündəlik kalori ehtiyacını təmin etmək və aclığın qarşısını almaq üçün yeməkdən 1-2 saat əvvəl, ya da sonra meyvə yeyin. Meyvələrin şəkər dəyəri çox olduğu üçün şirniyyat istəyiniz azaldacaq.
Qarın bölgəsində yığılan piyləri əritmək üçün yeməkləri bitki yağında bişirin.
Gündə 10 ədəd badam, ya fındıq, ya da 3-4 ədəd qoz yeyin.
Körpəni əmizdirdikdən sonra 2-3 stəkan su için.
Kolbasa, sosiska, sucuq və konservi kimi qidalardan uzaq durun. Buraya fastfood-lar da daxildir.
Sağlamlığınızda heç bir problem yoxdursa, hər gün 1 saat təmiz havada gəzin.
Özünüzün və körpənizin qeydinə qalaraq sağlam şəkildə arıqlamaq sizin əlinizdədir.


Şərhlər:
Baxılıb: 3643
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz