Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fitnes 1 saglamliqidir
Fitnes 1 saglamliqidir
Göndərən: NaZa25
Şərhlər:
Baxılıb: 1808
Səs ver:
http://imgs.su/tmp/1320871781-656.jpg

Öz fiquralarını düzəltmək istəyən xanımlar idmanla məşğul olarkən bəzən səhvlər buraxırlar. Yeni başlayan xanımlara isə bu səhvlərdən qaçmaq üçün məsləhətlərimiz:
1. Məğrur tənhalıq. Paradoksal səslənsə də, trenajor zalına rəfiqəsiz, tək gedin. Kompaniyon sizə yalnız özünüzdə idman muhitini yeni mənimsəyəndə lazım olur. Çox zaman rəfiqə söhbətlə baş qatır, tapşırıqları yerinə yetirməyə mane olur. Qadınlar hər zaman müzakirə edəcək mövzu tapırlar. Hətta mövzu o qədər maraqlı olur ki, zala nəyə görə gəldiklərini unudurlar.
2. Lazımi psixoloji həvəs. Zala girmək üçün yaxşı həvəs olmalıdır. Unutmayın ki, siz xarici görüşünüzü dəyişə və özünüzü  qiymətləndirməni yüksəldə biləcək yeni həyata başlayırsınız. Bütün xırda detalları nəzərə alın. Məsələn, siz forma alarkən eləsini seçin ki, onda özünüzü rahat hiss edəsiniz. Həmçinin zal da mühüm rol oynayır, bunu siz bir neçə məşğəleədən sonra özünüzü necə hiss edəndə biləcəksiniz.
3. Əzmkarlıq. Bəzi xanımlar bir neçə aylıq məşqdən sonra fiqurasında dəyişiklik hiss etmədiyindən məşqləri atırlar. Nəzərə çarpacaq nəticələri əldə etmək üçün xarakterin döyüşçü keyfiyyətini göstərmək lazımdır. Utancaqlığa və hər bir şeyə şəkk etmeyə qarşı bu xüsusiyyət olmalıdır.
4. Məqsədi təyin etmə. Fitnes kluba getməyi qərara almamış yaxşı olardı ki, düşünəsiz, siz nə istəyirsiniz. Qarşıya qoyduğunuz məqsəddən asılı olaraq siz aerobikanı, trenajor zalını, hovuzu və s. seçə bilərsiniz. Əgər hədəfiniz fiquranı yaxşılaşdırmaq və gücünüzü artırmaqdırsa, onda idman zalına xoş gəlmişiniz. Güc trenajorunu seçən bəzi qadınlar onlarla heç də məşğul olmur. Gözəl cinsin nümayendələrini qaçış meydançasında yaxud velotrekdə görmək daha yaxşı olardı.
5. Bilik. Bu işdə informasiya sizə daha çox lazım olan şeydir. Bu sahədəki biliklərinizdən sizin uğurlarınız çox asılıdır. Çox zaman xanımlar öz intuisiyalarına əsaslanaraq yaxud oxuduqları məqalələrə uyğun hərəkət edirlər. Bunları bilsəniz yaxşı olar:əzələlərin adını və yerləşdiyi yerləri, düzgün qidalanmanın əsasını, tapşırıqları texniki düzgün yerinə yetirməyi, yaxşı həvəs və sağlam bədən üçün lazımi idman əlavələrindən xəbərdar olmanı, bu mövzuya uyğun çoxlu informasiya toplamalı.
6. Məşq planının tərtibi. Öz bədəniniz və onun formalaşması barədə kifayət qədər məlumatlı olduqda, artıq məşq planı tərtib etmək lazımdır. Bodibildinq ulduzlarının proqramını götürməyin, sizə fərdi proqram — sizin orqanizminizin imkanları və xüsusiyyətləri çərçivəsində hazırlanmış proqram lazımdır. Proqramı 2-3 aydan bir dəyişməlisiniz ki, bədəniniz birtərəfli yüklənməsin.
7. Utanmayın. Əgər əvvəllər siz idmanla məşğul olmamısınızsa belə, istənilən yaşda məşğul olmağa utanmayın. Həyatınızı dəyişmək arzunuz yalnız diqqətə layiqdir. Zalda özünüzü narahat hiss etdiyiniz zaman bu barədə düşünün.
8. Qidalanmanızı yenidən gözdən keçirin. Yalnız idmanla məşğul olmaq arzu olunan nəticəni vermir. Əgər düzgün qidalanma prinsipləri əsasında tərtib olunmuş fitnes-dietaya riayət olunmursa heç bir nəticədən danışmaq olmaz. Qida rasionunuza vitamin və mineral vasitələrin əlavə miqdarını daxil edin. Əziz xanımlar, öz imkanlarınızı real qiymətləndirin və qarşınıza edə edə biləcəyiniz məqsədləri qoyun. Əks halda, sizi həvəsdən düşmə və ümidsizlik gözləyir.


Şərhlər:
Baxılıb: 1808
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz