Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balqabaq pəhrizi
Balqabaq pəhrizi
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 3025
Səs ver:
Balqabaq pəhrizi necə saxlanılır?

1-ci gün

Səhər: 1 stəkan az yağlı keçi südü, 4-5 qaşıq sadə müsli, 4-5 ədəd təzə çiyələk, 1 kiçik çay qaşığı darçın.
Arada: 2 ədəd xiyar.
Nahar: 1 qab qızartma toyuq filesi (yağsız), 3-4 ədəd bibər, bol göyərti, üzəri üçün təzə limon suyu və çox az zeytun yağı.
Ara pay-1: 3 ədəd qoz ləpəsi, 1 ovuc albalı.
Ara pay-2 (1 saat sonra): 3 ədəd darçınlı pəhriz peçenyesi.
Axşam: 1 boşqab zeytun yağlı pərpərən, 4 qaşıq yarma plov, 2 ədəd xiyar.
Gecə: 1 xiyar, 5-6 ədəd çiyələk.
Arada: 1 şüşə mineral su, 2-3 stəkan buzlu yaşıl çay. Gün ərzində 2 litrə qədər su içilməlidir.
Balqabaq pəhrizi

2-ci gün

Bu gün yalnız sulu balqabaq pərpərən yeməyi yeyiləcək. Səhər isə çiyələk kompotu içiləcək.
Çiyələk kompotunun resepti: 8-9 ədəd iri çiyələk, 1 qaşıq darçın, 3 stəkan su - bildiyimiz üsulla kompot hazırlanır, amma şəkərsiz. Səhərdən günortaya qədər 2 kasa çiyələk kompotu içiləcək.
Günortadan axşam yatana qədər isə 1 qazan balqabaq pərpərən detoks şorbası içiləcək.

Detoks şorbasının resepti: Kiçik bir dəstə pərpərən yaxşıca yuyulur. 4 ədəd kiçik orta boy balqabaq incə-incə doğranır. 2 ədəd təzə soğan, 1 çay qaşığı zeytun yağı, 1 çimdik duz və 6-7 ədəd nanə yarpağı ilə birgə ilıq şorba hazrlanır. Hər iki saatdan bir 1 kasa içilırək 1 qazan şorba qurtarmalıdır. Yanında çörək və ya başqa un məmulatı yemək olmaz.

3-cü gün

Səhər: 1 dilim qızarmış tam buğda çörəyi, 3 tikə təzə pendir, 2 ədəd bibər, 1 xiyar.
Ara pay: 1 orta boy xiyar.
Nahar: 3 ədəd yumurta ağından və 1 sarısından keşnişli, bibərli, yağsız omlet, 2 xiyar.
Ara pay (təxminən saat 15:00): 3 ədəd kəpəkli peçenye, 2 tikə təzə pendir.
Ara pay: 1stəkan yüngül ayran, 2 xiyar.
Axşam: 4-5 qaşıq yaşıl mərcimək şorbası, 1 dilim tam buğda çörəyi, bol xiyarlı yaşıl salat.
Gecə: 1 kiçik kasa albalı.

4-cü gün

Səhər: 1 dilim qızarmış çovdar çörəyi, 5-6 ədəd az duzlu, az yağlı zeytun, 1 xiyar, 2 bibər.
Ara pay: 1 xiyar.
Nahar: 1 orta boy dərisiz qızartma balıq, soğanlı yaşıl salat.
Ara pay-1: 4 ədəd quru ərik, 3 qoz ləpəsi.
Ara pay-2: 1 stəkan az yağlı keçi südü.
Axşam: 1 boşqab zeytun yağlı pərpərən, 4 qaşıq yarma plovu, 2 xiyar.
Gecə: 6-7 ədəd iri çiyələk.

5-ci gün

Səhər: 2 qaşıq yulaf əzməsi, 1 stəkan az yağlı keçi südü, 1 kiçik çay qaşığı darçın, 4-5 ədəd çiyələk.
Ara pay: 1 ovuc alça.
Nahar: 4 ədəd yağsız qiymədən orta boy kotlet, 1 kasa salat.
Ara pay-1: 2 ədəd orta boy xiyar.
Ara pay-2: 1 stəkan yüngül ayran, kiçik bir ovuc sarı ləbləbi.
Axşam: 1 boşqab zeytun yağlı təzə lobya, 1 dilim tam buğda çörəyi, 2 xiyar, 1 pomidor.
Gecə: 4 ədəd quru ərik, 8-9 ədəd qoz, fındıq.
Balqabaq pəhrizi

6-cı gün

Səhər: 1 dilim qızarmış taş çovdar çörəyi, 3-4 tikə yağsız təzə pendir, 1 xiyar, 7-8 ədəd cəfəri.
Ara pay: 2 orta boy xiyar.
Nahar: 1 kasa 100 qr ton balıqlı yaşıl salat, 2 xiyar.
Ara pay-1: 7-8 ədəd iri çiyələk, 3 qoz ləpəsi.
Ara pay-2: 1 stəkan yağsız süd.
Axşam: 1 boşqab zeytun yağlı balqabaq, 4 qaşıq yarma, xiyar, bibər, təzə nanə, şüyüd, cəfəri.
Gecə: 1 ovuc albalı, kiçik bir ovuc duzsuz balqabaq tumu.

7-ci gün

Səhər: 4-5 qaşıq yulaf ,1 kiçik çay qaşığı darçın, 1 stəkan az yağlı keçi südü, 5-6 ədəd iri çiyələk.
Ara pay: 3 ədəd qoz ləpəsi, 3 quru ərik.
Nahar: 1 boşqab qızartma toyuq  filesi (dərisiz), 1 boşqab zeytun yağlı pərpərən, 2 ədəd xiyar.
Ara pay: 2 incə dilim tam buğda çörəyinin arasına təzə yağsız pendir qoyub tost eləyin.
Axşam 1 kasa tərəvəz şorbası, 4-5 qaşıq yaşıl mərcimək şorbası, 1 boşqab zeytun yağlı təzə lobya.
Gecə: 1 ovuc təzə albalı.


Şərhlər:
Baxılıb: 3025
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz