Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qan qrupuna görə pəhriz
Qan qrupuna görə pəhriz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4245
Səs ver:
Son vaxt psixoloq və hematoloqlar temperamentin qan qrupundan birbaşa asılıolduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Mütəxəssislərin fikrincə, qan xarakterə, davranışa və hətta hisslərə təsir göstərir. Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı "qan qrupun hansıdır?” sualdır. Onların fikrincə, qan qrupu insan xarekterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.

Lakin təkcə xarakter və fərdi keyfiyyətlər deyil, insanın qida rejimini də qan qrupu ilə bu və ya digər şəkildə əlaqədardır. Dietoloqlar hətta pəhriz saxlayarkən də qan qrupunu əsas götürürlər.

Ayrı-ayrı qan qrupları üçün pəhrizlər

I qrup üçün arıqlama metodu
Bu qədim qan qrupupunun tarixi insanların ətlə qidalandıqları vaxta gedib çıxır. I qan qrupuna aid olan insanları həkimlər ovçu adlandırırlar. Onlar asanlıqla arıqlaya bilərlər. Pəhrizlə yanaşı fiziki aktivlik böyük rol oynayır. I qan qrupuna aid olanlarda həzm prosesi yaxşı gedir, amma yeməklər kəskin dəyişikliklər onlara pis təsir edir.
Menyu: Brokolli kələmi, ispanaq, qırmızı soğan, qırmızı bibər, daş kələm, qabaq, cəfəri, kəvər, zeytun, bostan kələmi, mal əti, quzu əti, dana əti, balıq və dəniz məhsulları, yodlaşdırılmış duz və qaraciyər. Həmin qidalarlagündə 3-5 dəfə qidalanmaq olar.
Yemək olmaz! Un məhsulları, süd, mərci, yerfındığı yağı, lobya, qırmızı, bryusella və gül kələmi və şampinyon.
Fiziki hərəkətlər: Aerobika, qaçış, gimnastika, velosipeddə gəzmək...

Səhər yeməyi
Alma cemi ilə 1 dilim quru çörək, ilıq bişmiş yumurta, 1 stəkan ananas şirəsi

Nahar
Yaşıl üzümlə qaynadılmış toyuq filesi, qoz, yoqurt

Qəlyanaltı
Qaynadılmış düyü, 1 stəkan meyvə şirəsi

Şam yeməyi
250 qram balıq, qaynadılmış brokkoli kələmi və yaşıl çay

II qrup üçün arıqlama metodu
Heyvan qıtlığı başlayandan sonra insanlar acından ölməmək üçün başqa yemək növləri axtarmağa başladılar və bu qan qrupunun yaranması da həmin vaxta təsadüf edir.
II qan qrupdan olanlar ilk vegetaryianlar adlandırılır. Onların əsas pəhriz növü də vegetariansayağı olmalıdır. Əsasən təzə tərəvəzlər və meyvələrə üstünlük verilməlidir.
Menyu: Balıq, tərəvəz (şampinyon, kələm və badimcandan başqa), meyvələr (banan, mandarin, yemişdən başqa) yemək olar. Gün ərzində 3-5 dəfə qida qəbul etmək lazımdır.
Yemək olmaz! Ət, pendir, çörək.
Fiziki hərəkətlər: Yoqa, qolf, tez-tez piyada gəzmək, üzgüçülük, aerobika.

Səhər yeməyi
Südlə qarışdırılmış 4 qaşıq qarğıdalı xlopyaları, meyvə və meyvəli çay

Nahar
Kahı, qırmızı soğan, kərəviz, xiyar, təzə nanə, sous və limon şirəsi, 1 hissə quru çörək, yaşıl çay

Şam yeməyi
150-200 qram balıq, 1 dilim çovdar çörəyi

III qrup üçün arıqlama metodu
Bu qan qrup insanları köçəri həyat tərzi keçirməyə başladıqları vaxtdan əmələ gəlib. Həzm prosesində heç bir problem olmadığından onlar hər bir dəyişikliyə asanlıqla qəbul edirlər. III qan qrupuna aid olanlar süd məhsullarına üstünlük vermələri məsləhət görülür. Çox nadir hallarda onlarda artıq çəki problemi olur, amma çox kalorili yeməklərdən uzaq olmaları məsləhətdir.
Menyu: Kök, bryusella kələmi, gül kələmi, qırmızı bibər, şəkər çuğunduru, badımcan, quş əti, qarciyər, dəniz və süd məhsulları.
Yemək olmaz! Toyuq əti, qoz, mərci, qabaq, zeytun, kakos, buğda unundan bişmiş məhsullar, revend.
Fiziki aktivlik: Aerobika, tenis, piyada gəzmək, velosiped sürmək, üzgüçülük, qaçış.

Səhər yeməyi
Süddə bişmiş 3 qaşıq düyü, ilıq bişmış yumurta, yaşıl çay.

Nahar
Soyutma ət, kahı, meyvəli çay və ya kofe.

Qəlyanaltı
Meyvəli yoqurt

Şam yeməyi
50 qram balıq, yoqurt.

IV qrupu üçün arıqlama metodu
Alimlərin " tapmaca” adlandırdıqları ən cavan qan qrupu olan IV qan qruppunun əmələ gəlməsini müxtəlif qan qrupuna məxsus insanların birləşməsi ilə əlaqələndirirlər. Həzm sistemləri çox həssasdır. Bu qrupdan olan insanlara daha çox tərəvəzli pəhriz məsləhət görülür.
Menyu: lobya, yaşıl tərəvəzlər, quş əti, yoqurt, pendir, makaron, balıq, ananas,
Yemək olmaz! Donuz əti, kərə yağı, süd, qırmızı bibər, turp, banan, armud, buğda unundan hazırlanmış məhsullar.
Fiziki hərəkətlər: Yoqa, velosiped sürmək, tez-tez piyada yerimək.

Səhər yeməyi
Bir stəkan su ilə qarışdırılmış limon şirəsi, 2 dilim quru çörək, kofe və ya bitki çayı.

Nahar
Qızardılmış hind quşu filesi, qaynadılmış gül kələmi və yaşıl çay.

Qəlyanaltı
Az kalorili meyvəli yoqurt

Şam yeməyi
Qaynadılmış balıq, sarımısaqlı təbii yoqurtdan hazırlanmış sous.


Şərhlər:
Baxılıb: 4245
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz