Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayının pəhrizi
Ramazan ayının pəhrizi
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 2002
Səs ver:
Müqəddəs Ramazan ayında bütün müsəlmanlar oruc tutmalıdırlar. Oruc səhər (fəcr) namazından axşam (məğrib) namazına qədər davam edir.

Hər səhər oruc tutduqdan əvvəl niyyət etmək lazımdır. Bu niyyət ucadan və ya ürəkdə azad bir formada etmək olar. Misal üçün: "Mən bu orucu Allah naminə tutmağa niyyət edirəm”. Axşam namazın azanı səslənən kimi oruc tutan insan iftarını aça bilər. Bu məqsədlə dua oxunandan sonra 1 stəkan su içmək və bir neçə xurma yemək lazımdır.

Məhz bu üsulla siz mədə-bağırsaq sisteminizin normal fəaliyyətinə təkan verir və  həddindən artıq yeməyin qarşısını alırsınız. Müxtəlif vitamin və mikroelementlərlə zəngin olan xurma insana tez bir zamanda toxluq hissi və enerji bəxş edir. Buna görə də xurma hər bir oruc tutan insanın gündəlik rasionunda mütləq olmalıdır.

İftarını açdıqdan sonra müsəlman namazını qılmalı, zikr etməli və yalnız bundan sonra əsas qida qəbuluna başlamalıdır.

Çalışın ki, həddindən artıq yeməyəsiniz – bu sizin həm fiziki, həm də ruhani sağlamlığınız üçün ziyanlıdır. 14-15 saat ərzində aclığa və susuzluğa dözən orqanizm çox miqdarda qidaya tab gətirə bilməz və insanın halı o dərəcədə pisləşə bilər ki, hətta həkimin köməyinə ehtiyac yaransın.

Yemək zamanı çalışın su, şirə və s. mayeləri içməyəsiniz. Bu halda həzm prosesi pozulur. Mayeni əsas qidadan əvvəl və ya bir müddət sonra içmək olar.

Ramazan ayında ağır, yağlı, qızarmış, ədviyyatlı, duzlu qidalardan imtina etmək lazımdır. Yağı az olan ət və balıq növlərinə üstünlük verin. Qida rasionunuzda çoxlu meyvə və tərəvəzlər, meyvə quruları, göyərtilər olmalıdır. Bunlar təbii bitki liflərlə zəngindir ki, insanın mədə-bağırsaq sisteminin fəaliyyətinə yaxşı kömək edir. Mütləq süd məhsullarından da istifadə edilməlidir. Ümumiyyətlə çalışmaq lazımdır ki, Ramazan ayında siz mümkün qədər xeyirli və çeşidli qidaları qəbul edəsiniz.

Səhər namazına qədər qəbul edilən qida çox yüngül və eyni zamanda doydurucu olmalıdır ki, iftar vaxtına qədər siz aclıqdan əziyyət çəkməyəsiniz. Bunun üçün müxtəlif sıyıqlar (manna yarması, qarabaşaq, yulaf yarması və s.), tərəvəz salatları, meyvələr, müxtəlif meyvə quruları (əncir, ərik, qara qavalı), süd məhsulları (kəsmik, xama və s.), yumurta və s. uyğun gəlir. Səhər qida qəbulunda şirin qidalara (tort, pirojna, şirin peçenye, şəkər və s.) üstünlük verməyin.

Duzlu, ədviyyatlı, yağlı qidaları qəbul etməyin ki, sizi gün ərzində susuzluq hissi narahat etməsin. Gün ərzində insan 2 litr maye içməlidir. Bu qaydaya xüsusi diqqət yetirin ki, böyrəkləriniz əziyyət çəkməsin.

Səhər limon qatılmış su içmək yaxşıdır. Çay bir qədər sidikqovucu təsirə malikdir və bu səbəbdən səhər qida qəbulu zamanı çoxlu çay içmək tövsiyyə olunmur. Mineral sulardan da imtina edin. Onlar duzlarla zəngindir və bu susuzluğu artırır.

Orucun birinci həftəsində orqanizm yeni şəraitə uyğunlaşdığı üçün insan baş ağrısı, baş gicəllənməsi, yorğunluq, huşsuzluq hiss edə bilər. Oruc tutan insan gün ərzində mümkün qədər çox dincəlməli, uzanmalı, yatmalıdır.

Arıqlamaq, sağlamlıq naminə və s. fikirlərlə tutulan oruc qəbul olunmaz! Yalnız Allah rizası üçün tutulan oruc, İnşaAllah, qəbul olunar və orucu tutan insan Allah tərəfindən mükafatlandırılar.

Allah orucunuzu qəbul etsin!


Şərhlər:
Baxılıb: 2002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz