Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarpızla 1 həftəyə 5 kilo arıqlayın
Qarpızla 1 həftəyə 5 kilo arıqlayın
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 5782
Səs ver:
İstilərin başlaması arıqlamaq istəyənlərin də pəhriz siyahılarına göz gəzdirməsinə səbəb olub. Yay aylarında qısa müddətdə çox çək atmağa kömək edəcək pəhrizlər isə hamın daha çox maraqlandırır. Son zamanlar daha çox tanınan 1 həftədə 5 kiloqram çəki atmağa kömək edən qarpız pəhrizi bunlardan biridir. Arıqlamaq istəyənlər üçün qarpız pəhrizini təqdim edir. Qarpız pəhrizi yay aylarında qarpız-pendirdən əl çəkmək istəməyənlər üçün əla seçimdir. 1 həftə boyunca riayət edəcəyiniz bu pəhrizin 92 faizini su tərkibli qarpız təşkil edir. Qarpız pəhrizində səhər yeməyi üçün 1 dilim qarpız, 30 qram pendir və 1 dilim çörək yeməlisiniz. Nahar və şam saatlarında protein miqdarını artırmaq üçün ət, toyuq, balıq və ya göbələk yeyə bilərsiniz. Qəlyanaltı olaraq isə 1 dilim pendirlə 1 dilim qarpız yeyin. Araşdırmalara görə, qarpız pəhrizi 1 həftədə 5 kilo atmanıza kömək etsə də, parlaq nəticələnə bilməz. Bu pəhrizə uyğun olaraq gündəlik qəbul ediləcək kalori miqdarı 900 olmalıdır. Bu da normal qəbul ediləcək kalori miqdarından çox azdır. Bu, maddələr mübadilənizi yormanıza və pəhrizi dayandırdıqdan sonra həddən çox çəki almanıza səbəb ola bilər. Bu pəhriz zamanı itirəcəyiniz su, əzələ kütləsi olarsa, pəhrizin sizə faydasından çox zərər verdiyini bilməlisiniz. Qarpızın faydası var, amma... Likopedin, A vitamini və karetenoidlərdən ibarət olan qarpızın sizə faydalı olduğunu bilsəniz də, onun şəkərli meyvə olduğunu unutmayın. Pəhriz zamanı bəzən sadəcə qarpız yemək, qan təzyiqinizin sürətlə qalxıb düşməsinə, özünüzü həddən çox ac hiss etmənizə səbəb ola bilər. Bu, xüsusən şəkər xəstəsi olanlar üçün təhlükəli ola bilər. Şəkər, böyrək xəstəsi olan, ürək damar xəstəliyi olanlar, hamilə, süd verən analar, yeniyetmələr və uşaqlar bu pəhrizi saxlamamalıdır.Bu cür pəhrizlərə riayət etmədən əvvəl dietoloqla məsləhətləşməniz vacibdir. Unutmayın, sağlamlığınız tərəzidə göstərən rəqəmdən daha vacibdir. Çəki atarkən sağlamlığınızı da qoruyub saxlamaq istəyirsinizsə, sağlam qala biləcəyiniz nizamlı bir pəhriz proqramını tətbiq edin.


Şərhlər:
Baxılıb: 5782
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz