Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdman qədər sağlam qidalanma da əhəmiyyətli
İdman qədər sağlam qidalanma da əhəmiyyətli
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1516
Səs ver:
Hər kəs üçün təməl qanunlar

• İdman etdiyiniz günlərdə kafi miqdarda karbonhidrat və zülal almağa diqqət edin. Qeyri-kafi qidalanmanız, əzələ kütlənizdən itkilərə yol aça bilər. 

• İdman etdiyiniz müddətdə, kafi maye aldığınızdan əmin olun. Tər ilə yaranan maye itkisini idman əsnasında və sonrasında dərhal qarşılamanız lazımdır. 

• İdmandan təxminən 1 saat əvvəl yemək yeməyi kəsin. İdmanda hərəkət etmənizi çətinləşdirər. Ayrıca mədə krampları yaşamanıza səbəb ola bilər. 

• İdmandan dərhal əvvəl süd və ya ayran qəbul etmək, həzm sistemi problemlərinə səbəb olaraq idmanı yarıda buraxmanıza yol aça bilər. Bu səbəblə süd məhsullarını idmanın dərhal əvvəlində qəbul etməməyə çalışın. 

İdmançının besinsel ehtiyaclarını hansı faktorlar təyin edər

Yaş, cinsiyyət, sağlamlıq vəziyyəti və maddələr mübadiləsi sürəti xaricində

• İdmanın müddəti 

• İdmanın növü

• İdman etmə sıxlığı

• İdmanın şiddəti

• İnsanın nə qədər müddətdir idman etdiyi kimi  faktorlar həm idman edilən müddətdə verilən kalori miqdarına təsir edər, həm də bu müddətdə bədəndən enerji çıxarmaq üçün istifadə edilən yanacağa təsir edər. 

Məşq əvvəli nə vaxt yeməli, nə yeməli

Məşqdən maksimum fayda vermək üçün, 3-4 saat əvvəlində bir ana nahar; 1-2 saat əvvəlində də bir ara nahar qəbul etmək lazımdır. 

Ana nahar üçün nümunələr

• Meyvəli süd  və tost

• Pendirli sobada kartof və süd

• Süd 
• Toyuqlu buterbrod və ayran 

• Süd və banan

• Qatıq və meyvə salatı 

• Yağsız makaron və qatıq 

Ara nahar üçün nümunələr

• Taxıl nümunələri

• Zülal nümunələri

• Meyvəli qatıqlar 

İdman əvvəli kafein

İdmandan 30 dəqiqə əvvəl içilən bir qəhvənin, kafenin səbəbi ilə yağ yandırmsına köməkçi olacağına dair elmi işlər vardır. İçdiyiniz qəhvənin kremsiz olmasına diqqət edin. Südsüz qəhvə içə bilməyənlər light süd əlavə edə bilər. 

İdman sonrası light süd məhsulları

İdmandan sonra ilk 30-60 dəqiqə içərisində istehlak edilən light süd və ya qatığın, idman sonrası yağ yakımına dəstək olduğu və əzələ istehsalına köməkçi olduğu bilinir. 

Vitamin lazımlımı ?

Məşq bədənimizdə sərbəst radikalların meydana gəlməsinə səbəb olduğu üçün, idman edənlərin həyatında C vitamininin ayrı bir əhəmiyyəti var. Lakin tərəvəz və meyvədən zəngin qidalananların əlavə dəstəyə ehtiyacı yox. Əgər meyvə və tərəvəz qəbulunuz kafi deyil isə həkiminizlə məsləhətləşərək C vitamini dəstəyi və ya multivitamin istifadə edə bilərsiniz. 

/Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1516
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz