Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maye kalorilər daha təhlükəli
Maye kalorilər daha təhlükəli
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1444
Səs ver:
Kilosuna diqqət edən və kalori hesabı edənlər üçün "maye kalorilər" termini qorxuducu ola bilər. Əslində elə də olmalı, çünki içdiyimiz kalorilər boğazdan aşağı olduqca asan və sürətli gedir.

Bir stəkan konsentrə meyvə şirəsi, limonad, şəkərli çay və ya kremli qəhvə günahsız bir içki kimi görünsə də kalori dünyasında heç də günahsız deyil.

Məsələn 1 stəkan mocha qəhvəni tam yağlı süd və krem ilə içdiyinizdə 300-400 kalori almış olursunuz. Qəhvəyə və şokolad aromasına "Ağ" sözünü əlavə etmək daha da çox kalori demək. Ağ şokoladlı mocha üçün 100 kalori daha əlavə edin yəni 500 kalori 1 naharlıq yemək kalorisi halbuki dişləriniz hərəkət belə etmədi və asanca içdiniz. Xüsusilə də gənc nəsil bu aromalı qəhvələri çox qəbul etməyə başladı. Bu mövzuda uşaqları şüurlandırmaqda fayda var, xüsusilə hərəkətsiz gənclər üçün maye kalorilər təhlükəli ola bilər.

Əlbəttə mochanızı yağsız süd və ya soya südü ilə etdirməklə kalorisi 220 -250 kaloriyə (yağsız südlə və kremsiz) endirilə bilər. Ancaq yenə də hər gün içməniz halında cəmi həftədə 1540, ayda 6160 kalori edər. Və üstəlik buna günün geri qalanında içdiyiniz digər içkilər daxil belə deyil. Əgər hər gün bir mocha qəhvə, axşamüstü bir - iki şüşə qazlı içki və ya şəkərli çay, axşam da bir  iki qədəh şərab ehtiva etsəniz hesabı belə olur:

İçki Kalorisi
- Caffe mocha (normal süd və kremli) 400
- Qazlı içki 150
- Çay ( gündəlik cəmi 7 şəkər) 140
- 2 qədəh şərab 220
Cəmi: 910 Kalori

Sonra gündə 900 kaloridən hesablayın; həftədə 6300, ayda 25.000 maye kalorisi ! Ayda 25.000 əskik kalori, aylıq 3.6 kq yağ itirməniz demək. Üstəlik yalnız kiçik dəyişikliklərlə. Kalorili içkilər yerinə kalorisiz içkilər seçməyi yoxlaya  bilər və suyu daha çox istifadə edə bilərsiniz. Budur sizə başqa bir nümunə

İçki Kalorisi
- Sütlü qəhvə-Latte  (kremsiz və yağsız süd) 110
- Mineral su (1-2 ədəd) 0
- Çay (şəkərsiz) 0
- Bir qədəh şərab 110
- Qazlı içki və ya soyuq çay (şəkərsiz) 0
- Bol su 0
Cəmi: 220 Kalori

Bu cədvələ baxdığınızda ilk cədvəldəki gündəlik 910 kalorinin 220 kaloriyə endiyini görəcəksiniz. Yəni gündə 690 kalori əskik almış olursunuz. Bu vəziyyətdə həftədə 4830 ayda 19.320 kalori əskik aldığınız, yəni heç diyet etmədən yalnız maye kaloriləri azaldaraq ayda 2.7 kiloqram yağ  itirə biləcəksiniz. Çaşdırıcı ola bilər amma hesab bunu göstərir. Formada olmaq və sağlam yaşamaq heç də çətin deyil, yetər ki, siz yemək və içkiləri daha yaxından tanımağa çalışın və bu mövzuda əmək və səy göstərin. Bədəniniz sizə dərhal cavab verir. 

Edilən bir araşdırmaya görə su ən çox seçilən içəcək, bunu çay və qəhvə, az yağlı və yağsız süd ilə soyalı içkilər izləyir. Ardından dadlandırılmış içkilər, meyvə suları və spirtli içkilər gəlir. Bunları tam yağlı süd ilə şəkərli içkilər izləyir. 

Maye kaloriləriylə əlaqədar beş əhəmiyyətli nöqtə 
Maye kaloriləri, aclıq hissini yemək kaloriləri qədər təmin etmir. Maye kaloriləri, mədəni yemək kaloriləri qədər çox təsir etmir və beləcə aclıq hissini eyni dərəcədə təmin etmir. Bir daha yüksək kalorili bir içki içdiyinizdə bir saat sonra mədənizin vəziyyətinə baxın. Necə hiss edirsiniz? Hələ təmin olmuş hiss edirsinizmi? 

Yüksək fruktozlu qarğıdalı siropunu qəbul edərkən diqqət edin. Bəzi araşdırma nəticələri obezitedeki artımı bir çox qazlı içkidə, meyvə şirəsində və idman içkilərində istifadə edilən yüksək fruktozlu qarğıdalı  siropuna bağlayırlar. Şəkər ehtiva etməyən içkiləri seçim qazlı içəcək sevirsinizsə, təbii mineral suyu seçin.

3 Qazlı içkilərin istifadəsi obeziteye qatqıda ola bilər. 2300 gənc qızla edilən 10 illik bir araşdırma nəticəsi qazlı içəcək qəbulu ilə  qızların Bədən Kütlə İndeksində artım olduğunu göstərdi. Qazlı içki qəbulu artdıqca kilo alımına təsiri də artır.

Karbonhidratları içməkdənsə  yemək təklif edilir. Edilən bir iş karbonhidratları bərk/qatı yemək yerinə maye halında alın tərəfindən kiloda əhəmiyyətli ölçüdə artım olduğunu göstərdi. Meyvə şirəsi içmək yerinə özünü yemək təklif edilir.

Davamlı dadlandırıcı istifadə edərkən ölçülü olmaq lazım. Son araşdırmalar gündə bir dadlandırılmış içkinin və ya səhər qəhvəsinə atılan bir dadlandırıcının narahatlıqlanacaq bir vəziyyət olmadığını göstərir. Ancaq bundan çox daha çoxunu nizamlı olaraq qəbul edir və ya davamlı dadlandırılmış aşağı kalorili yeməklərdən çox yeyirsinizsə, istifadə etdiyiniz məhsulları azaltmanız tövsiyə edilir.
 
/Mənbə.Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1444
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz