Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kilo vermək üçün zəmanətli təklif
Kilo vermək üçün zəmanətli  təklif
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2135
Səs ver:
Darçın ilə şirin istəyinizi basdırın:

Tarçın qəbul etmək şirin istəyini basdırmanın ən asan yoludur. Qan şəkərini sabitləyən darçını çayın, qatığın və ya salatın içinə əlavə edə bilərsiniz.

Gündə 10000 addım atın:

İdman etmə şansınız yoxsa Dünya Sağlamlıq Təşkilatının təklifi gündə 10000 addım atmanızdır. Çox hərəkətin hər vaxt üçün edəcəyiniz diyeti dəstəklədiyini unutmayın və hərəkətə dolan.

Yumurtanın toxluq təmin etdiyini unutmayın:

Hər hansı bir sağlamlıq probleminiz yoxsa mümkün olduğunca səhər naharlarında yumurta qəbul etməyə diqqət edin. Yumurta həm ən keyfiyyətli zülal qaynağı olması həm də toxluq təmin etməsi ilə asan kilo vermənizi təmin edəcək.

Soyuducunuzu light edin:

Siz zəifləmək istəyirsinizsə, ilk olaraq şkafınızı zəiflətməlisiniz. Tam yağlı məhsullar yerinə, light məhsulları seçməniz gündəlik 200 kalori daha az almanızı təmin edəcək.

Çörəksiz diyet etməyin:

Çörəksiz edilən diyetlər ümumiyyətlə müvəffəqiyyətsizlik ilə sonlanar. Çörəyin içərisindəki maya sinir sistemini rahatlaşdırması səbəbi ilə daha rahat diyet etmənizi təmin edəcək. Çörək qəbul  etmədiyinizdə, sinir sisteminiz bundan təsirlənəcək və diyetiniz mənfi nəticələnəcək.

Səhər naharını keçməyin:

Naharsız başlanılan günü itirilmiş bir gün olaraq düşünə bilərik. Xüsusilə oyandıqdan sonra bir saat içərisində nahar etmək maddələr mübadiləsinizin nizamlı olaraq işini təmin edər.

Həzmi sürətləndirici qidaları qəbul edin:

Kilo itkisinin nizamlı olaraq təmin edilməsi üçün bağırsaqların yaxşı çalışması lazımdır. Bağırsaq sistemində ola biləcək ziyanlar kilo vermənizi anında dayandırar. Bu çətinlikləri yaşamamaq üçün bağırsaq sürətləndirici gün qurusu, quru qara üzüm, quru əncir qəbul etməlisiniz.

Ağ çörək yerinə tam taxıl çörəyi qəbul edin:

Tam taxıl çörəyinin kalori miqdarı, ağ çörəkdən çox fərqli olmasa da təmin etmiş olduğu toxluq müddətinin uzun olması ən əhəmiyyətli üstünlükdür.

Nizamlı yatın:

Müəyyən saatda yatmaq və oyanmaq, bədən saatınızın nizamlı işini təmin edəcək. Bu vəziyyət maddələr mübadiləsi sürətinizin düşmə təhlükəsini ortadan qaldırar. Gün içərisində yatmaq (xüsusilə dolu mədə ilə) isə maddələr mübadiləsi sürətinizdə ciddi enişlərə səbəb ola bilər.

Tox qarınına alış - verişə çıxın:

Uzun müddət ac qaldığınızda qəbul etmiş olduğunuz qidanın miqdarı və tərkibi artmaqdadır. Eyni şəkildə ac qarınına alış - verişə  getdiyinizdə xüsusilə şəkərli qidalara daha çox yönələrsiniz. Buna maneə törətmək üçün tox mədə ilə alış - verişə getməlisiniz.

Eyni qidanı qəbul etməkdən qaçın:

Tək bir qida ilə zəifləməyə çalışmaq həm diyetdə müvəffəqiyyətsizliyə həm də vitamin və mineral çatışmazlıqlarına səbəb olacaq. Yalnız bir qidanı qəbul  etmək, qısa bir zaman sonra diyetin sizin üçün işgəncə halına çevrilməsinə səbəb olacaq. Nəticə yenə bacarıla bilməyən diyet təcrübəsi....
 
Yeməkdən əvvəl su için:

Yeməklərdən əvvəl su içmək mədə həcmini doldurar və naharda daha az qida qəbul etmənizi təmin edər. Nahar əvvəli içilən 1-2 stəkan su, yemək anında 100-150 kalori daha az almanızı təmin edər.

Hər gün ölçülməyin:

Diyetdə müvəffəqiyyəti tutmaq üçün uzun bir zaman lazımdır. Hər gün tərəziyə çıxıb kilo verməyi gözləmək bəzən xəyal qırıqlıqlarına səbəb ola bilər. Həftənin müəyyən bir günü, ac qarınına və eyni paltar ilə dartılmaq daha doğru bir seçim olacaq.
 
/Mənbə.Qadınlar.biz/
 
 
 
 


Şərhlər:
Baxılıb: 2135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz