Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi üçün arıqlayın
Sevgi üçün arıqlayın
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2120
Səs ver:

Əlaqələrinizdə və seks həyatınızda can atdığınız dəyişiklikləri yaratmağın yolu idman salonlarından keçir. Məşq etmək, saysız fiziki marağlarımızın yanında psixologiyamızdır də müsbət təsir təmin edir.

Seks hərəkətlərinizi yüksəklərə çıxardın!

Məşq etmək cinsi istəklərinizi artırar. Hər iki cinsdə də, məşq edilməsiylə yüksələn testosteron hormonu səviyyəsi libidonun artmasını təmin edir. Ən ideal testosteron dəstəkləyicisidir. İdman etmək eyni zamanda stressi azaltdığından və insanın həyata daha müsbət baxmasını təmin etdiyindən cinsi axtarışların artmasını təmin edir. İdman salonlarında xərclədiyiniz vaxt; daha şən, hərəkətli və elastik olmağınızı və yeni mövqe axtarışlarına girməyinizi təmin edəcək.

İmicinizi canlandırın!

Qadınların çoxu, özünü kök hiss edir. Hətta zəif qadınlar bədənlərini olduğu kimi görə bilmirlər. Mütəxəssislər, kök olmağın və kök hiss etməyin fərqli iki şey olduğunu söyləyir və qadınlara cinsi durğunluqlarından xilas ola bilmələri üçün idman etməyi tövsiyə edir. Çox kilolu olmasanız da idman etmək, bədəninizlə təmas halında olmağınızı, özünüzü daha yaxşı və güclü hiss etməynizi və həyacanlarınızı azaltmağınıza kömək olacaq. Bədəninizə güvənməyə başladığınızda sizinlə maraqlananların sayı artacaq.

Sağlam və xoşbəxt əlaqələr qurun

İdman etmənin verdiyi müsbət enerji yalnız özünüzü yaxşı hiss etməyinizi deyil, ətrafınızdakı insanlara daha müsbət yaxınlaşmağınızı və əlaqələrinizdə daha yaxşı dialoqlar qurmağnızı təmin edər. İdman etmək, əlaqələrdə özümüzü daha etibarda hiss etməyinizə köməkçi olacaqdır. Mütəxəssislər, məşq edən qadınların ayrılıqlardan daha az təsirləndiyini söyləyir. Çünki idman etməməyin verdiyi etibarsızlıq insanı daha qısqanc və problemli olmağa itələyir. Daha sağlam və güclü əlaqələr qurmağın sirri, məşqin verdiyi müsbət enerjinin özümüzə olan etibarımızı artırmasında yatır.

Tərlə gələn bağlılıq!

Mütəxəssislər, birlikdə edilən məşqin bir cütün arasındakı bağları gücləndirdiyini söyləyir. Bədəninizi inkişaf etdirmək üçün başladığınız məşqlər, həyat yoldaşınızla aranızdakı münasibətin dərinləşməsini təmin edir. Sevdiyiniz insanla birlikdə məşq etməyiniz, birlikdə planlar etdiyinizi, məqsədlər təyin etdiyinizi və məsuliyyətlərinizi göstərir. Həyat yoldaşınızın sizinlə maraqlanmasını və sizin maraqlı olmağınızı təmin edəcək güc, məşqlə birlikdə gələr.

İdman etmək yorğan altındakı zamanınıza mənfi təsir edərmi?

Saatlarla çəkən məşqlərin ictimai və eşq həyatınızı təsir edəcəyindən mi qorxursunuz? Narahat olmayın! Psixoloji faydalar təmin edən məşq çox zamanınızı almaz. Araşdırmalar, hər gün edilən 10 dəqiqəlik məşqin belə, ruh halınıza əcaib təsirləri olduğunu sübut edir. Özünüzü yaxşı hiss etməyiniz üçün saatlarınızı xərcləməyiniz və ya spesifik bir idman etməniz lazım deyil. Sizə faydalı olduğunu düşündüyünüz idmanı taparaq, hər gün nizamlı olaraq məşq etməyiniz bəsdir.

Digərlərini də cəlb edin!

Araşdırmalar, idman edən insanların televiziya qarşısında vaxt öldürən insanlar yerinə özləri kimi sağlam və baxımlı insanlarla dostluq qərargahı seçim etdiyini göstərir. Məşqə vaxt ayırmamaq, insanı daha mənfi və depresiv bir hala gətirir. İnsanlar, özlərini sevən və güvənən şəxslərlə vaxt keçirməyi sevir. İnsanların eşq həyatında daha etibarlı olmalarını təmin edən məşqlər, rədd edilməyə qarşı qorxuların azalmasını da təmin edir.



Şərhlər:
Baxılıb: 2120
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz