Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bədəndə toplanmış local piylərlə mübarizə metodları
Bədəndə toplanmış local piylərlə mübarizə metodları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2944
Səs ver:

Yaşından asılı olmayaraq, bir çoxlarını xüsusilə də qadınları narahat edən ən aktual problemlərdən biri də bədənin müəyyən hissələrində piy kütlələrinin olmasıdır. Buradan belə bir sual meydana gəlir: niyə arıqlayandan sonra həmin hissələrdən piylər getmir?

Əlbətdə bu gündəlik müraciət edən passientlər arasında ən çox verilən sualdır ki, bunun da səbəbləri müxtəlifdir.

Belə ki, bunun başlıca səbəbi yağ toxumalarının fiziologiyasından asılıdır. Orqanizmdə toplanan yağ toxumalarını yağ hüceyrələri təşkil edir ki,bunlar da "adopositlər” adlanır.Bu adopositlərində funksiyasıorqanizmi enerji ilə təmin etməkdən ibarətdir.

Eyni zamanda, gələcəkdə enerjiyə olacaq ehtiyaca görə həmin enerjini depolamaq (ehtiyat halında toplamaq) kimi xüsusiyyəti də vardır. Buna görə də bu adopositlərin (yağ hüceyrələrinin) bu iki funksiyası orqanizmi bütün ömrü boyu müşayiət edir.

Birinci, lipoqenez funksiyasi - yağ hüceyrələrinin əmələ gəlməsi və ehtiyat halında toplanmasi. İkinci, lipoliz funksiyasi - yağ hüceyrələrinin parçalanması ki, bunun da nəticəsində orqanizmin enerji ilə təmin olunması baş verir.

Beləliklə də, bu iki mexanizm arasinda tarazlıq pozularsa lipoqenez prosesi davam edəcək.Digər proses isə natamam qalaca. Nəticədə isə müəyyən nahiyyələrdə (qarın, bel, omba, sağrı) piylər lokallaşır… Lipoliz funksiyasının pozulması nəticəsində yağlar depolaşır.

Məhz həmin nahiyələrdə piylərin toplanması xüsusilə qadınlarda mövcud olması əlbətdə ki təsadüfi deyil. Yağ hüceyrələrinin həyat fəaliyyətini stimullaşdıran alfa - 2 reseptorları kişilərdən fərqli olaraq qadınlarda məhz həmin nahiyələrdə mövcuddur. Kişilərdə isə bu nahiyələrdə Betta-reseptorları toplanir ki, bu da lipoliz (yağların parçalanması) prosesini stimullaşdırır.

Əlbətdə ki, digər səbəblər də var ki, bunlar genetik mənşəli yağların müəyyən hissələrdə lokal yiğılmasıdır.

Eyni zamanda,qadınlarda müəyyən hormonal statusun dəyişməsi ilə əlaqədar olaraq orqanizmdə yağların çoxalmasina səbəb olacaq fermentlərin de aktivləşməsidir. Bir çox insanlarin məhz irsiyyətindən irəli gələrək bədən qurluşları 2 yerə ayrılır.

Birinci "qinoid tip” olaraq müəyyənləşir (qadın-bədən tipi)ki,belə insanlarda yuxari ətrafın aşağı ətrafa nisbətdə ölçüləri kiçik olur. İkincilər isə "android tip” (kişi-bədən tipi) olaraq yuxari ətrafin ölçüleri əksinə olaraq aşağı ətrafa nisbətdə böyuk olur. Bunlardan əlavə,bir çox insanlarda məhz genetik olaraq həmin ailənin özlərinə məxsus konfiqurasiyaları da olur ki, bəzən belə insanlar çəki problemləri olmasa da, belə yalnız müyyən nahiyyədə lokal piy yığılması onlar üçün xarakterik ola bilir.

Bu problemin mübarizə metodları isə müxtəlifdir. Əlbətdə ki, bütün bu faktorların çoxluğundan hər bir insanın orqanizminin indivudal fiziologiyasını nəzərə almaq lazımdır. Dietoloq kimi tövsiyyə edərdim ki, əgər pasient yüksək dərəcədə artıq çəkiyə malik deyilsə, sadəcə olaraq, onda pəhriz və fiziki çalışmaların təsiri altında getməyən müəyyən miqdarda məhdud piy yığınları (lokal olaraq) yaranıbsa, bu halda ən radikal metod saydığımız liposaksiya xüsusilə yaxşı nəticələr verə bilər.

Bəzi insanlarda bud və ya diz nahiyəsində piy yığınlarının yaranmasına dair anadangəlmə meyl mövcuddur. Qadınlarda hamiləlikdən sonra belə hal qarın nahiyəsində müşahidə edilir. Bəzən çox çəkili insanlarxüsusilə piylənmədən əziyyət çəkənlər bəzən yanlış istiqamətdə elə başından cərrahi mudaxiləni özləriplanlaşdirirlar.

Hansı ki, bu kompleks çalışmaların nəticəsində bizim tərəfdən müəyyənləşdikdən sonra həmin insanın aşırı kiloqramlarını minimuma endirib, sonradan yalnız proffesional bir cerraha yöneldilməlidir. Pasiyentin təbii formaları nəzərə almaqla cerrah piy toxumasının hansı həcmdə və harada götürülməsini məsləhət görəcək. Tapşırıq piy toxumasının böyük həcmdə götürülməsini tələb etməyən bədən konturlarının modelləşdirilməsi, yaradılması və saxlanılmasından ibarətdir. Bu işdə əlbətdə ki, cərrahın necə birisi olması çox vacibdir. Cərrahın tibbi müdaxiləsindən başqa onun heykəltəraş kimi bədənin konturları üzərində çox zərifliklə işləməsi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan peşəkarlıq ön planda olmalıdır.

Düşünürəm ki, bu haqda daha ətrafli FBM Estetik Mərkəzlərin bir çox ölkələrdə qurucusu doktor Hayati Akbaşlın fikirləri maraqlıdır:

-Rasionunuzu və fiziki fəallığınızı dietoloqlar yanında təhlil edin. Əgər elə nəticəyə gəlinsə ki, "piy təbəqələri” sizin genetik meylinizdir. Və heç bir çalışmalar ilə götürülə bilməz, bu metodika məhz sizin üçün yaradılıb. Liposaksiya bədəndə ümumi piy yığınlarının uzun müddətə azalmasına yox, məhz məhdud həcmdə piy toxumasının götürülməsinə zəmanət verir. Liposaksiya – qeyri-mütənasib piylənmənin vakum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiya üsuludur.

Hazırda liposaksiya bədənin müxtəlif nahiyyələrində - boyun, bud, diz, qarının ön və bayır divarlarında toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayaılmış cərrahi üsuludur. Liposaksiyanı 20-ci əsrin estetik cərrahiyə sahəsində inqilabi nəaliyyəti adlandırmaq olar. Bu əməliyyat ya müstəqil olaraq ya da digər cərrahi müdaxilə növləri ilə birlikdə aparıla bilər. Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı "oturur”. Liposaksiyanın olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır. .

Əks göstərişlər - istənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər, ümumi piylənmə, dartılmış dərinin sallanmasında, bədən qurluşunun piy toxuması ilə əlaqəsi olmayan (sümük-əzələ sistemi, qarın boşluğu orqanları, və sairə ilə bağlı) dəyişikliklərində.

Ağrısızlaşdırma. Liposaksiya zamanı adətən venadaxili narkoz tətbiq edilir. Lakin artıq piy toxuması nisbətən kiçik sahələrə toplanmış və yaxud venadaxili narkoza əks göstərişləri olan xəstələrdə yerli anesteziyada tətbiq edilə bilər. Əməliyyatdan əvvəl isə biz cərrahlar liposaksiya olunan sahələri işarələyir. Sonra nəzərdə tutulmuş sahələrə xüsusi maye yeridirik. Bundan sonra xüsusi konyulə vasitəsilə piy toxumasını dağıdırıq, piy toxuması emulsiyaya çevrilərək xüsusi sorucu vasitəsilə çəkilir. Piyi dağıtmaq üçün həmçinin ultrasəsdən də istifadə olunur. Xüsusi aparat vasitəsilə ultrasəs piy toxumasına ötürülür, piy toxumasının konsistensiyası yumşalır və asanlıqla vakum vasitəsilə çəkilir. Ultrasəs əməliyyatın travmatikliyini, mümkün ola bilən fəsadların yaranması ehtimalını sıfıra endirir.Əməliyyatın mahiyyəti xırda kəsiklərdən 0,5sm-dək dərialtı piy toxumasına uc hissəsində bir və ya bir neçə dəlik olan konyula yeridilir. Konyulanın diametri xaric olunacaq piy toxumasının həcmi və lokalizasiyasından asılıdır. Konyulanın digər ucu vakum aparatına birləşmiş olur. Vakum aparatı mənfi təzyiq yaradaraq piyin çəkilməsini təmin edir. Konyulanın yelpikvari hərəkətlərlə irəliyə yeridilməsi piy toxumasının dağıdılması və vakum aspirasiyanı təmin edir. Əməliyyata sərf olunan vaxt əməliyyat həcmindən asılı olaraq müxtəlif ola bilər.

Əməliyyatdan sonrakı dövrdə ise əməliyyatdan dərhal sonra xəstə əməliyyatdan sonrakı dövr palatasına yerləşdirilir. Liposaksiya məhdud sahələrdə (adətən 4 anotomik sahələrdən çox olmamaq şərti ilə) aparılmışdırsa, 2-3 saat klinikada qalmaq kifayət edir. Əməliyyatın həcmi nisbətən böyük olduqda isə xəstə ertəsi günün səhərinə qədər klinikada tibbi personalın nəzarəti altında qalmalıdır. Xəstənin vəziyyəti liposaksiyanın həcmindən asılıdır: əməliyyatın həcmi nə qədər kiçik olsa, proses bir o qədər yüngül keçirilir. Pasiyent adətən, əməliyyatın ertəsi günü öz adi həyat tərzinə qayıda bilir

Tikişlər əməliyyatdan sonra 5-7-ci sutkada sökülür, bu müddət ərzində sarğının 1-2 dəfə dəyişdirilməsi kifayət edir. Əməliyyatın uğurunun vacib şərti xəstənin həkimin məsləhətlərinə əməl etməsi, 1-2 ay ərzində xüsusi kompresion geyimdən istifadə olunmasıdır. Bu əməliyyatın mahiyyəti nəzərdə tutulmuş müəyyən sahələrdə piy toxumasının çox hissəsinin götürülməsidir ki, bu zaman piy hüceyrələrinin zədələnməsi və sonra sovrulması baş verir. Əməliyyatdan sonrakı dövrdə liposaksiya olunmuş sahələrdə şişkinlik müşahidə olunduğundan əməliyyatın ilkin nəticəsini 4 həftədən son nəticəsini isə 3-6 aydan sonra qiymətləndirmək mümkün olur. Təkrar liposaksiya əməliyyatı 3-6 aydan tez oluna bilməz. Mümkün olan ağırlaşmalar müvəqqətidir. Dərinin rənginin dəyişilməsi (hematoma) və əməliyyat nahiyyəsində şişkinlik, toxumaların sərtləşməsi, həssaslığın azalması, hərəkətin məhdudlaşdırılıması, ümumi zəiflik, əməliyyat nahiyyəsində dərinin nahamar olması. Nəticələr çox zaman qaneedici olur. Çünki liposaksiya konyulasını piy toxumasına daxil etmək üçün uzunluğu 1sm, bəzən isə daha kiçik bir kəsik olunur. Kəsiklər az nəzərə çarpan nahiyyələrdə aparılır və onları tikərkən xüsusi texnikadan istifadə olunduğuna görə əmələ gələn çapıq çox xırda olur, demək olar ki, görünmür. Piy hüceyrələrinin yerində çapıq toxuması inkişaf etdiyinə görə əməliyyatın nəticəsi daimi olur. Əməliyyat dəridə praktik olaraq heç bir iz qoymur. Əməliyyat sonu ağırlaşmalara çox nadir halllarda təsadüf olunur. Daha sonra piy hüceyrələrinin bərpa oluna bilməməyi yaxşı bədən qurluşunu uzun illər saxlamağa imkan verir. Bununla belə, liposaksiyadan sonra qidalanmanın rasional olması vacib şərtdir.

Belə ki, orqanizmə daxil olan yağlar yeni nahiyyələrdə, yeni problemli sahələr yarada bilərlər. Bu isə o deməkdir ki, daima dietoloqunuzun tövsiyələrini unutmayin...


Leyla Zülfüqarova, diyetoloq

Hayati Akbaş, estetik cərrah


Bədəndə toplanmış local piylərlə mübarizə metodları

 

 



 




 



Şərhlər:
Baxılıb: 2944
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz