Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diyetoloq Leyla: “Sellülit xəstəlik deyil...”
Diyetoloq Leyla: “Sellülit xəstəlik deyil...”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5551
Səs ver:

Diyetoloq Leyla Zülfüqarova bir çox qadınların "yaralı yeri” olan sellülitdən qurtulmağın yolları barədə gün.az-a istinadən Qadınlar.Biz oxucularına danışır:

Sellülit 80 faiz qadınların rast gəldiyi problemdir.

Bu, xəstəlik deyil. Sellülit - dərialtı toxumaların struktur pozğunluğudur ki, dəri altında piy hüceyrələrinin dəriyə tərəf irəliləməsi nəticəsində meydana çıxan deformasiya olub, qeyri-estetik bir görünüş yaradır.

Digər endokrin sistemi ilə əlaqəli (insulin, tiroid hormonlarının) çatışmazlıqlar da sellülitin yaranma səbəblərindəndir. Eyni zamanda, irsi faktorlar, zülal maddələr mübadiləsinin pozulması, xroniki yorğunluq, qidalanma pozğunluqları, stress, ekoloji amillər, zərərli vərdişlər (siqaret və spirtli içkilər) sellülitin yaranmasında mühüm rol oynayır.

Əsas etibarilə sellülit 20-40 yaş aralarında olan qadınları narahat edir ki, bu da həmin müddətdə esterogen hormonlarının artması ilə əlaqələndirilir. Qadınlarda belin altında, omba, sağrı nahiyəsində, qolun, budun içəri hissələrində alt qıçın arxasında çox görülür.

Onu da qeyd edim ki, qarında sellülit olmaz. Bu nahiyədə gördüyümüz yağ damlacıqları, ya da qat-qat yağlardır. Yəni bu nahiyədə olan yağların sellülitlə heç bir əlaqəsi yoxdur.

Kişilərdə qadınların "qorxulu yuxu”suna çevrilən sellülitə rast gəlinmir. Çünki qadınlarda yağ hüceyrələri bir-birinə paralel halda düzülmüşkən, kişilərdə bunlar çarpaz bağlarda bölünüb. Bununla belə, kişilərdə də müəyyən nahiyələrdə depolaşan piy kütləsi vardır ki, bunun sellülitlə heç bir əlaqəsi yoxdur.

Sellülitin estetik bir problem olduğunu qeyd etdim. Əlavə edim ki, bu problem 4 mərhələdən ibarətdir:

- Bədənin sellülit yaranan hissəsini çimdiklə sıxdıqda portağal qabığı görünüşü yaranırsa, sellülitin 1-ci mərhələsinə işarədir.

- Ayaqda durduğunuzda portağal qabığı görünürsə və əyilincə dərinin problemli hissəsi hamarlaşırsa, sellülit 2-ci dərəcədədir.

- Eyni hərəkəti edib, dikələn zaman portağal dəri hamarlaşmırsa, deməli, sellülit 3-cü dərəcədədir.

- 4-cü mərhələ az qadınlarda rast gəlinir. Bu mərhələdə sellülit bəzi yerlərdə yığılaraq hətta ağrıya belə səbəb ola bilər.

Sellülitin müalicə və mübarizə metodları isə dərəcəsinə görə dəyişir. Bu problemin müalicəsindəki ilk mərhələ sellülitin nəzarət dietasından başlanır. Çünki genetik və hormonal faktorları dəyişdirmək mümkünsüzdür.

Sellülitin müalicəsində ilk mərhələ adamın bəslənmə və həyat tərzini tənzimlənməsindən başlayır.

Onu da qeyd edim ki, 1 və 2-ci dərəcəli sellüliti ev şəraitində aradan qaldırmaq mümkündür. Növbəti mərhələlər isə ancaq mütəxəssis müdaxiləsindən sonra 1 və ya 2-ci dərəcəyə endirilə bilər.

Xanımlar, əgər portağal dərisindən azad olmaq istəyirsinizsə, duzlu qidalara "əlvida” deyin!

Bəslənmədəki ən əhəmiyyətli faktor duzlu qidaların çıxarılmasıdır. Çünki sellülit meydana gələrkən dərinin altındakı yağ deposu arasında su yığılır. Duz da su yığılmasını aktivləşdirmək üçün əvvəlcə duzlu qidalardan və ziyanlı çərəzlərdən mütləq imtina etmək lazımdır.

İkincisi, bu duzun və suyun bədəndən atılması üçün daha çox maye istehlak edilməlidir. Bu miqdar gündə 2-2,5 litr ətrafında ola bilər. Eyni zamanda, yağlı qidalardan, undan hazırlanan bişmələrdən və şirniyyat məhsullarından uzaq durmaq lazımdır. Kofe, alkoqol, siqaret kimi vərdişləri də unutmaq lazımdır.

Ümumiyyətlə, sellülitin dərəcəsindən asılı olaraq görünüşdəki sellülit qüsurlarını azaltmaq olur. Yalnız 1-ci dərəcədə olarsa tamamilə yox etmək mümkündür.

Ən çox ev şəraitində qan dövranını artırmaq üçün tez-tez duş qəbul edib, möhkəm kisələnin. Bitki mənşəli formullarla hazırlanmış qarışıqlarla sellülit olan bölgələrə masaj edin.

Bunun üçün xüsusi məlhəm sürtülür.

Sellülit məlhəminin hazırlanmasında lazım olanlar:

- 5 ədəd limonun suyu

- 5 xörək qaşığı küncüt yağı

- 10 ədəd "Aspirin”

- 1 xörək qaşığı bibər yağı

"Asprin”lər əzilir, üzərinə sıxılmış limon suyu, küncüt və bibər yağı tökülüb qarışdırılır.

İstifadəsi:

Hazırladığınız qarışığı dairəvi şəkildə yuxarı doğru hərəkətlərlə bədəninizi masaj edin. Məlhəm sürtüldükdən sonra bədənin həmin hissələri marketlərdə satılan qida "klyonka”sı ilə bağlanır.

Bu prosedurdan sonra mütləq 30-40 dəqiqə yürüş və ya rəqs etmək vacibdir. Çünki bu hərəkətlərlə məhz aşağı ətraflara təzyiq etmiş oluruq. Daha bir əlavə edim ki, evdə sürülən velotrenajordan da istifadə etmək çox effektlidir. İdmandan sonra isə hamamda kisələnmək lazımdır ki, qan dövranı yaxşı işləsin.

Bu məlhəmi həftədə 3 dəfə etmək lazımdır.

Bundan başqa, selülitlə mübarizə aparan zaman aşağıdakı içkiləri də hazırlayıb, qəbul etməyi məsləhət görürəm.

Tərkibi:

- 1 litr təmiz su

- 2 alma

- 2 limon

Hazırlanması:

Almalar və limon fal-fal doğranır, üzərinə 1 litr su əlavə olunub, bir gecə saxlanılır. Daha sonra isə gün ərzində həmin qarışığı fasilələrlə için. İçin ki, bədəninizdəki yağların "yanmasına” yardımçı olasınız.

İkinci içki.

Tərkibi:

- 1 kq şaftalı

- 1 dəstə cəfəri

- 4 ədəd limon

- 1 stəkan dəmlənmiş yaşıl çay

Hazırlanması:

Şaftalı soyulub, əzilir. Cəfəri doğranır, limonlar dilimlənir, üzərinə 1 stəkan yaşıl çay əlavə olunur.

Bu qarışığı hər gün 1 stəkan olmaqla qəbul etmək lazımdır. Hazırladığınız qarışığı təzə nanə də qatıb içə bilərsiniz ki, ləzzətli olsun.

Hər iki qarışığı ayda bir dəfə 1 həftə davamlı etmək lazımdır.

Leyla Zülfüqarova, diyetoloq



Şərhlər:
Baxılıb: 5551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz