Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Darçın pəhrizi arıqladır?
Darçın pəhrizi arıqladır?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 46851
Səs ver:
Darçın diyetinin faydaları

Bir antioksidan olan darçın, bədənimizdəki oksidlənmədən qaynaqlı iltihablardan və stressdən təmizləyici xüsusiyyətə sahib. Darçının bu xüsusiyyəti kilo itkisi mövzusunda çox faydalı çünki stress, bədənimizdəki immunitet sistemi, enerji səviyyələri, qan şəkəri səviyyəsini təsir edən Kortizol səviyyəsini yüksəldir. Həddindən artıq kortizol isə, bizlərə xüsusilə bel bölgəsində yığılan çox kilolar olaraq geri dönür. Darçın stressi azaltdığında, kortizol daha az çıxarılır və darçın kilo verməyə köməkçi olur.

Darçın diyeti və zəifləməklə əlaqədar araştımalar

Darçın özünün istifadəsiylə əlaqədar edilən bir işdə, darçın ədviyyatında olan bir maddənin obezite və diyabet riski yüksək olan kəslərdə bel bölgəsindəki yağ təbəqəsinin, bədəndəki iltihabların və oksidlənməyə səbəb olan stressin azalmasına köməkçi olduğu sübut edildi. Ayrıca darçın, qan şəkəri səviyyəsinə təsir edərək bədəndəki insilini də sabitləşdirir.

Bu diyet üçün istifadə edilməsi lazım olan darçının miqdarı nədir?

Hər gün qəbul  edilən darçın dozalarının bir mütəxəssis tərəfindən diqqətlicə nəzarət edilməsi lazımdır çünki darçın həddindən artıq və ya səhv qəbul edildiyində bəzi insanlarda sağlamlıq problemlərinə yol aça bilər. Məsələn hamilə qadınların Çin darçını deyilən birdarçın növünü qəbul etməmələri lazımdır, bunun səbəbi darçının bu növü içində qaraciyər və böyrəklərdə ziyana gətirib çıxaran qumarın adı verilən bir kimyəvi zəhər ehtiva etməsidir. Əgər diyet ya da başqa bir səbəbdən ötəri darçın və bənzəri maddələr istifadə etmək istəyirsinizsə, hər vaxt həkiminizlə məsləhətləşin.

Qandakı  şəkər, kolestrol, trigliserit səviyyələri kimi diyabet problemlərini idarə altına almaq üçün gündəlik təklif edilən darçın miqdarı yarım çay qaşığıdır. Ayrıca darçın maddələr mübadiləsini sürətləndirən bədən istiliyini yüksəldər və beləliklə kilo vermək daha asan olar. Darçın diyetindən daha yaxşı nəticə əldə etmək üçün Seylan tarçını istifadə edin və Çin darçını istifadə etməkdən qaçının.

Diyet edərkən darçın necə istifadə edilər?

Kilo vermə məqsədli qidalanma proqramlarında darçın istifadə etmənin bir çox yolu vardır. Şirinlərin , alma sousunun, qızarmış çörəyin və kreplerin üzərinə toz darçın səpmək kimi… Demlediyiniz çaya, qəhvənizə ya da isti şokoladınıza qabıq darçın əlavə etməniz, həm içkinizə ləzzət qatacaq həm də maddələr mübadiləsinizi sürətləndirərək kilo vermənizə köməkçi olacaq. Ayrıca, qidalanma proqramlarında darçın istifadə edənlərin, özlərini daha enerjili və xoşbəxt hiss etdiklərini də deyilir.

Darçın diyetində çayın əhəmiyyəti !

Tropik bölgələrdəki təzə ağaclardan alınan darçının kilo idarəsində böyük rolu olduğu kimi sağlamlığımızı yaxşılaşdırıcı xüsusiyyəti də var. Kilo idarəsi üçün geniş şəkildə bilinən bir içki tərifi olan isti çay, bal və darçın qarışığı bu diyetdə ən çox qəbul edilən içəcək. Darçın və bal, hər ikisi də şəfa verici və antioksidan qidalar.

Məsələn çay içməyi sevmirsinizsə, suyun içinə yarım çay qaşığı darçın qoyun və qaynadın. Daha sonra qaynayan darçınlı suyunuzu soyumağa buraxın və daha sonra  bal əlavə edərək bu ləzzətli qarışığı nuşla için. Əgər qarışığa bal əlavə etmək üçün soyumasını gözləsəniz, baldan daha çox fayda təmin edə bilərsiniz.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 46851
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz