Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yemək krizi ilə baş etməyin yolları
Yemək krizi ilə baş etməyin yolları
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1611
Səs ver:
 Yemə böhranları söz mövzusu olduğunda, boşqab miqdarları da böyük əhəmiyyət qazanır. Film izlərkən, önünüzdə bir kasa dolusu  cips olduğu zamanları düşünün. Yaxşı bu kimi vəziyyətlərdə nə etməlisiniz?

Davranış zəncirinin son halqası, peşmanlıq ola bilər, özünüzü qeyd edəcəyiniz bir nəticə də... Gün içində yedikləriniz mövzusunda, yaxınlarınızdan kömək istəməkdən çəkinməyin, xüsusilə ilk başlarda qidalanma vərdişlərinizi dəyişdirməyə çalışdığınızı xatırlamaqda bəzən çətinlik çəkə bilərsiniz. Ancaq yaxınlarınızın dəstəyi bu mövzuda imdadınıza qaçacaq.

Onlardan kömək istəyərkən, hansı formada bir kömək və hansı davranış modelini istədiyinizi söyləməyi unutmayın. Bu əhəmiyyətli. Çünki bəzi insanlar yedikləri mövzusunda digərlərinə görə daha həssasdır. Bu səbəbdən, bu mövzuda deyiləcək hər hansı bir sözü tənqid və ya həyatlarına müdaxilə olaraq qəbul edə bilirlər. Bu səbəbdən, kömək istəyərkən sizə nə formada bir xatırlatma edilməsini istədiyinizi bildirin.

Məsələn, yalnız yumşaq bir səs tonuyla adınızın deyilməsinimi istəyirsiniz, yoxsa kasanın önünüzdən alınıb başqa bir yerə qoyulmasınımı? Unutmayın ki, kimisi üç


 

ün ilk xəbərdarlıq çox yüngül qalarkən kimisi üçün ikinci növ xəbərdarlıq incidici və ya hirs oyandırıcı ola bilər, əhəmiyyətli olan, sizin hansı qrupa daha yaxın olduğunuza qərar verməniz.

Qərar sizin! Yeməyinizin qədərini alıb, əlinizi bir daha kasaya uzatmamaq və ya şüursuzca əlinizi kasaya uzadıb, içindəki bitənə qədər yeməyə davam etmək və ertəsi səhər peşman oyanmaq...

Gecə atıştırmalarının önünə keçə bilərsiniz!

Yeni edilən bir şərhə görə, gecə gec saatda acınca kiçik bir şey atıştırmaq zərərli deyil. Ancaq çox  yemək və ya aclıq xaricində bir səbəblə yemək problemə yol aça bilər, xüsusilə tək gecələrdə kresloya qıvrılıb rahatlaşdırıcı bir şeylər atıştırmaq daha da təhrikedici ola bilər. Ancaq bu impulsa uyğun gəlmənin də bəzi nəticələri var əlbəttə.

Günün digər saatlarındansa, axşam saatlarında atıştırmanın kilo alma, həzm problemləri və yuxuda narahatlıq kimi zərərləri var. Gecə saatlarında yemə vərdişi ümumiyyətlə çətinlik, təklik və ya depressiya kimi səbəblərdən qaynaqlanır.

İnsanlar ayrıca vərdişdən və ya yalnız axşam saatlarında boş qala bildiklərindən, gecə yeməyi seçim edə bilirlər. Bu faktorların çoxu hiislərlə bağlı olduğundan, seçilən yeməklər ümumiyyətlə həmişə rahatlaşdırıcı xüsusiyyətdəkilər olur. Bu da yağ və kalori nisbəti yüksək, duzlu (cips) və ya şirinlərə qucaq açmaq mənasını verir.


1. Əgər canınız yemək yemək istəyirsə, ancaq fiziki aclıq əlaməti yoxsa, o anda nə hiss etdiyinizi anlamağa çalışın. Əgər canınız sıxılırsa, kitab oxumağı,dostunuza zəng etməyi və internetdə olmağı yoxlayın.

2. Əgər cips, peçenye, şokolad kimi yeməklərin görünüşü sizi başdan çıxarırsa, göz qarşısında bu tip yeməklər saxlamayın. Mətbəxə sağlam atıştırma vəsaitləri yığın.

3. Əgər sırf bədəniniz buna vərdiş etdiyi üçün gecə yeyirsinizsə, axşam yeməyindən sonra mətbəxi bağlamağa çalışın. Yeməkləri yalnız mətbəxdə saxlayın və axşam yeməyindən sonra mətbəxin və yemək otağının işıqlarını bağlayın. Nahara qədər oraya dönməmə qərarı alın və gecənin qalanını evin başqa bir hissəsində keçirin.

4. Əgər işdən evə aclıqdan mədəniz gedərək dönsəniz, özünüzü bütün gecə çox yemək yeməyə hazırlamış olarsınız. Əsla/ bütün gün ac qalıb, axşam özünüzü mükafatlandırma hissinə qapılmayın. Gün boyunca qısa fasilələrlə  tez-tez yemək yeməyə çalışın, idealda nahar ən böyük, axşam yeməyidirsə ən kiçik pay olmalıdır.

5. Əgər şüursuzca yemək yemə probleminiz varsa, canınız bir şey atıştırmaq istədiyində etdiyiniz işi buraxın. Çünki televizor seyr edərkən, kompüter başında və ya kitab oxuyarkən fərq etmədən normaldan çox yeməniz çox güclü bir ehtimaldır.

6. Əgər narahatsınızsa, dərin nəfəs alaraq rahatlamağı və ya duş qəbul etməyi yoxlayın. Yemək xaricində özünüzü yaxşı hiss etdirəcək şeylər tapmağa çalışın.

7. Amma eyni zamanda bədəninizi dinləməyi unutmayın. Əgər həqiqətən acsanız, gecə kiçik bir şey atıştırmanın bir qorxusu yox. Bir az meyvə, yağsız qatıq və ya aşağı kalorili sousa batırılmış tərəvəzlər yeməyə çalışın.

Yağsız pendir və bir iki diyet kraker ya da bir ovuc ağ ləbləbi də aclıq duyğunuzu korlaşdırar. Ədviyyatlı və ya kafenin ehtiva edən maddələrdən və spirtdən uzaq dayanmağa çalışın. Ola bildiyincə yüngül yeməyə çalışın. Yuxu əvvəli ağır yeməklər həzmdə çətinliyə və mədə yanmasına səbəb olarlar.

8. Axşam yeməyindən sonra mətbəx sizi çağırdığında, bir saniyə durun və sizi çağıranın nə olduğunu düşünün. Əgər aclıq deyilsə, yemək ən yaxşı cavab deyil. Əgər aclıqsa, o zaman yuxunuzla aranıza girməyəcək, kiçik, qidalandırıcı bir yemək seçin.

/Mənbə: Qadinlar.biz/


Şərhlər:
Baxılıb: 1611
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz