Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin namizədləri üçün pəhriz təklifləri
Gəlin namizədləri üçün pəhriz təklifləri
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2923
Səs ver:
Toy tarixi müəyyən oldu, artıq normanı dəyişdirəcək, evli bir insan olacaqsınız, məsuliyyətlər artacaq. Saylı günlər tez keçər, hazırlıq çoxdur ev qurma təlaşı, toy dəvətnamələri, toy üçün məkan seçmək, qonaq siyahısı, … bir çox iş və final, bəzən, bir tək gün bir tək gecədə baş verər. Bu qədər işin ,bu qədər təlaşın arasında bir də kilo problemi, formada olma təlaşı başınıza dərd olar. Offf! Nə sıxılmış bir vəziyyətdir. Bu sıxılmışlıqda daha da kilo almaq gəlinliyə sığa bilməmə qorxusu da kabusa dönər.
Bu qədər sıx və təlaşlı zaman anında asan və təsirli bir kilo vermə və qoruma üsulu tapmalısınız. Bunun üçün təməl nizamlamalar və süfrənizdə edəcəyiniz kiçik dəyişikliklər qızıl həll olacaq. Beləcə toy şəkillərinə baxdığınızda "kaş ki arıq olsaydım", "nə qədər də kök çıxmışam" kimi cümlələriniz olmayacaq. Bunun üçün addım-addım nizamlamalar etməlisiniz.

Sadə karbonhidratları azaldın:
Ağ şəkər, ağ un sadə karbonhidrat ehtiva edər və emilimi çox sürətlidir. Bədəndə çox tez enerjiyə çevrilər və çoxu yağ olaraq toplanar. Qida keyfiyyəti də olduqca aşağıdır, boş enerji qaynağı olaraq adlandırılar. Gündəlik enerji ehtiyacının keyfiyyətli qida qaynaqlarından qarşılanması sağlamlıq baxımından hər vəziyyətdə daha müsbət olar. Bu çox əhəmiyyətli və ağ şəkər və şəkərli qida qəbulunun azaldılması kilo almamaq və asan verə bilmək üçün çox əhəmiyyətli müsbət dəyərə malikdir.

Paylarınızın qlisemik indeksini azaldın:
Qlisemik indeks, bir qidanın qan şəkərini nə qədər və nə sürətdə yüksəltdiyi ilə əlaqədar bir termindir. Qlisemik indeksi yüksək olan qidalar qan şəkərini sürətli yüksəldər və sürətli aşağı salarlar. Bu vəziyyət, aclıq hissinin artmasına səbəb olar və miqdar idarəsini çətinləşdirər. Bu səbəblə, sadə karbonhidratlar yerinə paylarda quru paxlalı, tərəvəz, tam buğda çörəyi, makaron kimi kompleks karbonhidratlar kafi miqdarda iştirak etməlidir.

Doymuş yağ qəbuluna bir son qoyun:
Kərə yağı, qaymaq, quyruq yağı kimi heyvan mənşəli yağlar, doymuş yağ qaynaqlarıdır. Doymuş yağların ürək sağlamlığı üzərində yaratdığı mənfi təsirlər, aparılan araşdırmalar tərəfindən sübut edilmişdir. Süfrədə, doymuş yağ qaynaqları yerinə duru yağlar seçilməlidir.
Zülal qaynaqlarını doğru istifadə edin:
Ət və süd məhsulları, heyvan mənşəli zülal qaynaqları, tərəvəz, taxıl məhsulları və quru paxlalılar bitki mənşəli zülal qaynaqlarıdır. Gündəlik zülal ehtiyacının yarısından çoxu heyvan qaynaqlı zülaldan, yarısından azı isə bitki mənşəli zülaldan təmin edilməlidir. Bu tarazlığı təmin etmənin ən asan yolu, paylarda hayvan və bitki mənşəli zülallara bir arada yer verməkdir. Ət, tərəvəz, çörək qrupu, tərəvəz paylarda bir arada olmalıdır.

Su içməyi əsla unutmayın:
Bədənimizin təxminən 60%-i sudan meydana gəlməkdədir. Su, bədənimizin funksiyalarını doğru davam etdirməsi üçün lazımlıdır. Bir yetkinin gündə təxminən 8-10 su stəkanı su qəbul etməsi lazımdır. Nə qədər nizamlı və davamlı su qəbul etsəniz bədəniniz o qədər balanslı olar. Toy əvvəli bu çətin və balanssız dövrdə kafi su içmək doping təsiri göstərər.

Duz qəbulunda həddindən artığa qaçmayın:
Gərəyindən çox duz qəbulu təzyiqinizin yüksəlməsinə, şiş səviyyənizin artmasına səbəb ola bilər. Şiş nə qədər yüksək olsa, özünüzü o qədər yorğun hiss edərsiniz. Yeməklərə əlavə duz əlavə etmədən məqbul ölçülərdə duz istifadə edin.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz