Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++Diet Edə Bilmirəm Deyənlər Üçün
++++++++Diet Edə Bilmirəm Deyənlər Üçün
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1529
Səs ver:
Diyet etmək çətin iş bilirsiniz. Diyet etməyə qərar verən qadın çoxdur amma sonuna qədər tətbiq edənlərin sayı bir xeyli azalar.
Diyetə başlayıb bitirə bilməyən hər kəsin özünə görə etibarlı bir bəhanəsi var. Ancaq nə olursa olsun sonunda gerçək budur ki, təəssüf ki, diyet etmədiniz.

Diyet edərkən qərarlı olun

Diyet etmək ən başda dayanıqlılıq tələb edir. Qərarlı olmalısınız və özünüzə verdiyiniz sözə bağlı qalmalısınız. İnsanın sevdiyi, görüncə iştaha gəldiyi yeməklərdən, içkilərdən bir anda uzaqlaşması asan deyil əlbəttə. Belə düşünürsünüzsə, bunu söyləyək ki səhv düşünürsünüz. Səbəbi bu: Diyet etmək, sevdiyiniz yeməklərdən bir anda uzaqlaşmaq demək deyil. Diyet etmək yeməyi kəsmək deyil azaltmaqdır. Bunu bilməyən bir çox qadın təəssüf ki, səhv tətbiq nəticəsində "diyet edə bilmirəm" deməkdədir.
Diyet edə bilməmənin tək səbəbi bu deyil əlbəttə. Bəzən zəruri səbəblər səbəbindən də diyet proqramını tətbiq edə bilməyən kəslər olmaqdadır. Bunlar arasında ümumiyyətlə çalışanlar, tez-tez səyahət etmək məcburiyyətində qalanlar, keçici və ya davamlı bir narahatlığı olanlar tapılar. Bu cür kəslərin bir diyetisyənə müraciət edərək vəziyyətlərini izah etmələri və vəziyyətlərinə uyğun bir diyet proqramına başlamaları özləri üçün daha uyğundur.

Diyet üçün vəziyyəti uyğun olub diyet edə bilməmə mövzusunda çətinlikləri olanlar üçünsə müxtəlif tövsiyələrdə ola bilərik.
Diyet edə bilmirəm- Yemək miqdarını azaltmağı təcrübə edin. Qablarınız böyüksə onları daha kiçikləriylə dəyişdirməyi təcrübəyə bilərsiniz. Evinizin xaricində yemək yeyirsinizsə boşqabın az olmasını söyləyin.
- Yağlı və ağır yeməklər yerinə daha yüngül yeməkləri seçin. Yaşıllıq istehlakına xüsusilə əhəmiyyət verin. Çörək miqdarını azaldın və hətta mümkünsə özünüzü yavaş yavaş heç çörək yeməməyə alışdırın. Çörəksiz olmaz deyirsinizsə tam taxıllı çörəklər ağ çörəkdən daha sağlam və uyğundur.
- Çay, qəhvə kimi içkiləri istehlak edərkən istifadə etdiyiniz şəkər miqdarını azaldın. Şəkəri bir anda kəsməkdə çətinlik çəkirsizsə  özünüzü alışdıra alışdıra azaltma yoluna gedin. Bir müddət sonra köhnədən nə qədər şəkərli içdiyinizi düşünməyə başlayacaqsınız.
- Qızartmalar yerinə qaynadılmış və ya sobada közlənmiş yeməkləri seçin. Cips və koladan qətiliklə uzaq durun.
- Yemək vaxtından 1-2 saat əvvəl bir ədəd alma yeyin. Bu sayədə həm aclığınızı qismən xərcmiş olarsınız, həm də iştahınızı azaldarsınız. Bu da yemək saatı gəldiyində daha az yemək deməkdir.
- Hərəkətli olun. Yeməkdən sonra hərəkətsiz qalmamağa diqqət yetirin. Yeməkdən sonra ediləcək ən yaxşı məşq gedişdir. Özünüzü getməyə alışdırın.

Nə üçün diyet etdiyinizi unutmayın
Diyetdə məqsəd bədənə girən kalori miqdarını azaltmaqdır. Diyet edərkən özünüzü əsla aclığa məhkum etməyin. Özünüzü aclığa deyil az yeməyə alışdırmalısınız. Əgər sevdiyiniz yeməkləri bir anda kəssəniz, psixoloji olaraq hər fürsətdə bu yeməkləri yeməyi düşünərsiniz. Özünüzü bu mövzuda cəzalandırmanıza isə heç ehtiyac yoxdur.
Heç kimlə bu qədər kilo verəcəyəm deyə iddiaya girməyin. Verdiyiniz söz sizi kilo verməyə məcbur edəcək və bəlkə buna görə sağlamlığınızı itirmə riskiylə qarşı-qarşıya qalacaqsınız. Əgər kilo verə bilməmişsinizsə əhvalınız pozulacaq və bir daha diyet etmə mövzusunda özünüzə olan özünə inamınız azalacaq. Ayrıca, bu şəkildə bir zəifləmə nəticəsində diyetə davam etməsəniz verdiyiniz kiloları qısa zamanda geri götürərsiniz. Etdiyiniz işin, çəkdiyiniz çətinliklərin də heç bir mənası qalmaz.

Tərcümə etdi:
PRETTY_GİRL


Şərhlər:
Baxılıb: 1529
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz