Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İştahanı necə azaltmalı?
İştahanı necə azaltmalı?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8141
Səs ver:

İştahanı necə azaltmalı?

Arıqlamaq və ideal bədən formasına sahib olmaq arzusu çox vaxt pəhrizin ilk günlərində güclü olur. Sonra tədricən qətiyyət azalır, arada pəhrizə daxil olmayan qidalar menyuya daxil olur və nəfsi cilovlamaq növbəti günə təxirə salınır. Psixoloqların araşdırmalarına görə, pəhrizə başlayanların yalnız 20 faizi onu sona kimi çatdıra bilir.

Artıq çəki təkcə xarici görünüşə xələl gətirmir, həm də sağlamlıq üçün ziyandır. Artıq kilolardan xilas olmaqda əsas maneə iştahadır. Qadınlar bəzən çox ağır pəhrizlərə əl atırlar və bu, orqanizm üçün əsl stress yaradır. Sübut olunub ki, streslə itirilən çəkilər geri qayıdır, lakin özü ilə birlikdə pis əhval-ruhiyyə, müxtəlif xəstəliklər də gətirir. Bəs nə etməli? Özünə və əsəb sisteminə əziyyət vermədən necə formada qalmaq, iştahanı necə “çərçivədə” saxlamaq olar?

Əslində arıqlamaq üçün ciddi pəhrizlərə ehtiyac yoxdur, əsas məsələ gündəlik rasiona diqqət yetirmək, iştahanı nəzarətdə saxlamaqdır. Elə rejim seçmək lazımdır ki, həm artıq kilolar yığılmasın, həm də aclıq hissi və güclü iştaha olmasın. Ən əsası qidanın tərkibində lazımi qədər zülal, yağ, karbohidrat, vitamin və mikroelementlər olmalıdır. Əgər orqanizm vaxtlı-vaxtında vacib maddələri qəbul etsə, onda iştaha ilə mübarizə aparmaq məcburiyyəti olmaz.

İştahanın yüksək olmasının bir sıra səbəbləri var. Çox vaxt güclü iştaha psixoloji problemlərin nəticəsi kimi meydana çıxır, qida xoşbəxtlik və sakitləşdirici vasitələrin əvəzedicisinə çevrilir. Yüksək iştaha ancaq stresli vəziyyətlərdə “hücum edir”, lakin zaman keçdikcə o, daimi yoldaşa çevrilir. Yemək ehtirası endokrinoloji problemlər, mədə-bağırsaq traktı xəstəlikləri, həmçinin düzgün olmayan qida vərdişləri və yuxusuzluq zamanı da yaranır.

İştahanın azaltmaq üçün xalq təbabəti üsulları

  • Üç diş sarımsaq sürtgəcdən keçirilir, üzərinə 1 litr otaq temperaturunda olan qaynanmış su tökülərək bir sutka qaranlıq yerdə saxlanılır. Alınan məhlul yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Bu üsul mədə-bağırsaq problemləri olmayanlar üçün münasibdir.
  • 1 stəkan suda 2 çay qaşığı alma sirkəsi həll edilir və yeməkdən əvvəl qəbul edilir.
  • Bir xörək qaşığı cəfəri və ya bir dəstə nanənin üzərinə 1 stəkan qaynar su tökülərək 15 dəqiqə dəmlənilir. Alınan dəmləmədən gün ərzində bir neçə dəfə yarım stəkan içilir. Həmin cövhər 2-2,5 saat aclıq hissindən qoruyur.
  • 0,5 kq əncir və gavalı meyvələri 3 l suda maye 2,5 l olana qədər qaynadılır, meyvənin ləti ilə birlikdə yeməkdən əvvəl yarım stəkan içilir.
  • Yeməkdən 30 dəqiqə əvvəl aloe yarpağı yemək olar.
  • İştahanı azaldan bitkilərə pıtraq və zəncirotu kökləri, ladankolu, gülxətmi, qismən də tozağacı yarpaqları aiddir. Ən səmərəlisi isə zəyərək toxumlarıdır. Onun dəmləməsi mədə-bağırsaqların divarını bürüyür, iştahanı azaldır və orqanizmi yüngülcə təmizləyir. Kolitdən əziyyət çəkənlərə məsləhət deyil.
  • Yeməkdən əvvəl 20 ml zəyərək yağı içmək iştahanı azaldır.
  • Balqabaq toxumları olduqca faydalı və müalicəvidir. Onun tərkibində piylənmənin qarşısını alan vitaminlər var. Boranı qatılmış xörəklərin ləzzətli, doyumlu və azkalorili olduğunu nəzərə alıb rasiona onu da daxil etmək olar.
  • 1 çay qaşığı quru yovşan otunun üzərinə 200 ml qaynar su tökülür, 20 dəqiqə dəmlənilir. Gündə 3 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir.
  • 1 stəkan yuyulmuş yulaf yarmasının üzərinə 1 litr soyuq su tökülür, 10 dəqiqə qaynadılır, soyudulur, süzülür və gün ərzində içilir.
  • 2 çay qaşığı xırdalanmış quru andız kökü axşamdan termosa tökülür, üzərinə 1 stəkan qaynar su tökülür, səhərə kimi dəmlənilir, süzülür və hər dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan qəbul edilir.
  • 200 qr buğda kəpəyinin üzərinə 1 litr qaynar su tökülərək 15 dəqiqə qaynadılır, süzülür və gündə 3 dəfə 1/2 stəkan içilir.
  • 20 qr xırdalanmış kərəvizin üzərinə 1 stəkan qaynar su tökülür, 15 dəqiqə qaynadılır, süzülür və gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.
  • 1 xörək qaşığı quru sürvə (adaçayı) yarpağı götürülür, üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə dəmlənilir, süzülür. Gündə 3 dəfə 1/2 stəkan qəbul edilir.

İştahanı azaltmaq üçün nə etməli?

  • Yeməkdən əvvəl bir stəkan mineral su və ya tomat şirəsi içəndə adət ediləndən 3 dəfə az yemək yeyilir. Həmin məqsədlə yaşıl çay, təzə sıxılmış alma şirəsi və ya bir stəkan yağsız kefir də içmək olar. Ümumiyyətlə, arıqlamaq istəyənlərin çoxlu maye qəbul etməsi məsləhətdir, ancaq qida qəbulu zamanı maye içmək mədənin həcminin böyüməsinə səbəb olur.
  • Yeməyi kiçik nimçələrdə yemək məsləhətdir. Onda porsiya gözə çox görünür və yeməyə o qədər də çox həvəs olmur. “Göz aldanmasını” mavi rəngli qablar bir az da gücləndirir. Psixoloqlar qeyd edirlər ki, mavi rəng sakitləşdirir və iştahanı azaldır, parlaq rənglər isə əksinə, onu gücləndirir.
  • Xörəklərə ədviyyatlar əlavə etməmək məsləhətdir, onlar aclıq hissini gücləndirir. Duz və istiot qəbulunu da məhdudlaşdırmaq lazımdır.
  • Tələsmədən və qidanı ağızda yaxşı-yaxşı çeynəyərək yemək, masadan tam doymadan durmaq lazımdır. Belə ki, doyma siqnalları yeməkdən 20 dəqiqə sonra çatır.
  • Meyvə, tərəvəz və digər diyetik qidaları açıqda qoymaq lazımdır ki, ağıza nəsə atmaq istəyəndə birinci onlar ələ gəlsin.
  • Televizor qarşısında və ya qəzet oxuyaraq yemək məsləhət deyil. Çünki baş o qədər qarışa bilər ki, nə qədər çox yeyildiyinə fikir verilməz.
  • Nahara kimi konfet, şokolad yemək olar. Söhbət tünd acı şokoladdan gedir, şirin, südlü şokolad isə iştahanı artırır. Şokoladı ağızda 1-2 dəqiqə sormaq daha effektiv nəticə verir. Konfetdə kalori azdır, amma əvəzində karbohidratlar tez qana sorulur və aclıq hissi yatır.
  • Gün ərzində yeyilən qidanın 80 faizi səhər yeməyinin və naharın payına düşməlidir. Yaxşı olar ki, səhər rasionuna B vitamini ilə zəngin taxıl bitkiləri – yulaf, buğda, çovdar və s. daxil edilsin. B vitamini orqanizmdə su və piy yığılmasının qarşısını alır. Bundan başqa, taxıl bitkiləri gec həzm olunur, ona görə də uzun müddət aclıq hissi olmur. Heç bir halda səhər yeməyindən imtina etmək olmaz. O, maddələr mübadiləsini aktivləşdirir və piylərin əriməsinə səbəb olur.
  • Naharda mütləq tərəvəz salatı yemək lazımdır, çünki onda orqanizmi tez doyuzduran sellüloz çoxdur və bununla bərabər artıq xolesterini orqanizmdən çıxarır.
  • Gündəlik rasiona paxlalı bitkilər – lobya, noxud, mərci daxil etmək həzmi yaxşılaşdırır və mədəni tez tutur.
  • Əlacsız qaldıqda gecə yağsız qaymaq və ya südlə yarım fincan açıq rəngdə isti çay içmək olar. Bu, yuxusuzluğu aradan qaldırır.
  • Çox yeməyə meylli olanlar beş dəfə qidalanma rejiminə keçməlidirlər – bir şərtlə ki, porsiya kiçik, yemək isə az kalorili olsun. Yeməklər arasında isə meyvə və çərəzlə iştahanı boğmaq olar.
  • Alma, kefir və yağsız yoqurt tamdəyərli qidalar hesab olunur. Almanı toxumları ilə birlikdə yemək yodun sutkalıq normasını saxlayır.
  • Aromaterapiya da iştahanın azaldılmasına kömək edə bilər. Yemək istəyi yaranan kimi qrepfrutun qabığını və ya hansısa aromatik yağ və ətir qabını (xüsusən də gül və meyvə ətirləri) iyləmək çox effektli təsir göstərir. İybilmə və aclıq mərkəzləri bir-birinə yaxın yerləşir, ona görə də iy müvəqqəti olsa da aclıq hissinə “üstün gəlir”.
  • Həftədə 2-3 dəfə rasiona balıq xörəkləri daxil edilməlidir.
  • Qəhvə içməyi məhdudlaşdırmaq lazımdır, çünki o maddələr mübadiləsini ləngidir və iştahanı artırır.
  • Şam yeməyinə bir tikə yağsız ət yemək olar, onun tərkibindəki amino turşular yuxu zamanı piyləri əridən hormonları aktivləşdirir.
  • Gün ərzində tez-tez ağızı yaxalamaq lazımdır, bunu nanəli su ilə etmək daha yaxşıdır.
  • Yeməkdən sonra gəzintiyə çıxmaq faydalıdır. Hətta 5 dəqiqəlik gəzinti toxluq hissini artırır.
  • Lazımi qədər C vitamini, çiy və pörtlədilmiş tərəvəzlər (sutkada 300 qr-dan az olmamaqla) qəbul edilməlidir.
  • Gündə 1 diş saımsağı çeynəmədən udmaq həm xəstəlik törədən mikrobları öldürür, həm də iştaha ilə mübarizə aparmağa kömək edir.
  • Hər qidada zülal qəbul etmək lazımdır, çünki zülal təkcə doyuzdurmur, həm də maddələr mübadiləsini stimullaşdırır. Balıq, yağsız ət, quş əti və qismən də paxlalı bitkilər zülalın mənbəyi hesab olunur.
  • Yaşıl çay içmək məsləhətdir. İsveçrə tədqiqatçıları sübut ediblər ki, hər gün 3 stəkan yaşıl çay içənlərin əksəriyyətində sutkada 80 kalori yanır. Çayın tərkibindəki flavonoidlər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.
  • Doyunca yatmaq lazımdır. Yuxu vaxtı fərdidir, kimi üçün 8-9 saat, kimi üçün də 5-6 saat yatmaq kifayətdir.
  • Aktiv həyat tərzi keçirmək, mümkün qədər açıq havada olmaq maddələr mübadiləsini, həm də iştahanı normallaşdırır.
  • Stresdən uzaq olmaq məsləhətdir. Əgər bundan qaçmaq heç cür mümkün deyilsə, onda yeməklə deyil, başqa üsullarla onun öhdəsindən gəlməyə çalışmaq lazımdır.

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 8141
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz