Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kreml pəhrizi
Kreml pəhrizi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5878
Səs ver:

 

 

Kreml pəhrizi sırf zülal pəhrizi olub, ətli qidaların üzərində qurulmuşdur və dünyada ən paradoksal pəhriz hesab edilir. Ona bəzən “astronavt pəhrizi” də deyilir. Həmin pəhrizlə arıqlamaq istəyənlər mütləq ət yeməlidirlər. Pəhrizin üstün cəhəti bunlardan ibarətdir: real arıqlama, qidaların miqdarına məhdudiyyətin qoyulmaması və psixoloji rahatlıq. Onun əsas işləmə prinsipi bundan ibarətdir: rasionda tərkibində həddən artıq çox karbohidrat olan qidalar məhdudlaşdırıldığından orqanizm enerjini öz daxili ehtiyatları, yəni piy toxumasının parçalanması hesabına əldə edir. Kreml pəhrizində əsas məsələ nə qədər qida yeyilməsi deyil, nə qədər karbohidrat qəbul edilməsidir.

 

Arıqlamaq üçün gün ərzində 40 qramdan artıq karbohidrat qəbul etmək olmaz. İşi bir qədər də asanlaşdırmaq üçün bu rəqəmi şərti vahidlə əvəz etmək olar. Pəhrizdə 1 qram karbohidrat 1 vahid qəbul edilir. Ona görə də pəhriz zamanı çalışmaq lazımdır ki, qəbul edilən qidaların gündəlik miqdarı həmin qayda ilə 40 xalı keçməsin. Bütün gün ərzində şəkər qəti qadağan edilir, gün ərzində 1 ədəd qənddən artıq qəbul etməyə icazə verilmir. Kreml pəhrizinə qaydasında əməl etdikdə 8 günə 5-6 kq arıqlamaq mümkündür. Bir məsələni də nəzərə almaq lazımdır: çəki çox olduqca, pəhriz zamanı çəki itkisi də o qədər çox olur.

 

Pəhriz zamanı şirin un məmulatları, kartof yeməklərini, düyü və çörəyi rasiondan çıxarmaq lazımdır. Gün ərzində yalnız ət, balıq, pendir və tərkibində az miqdarda  karbohidrat olan tərəvəzlərdən istifadə edilməlidir.  Gün ərzində 40-60 arası xal toplamağa çalışmaq lazımdır. 60-dan yuxarı xal topladıqda artıq kiloları atmaq olmur. Pəhriz müddətində mütləq çoxlu maye, təxminən günə 1.5-2 litr qəbul edilməlidir. Kreml pəhrizinin əks göstərişləri də mövcuddur: xroniki ürək, damar, mədə, böyrək xəstəlikləri olanlar və hamilə qadın pəhrizə başlamazdan öncə mütləq həkim-diyetoloqa müraciət etməlidirlər.

 

Məhsullar

Şərti vahidləri

Məhsullar

Şərti vahidləri

Buğda çörəyi

50

Limon

3

Çovdar çörəyi

34

Naringi

8

Tomat

4

Nektarin

13

Lobya

46

Balıq əti

0

Zeytun

5

Xurma

13

Xiyar

3

Alma

9.5

Qarğıdalı

14.5

Krevet

0

Bulka

51

Balıq kürüsü

0

Şəkər tozu

99

Süd

4.7

Buğda unu

68

Üzüm

66

Biskvit tortu

50

Qaymaq

4

Şirin peçenye

75

Xama

3

Kremli piroq

62

Yaşıl noxud

6.5

Makaron

69

Yağlı kəsmik

2.8

Vafli

65

Qatıq

3.2

Qarabaşaq

62

Pendir

0.5-2

Dondurma

22

İtburnu

10

Manna yarması

67

Bitki yağı

0

Yulaf

49

Kərə yağı

1.3

Şokoladlı konfet

51

Kök

7

Düyü

71

Gül kələmi

5

Qəliz süd

56

Mineral su

0

Mal əti

0

Soğan

9

Qoyun əti

0

Yaşıl bibər

5

Mürəbbə

71

Pomidor

4

Heyva

8

Cəfəri (yaşıl hissə)

8

Kolbasa

0

Turp

4

Zoğal

9

Kartof

16

Banan

21

İspanaq

2

Portağal

8

Ağ göbələk

1

Nar

11

Şampinyon

0.5

Kivi

10

Ət və toyuq bulyonu

0

Yumurta

0.5

Ketçup (1 xörək q.)

4

 

 



Şərhlər:
Baxılıb: 5878
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz