Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aclığa necə qalib gəlmək olar?
Aclığa necə qalib gəlmək olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2962
Səs ver:

Aclığa necə qalib gəlmək olar?

Şahzadə Diana, Ceyin Fond, Lindsi Lohan – bu insanları bir xəstəlik birləşdirir. Bu da onlarda baş verən dəhşətli aclıqdır. Tanınmış kino ulduzları hər zaman formada olmaq istəyirlər, amma çox zaman aclıqla mübarizə aparmağı bacarmırlar. Çox insanın üzləşdiyi belə aclıq hissi – bulimia adlanır.

Bulimia nədir?

Bulimia yunan sözündən götürülüb, “ bus” – buğa, “limos” – isə aclıq deməkdir.

Bu xəstəlik zamanı iştaha kəskin qüvvətlənərək, aclıq hissi insanı narahat etməyə başlayır. Bu hissin altında insan böyük miqdarda qida qəbul etməyə başlayır. Aclığı dəf etmək üçün çox yağlı, şirin, bol kalori qidalara üstünlük verir. Öz bədən ölçülərinə görə narahat olan xanımlara çox kilo almamaqdan ötrü qusma və ya imalə yolu ilə artıq kaloridən qurtulurlar.

Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar pəhriz – pəhrizi pozmaq – artıq kaloridən orqanizmi müxtəlif yollarla təmizləmək kimi dairəvi proseslər yaşayırlar. Bu xəsətliyə tutulan insan stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Belə aclıq hissi keçirən xanımlar özlərinə gün ərzində dəfələrlə yemək bişirməkdən çəkinmirlər. Xanımlar hətta bu haldan depressiyaya da düşürlər.

Bulimianın 2 tipi var.  1 – Klassik bulimiada insan tələb olunana qədər yedikdən sonra artıq qidaları orqanizmdən qusma, işlətmə dərmaları və imalə ilə çıxarırlar. 2 – Aktiv bulimiada isə artıq kaloridən pəhriz və idmanla məşğul olmaqla yaxa qurtarmaq mümkün olur.

Bulimianın əlamətləri :

  • Bir dəfəyə böyük miqdarda qida qəbulu
  • Yeməyin iri tikələrlə, çeynənilmədən yeyilməsi
  • Müxtəlif yollarla artıq kaloridən qurtulma
  • Sarsılmış əhval –ruhiyə, qapalılıq, ümidsizlik
  • Enerji çatışmazlığı, sağlamlığın zəifləməsi
  • Boğazın tez-tez ağrıması – faringit, angina
  • Həzmetmə problemləri
  • Diş emalının dağılması
  • Tüpürcəkdə dəmirin miqdarının artması
  • Dəridə problemlər
  • Eləcə də boğazda xırıltı və qida borusunda qan axmalar

15 yaşdan 30-35 yaşa qədər olan 3-8% qadınlar bulimiadan əziyyət çəkirlər. Bu problemin öhtəsindən təkcə gəlmək mümkün deyil. Bulimialı xəstələr psixoloqlara müraciət etməlidirlər. Psixoloji yardımdan sonra xəstələr özlərinə inanır və özlərini dəyərləndirə bilirlər. Belə xəstələr adətən qrup şəklində müalicə olunurlar.

Xəstələr bir-birlərini bu xəsətlik barəsində öz təcrübələrindən, xəsətliklə mübarizə üsullarından danışaraq fikirlərini bölüşürlər. Birlikdə onları sağlamlığa aparan yolu seçirlər

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz