Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Artıq çəkini geyim sayəsində necə gizlətmək olar?
Artıq çəkini geyim sayəsində necə gizlətmək olar?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3780
Səs ver:

Artıq çəki problemi ölkəmizdə hər bir qadını olmasa belə, hər üçüncü yaxud dördüncü qadını narahat edir. Bəzi xanımlar artıq öz çəkilərinə alışıblar, bəziləri özlərini artıq çəkilərinə baxmayaraq cazibədar hesab edir, qızların əsas hissəsi isə səhv edərək öz çəkilərini böyük ölçülü geyimlər ilə örtməyə çalışırlar. Ancaq bir neçə əsas qaydaya riayət etsələr zahirən bir neçə kiloqramdan azad ola bilərlər.
Ilk növbədə qeyd etmək istərdik ki,əgər sizin həqiqətən də artıq çəkiniz vardırsa, onda siz ürəyinizin istədiyi kimi, yaxud podiumdakı modellər kimi geyinməməlisiniz. Çinki sizin üçün ən əsası incə sonra isə dəbli görünməkdir. Ona görə də qarderobunuzdan uggi, mini-yubka, mikro-şortik, topik, getrı, bəzəkli corablar kimi geyimləri çıxarmalı olacaqsınız. Bu minimum plandır, qalan şeyləri isə tədricən aydınlaşdıracağıq.
Ikincisi, yalnız öz ölçünüzə uyğun olan geyimi alın. Böyük və formasız geyimlər əslində çəkilərinizi gizlədəcək, lakin sizi kisəyə oxşadacaq. Eyni şey kiçik ölçülü geyimlərə də aiddir, çünki onlar bütün qüsurlarınızı üzə çıxaracaq.
Sonra, eyni rəng çaları olan, məsələn qara, tünd-qəhvəyi, tünd-göy, tünd-şokolad rəngli geyyimlərə üstünlük verin. Həmçinin “arıqlamaq” üçün sizə vertikal cizgilər yardım edəcək. Lakin yaxşısı budur bir şey cizgili olsun – şalvar yaxud köynək. Klassik biçimli cizgili don da seçmək olar.
Həmçinin bu ilin dəbi olan plisseli yubkalardan da qaçın, çünki bu sizi zahirən daha iri göstərəcək. Ümumiyyətlə dolu insanlara sadə biçimli geyimləri seçmək məsləhət görülür. Tədbirlər, eyni zamanda gündəlik geyinə biləcəyiniz balaca qara don sizin üçün ideal seçim olacaq.
Əgər ayaqlarınız doludursa, onda seçiminizi düz biçimli şalvarlardan yana edin, çünki onlar zahirən ayaqlarınızı daha incə göstərəcək. Cins sevən xanımlar dar boğazlı şalvarlardan qaçmalı, vertikal cizgili klyoş şalvarları seçməlidirlər. Bu zaman dikdabanı da unutmaq lazım deyil, çünki onun sayəsində ayaqlarınız daha uzun və incə görsənəcək.
Belinizi incəltmək üçün qamətinizə tam oturan jaket və köynəklər seçin. Böyük köynək və sviterləri unudun və onlardan artıq çəkinizi gizlətmək üçün istifadə etməyə çalışmayın, çünki əksinə, onlar sizi daha kök göstərəcək. Buna görə də uzunluğu beldən aşağı olan gözəl və qeyri-adi sviterləri seçin ki, insanların diqqəti sizin bədən formanızda yox, sviterinizdə olsun.
Əgər əllərinizin köklüyü sizdə kompleks yaradırsa qolu klyoş, yaxud dirsəkdən aşağı olan köynəkləri seçin ki, əlinizin ən incə hissəsi, yəni biləyiniz görsənsin.
Həmçinin geyiminizin kəsik yerləri də mühüm rol oynayır. Buna görə də kök insanlara v-formalı kəsiyi olan geyimləri seçmək məsləhət görülür, çünki bu zahirən sizin boğazınızı uzadır və qamətiniz daha incə görsənər.
Və sonda, əziz xanımlar, artıq çəkinizə görə kompleks hissi keçirməyin. Çünki ideal çəkiyə malik insanların sayı çox azdır, əgər onlar varsa belə, onların bədən formasını səhv seçilmiş geyim ilə çox tez korlamaq olar. Buna görə də sizin üçün ən əsası – nə qədər çətin görünsə belə, düzgün seçilmiş geyim sayəsində qamətinizi daha incə görsətməkdir.



Şərhlər:
Baxılıb: 3780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz