Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək istəyirsən?
Kökəlmək istəyirsən?
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 1309
Səs ver:
İlk olaraq genlərə diqqət yetirmək lazımdır.Əgər sizin atanız və babanız arıq olublarsa,onda hər kiloqram üçün uzunmüddətli mübarizəyə hazır olun. Çəki azlığında onurğa sütununun vəziyyəti də az rol oynamır.Əgər onurğanız mədə-bağırsaq hissənizdə əyilibsə,bu da kökəlmənizə maneə törədə bilər.Sözün düzü arıq insanlarda sağlamlıqla əlaqəli istənilən problem özünü çəkidə büruzə verə bilir.Yaxşı yatmaq önəmlidir.Çünki məhz yuxuda boy hormonu olan-somatropin ifraz olunur ki,o da əzələlərin böyüməsilə çəkinin artmasına kömək ola bilir.Həmçinin yuxu orqanizmə arıqlarda piyləri yandıran stess hormonu-kortizolla mübarizədə kömək olur.Beləliklə,az əsəbləşməyə və stresdən uzaq olmağa çalışın.

Qidalanma
Bu məsələdə əsas-iştahı açmaqdır.Buna gəzinti,idmanla məşğul olmaq kömək ola bilər.Gün ərzində minimum 5 dəfə yemək lazımdır.Amma partlayana kimi yemək olmaz.Mədənizə qidanı rahat həzm etmək və özününküləşdirmək imkanını təmin edin.Kökəlmək məqsədilə Fastfood_la qidalanmaq çox ziyanlıdır.Bununla siz sadəcə orqanizminizi şlaklaşdıra və qarnınızı böyüdə bilərsiniz.Qidalar müxtəlif,balanslaşdırılmış olmalıdır.Ət və xəmirlə yanaşı tərəvəzləri də unutmamalısınız.Təyin olunmuş vaxtda mədə şirənizin ifraz olunması və sizdə aclıq hissinin yaranması üçün rejim vacibdir.
Idman
Nə qədər qəribə olsa da,arıqlamaq istəyən bütün insanlar kimi siz də idman zalı və hovuza getməlisiniz.Bu siluetinizi yaxşılaşdırmaq və qazandığınız kaloriləri düzgün bölüşdürmək üçün vacibdir.
Nədən başlayaq?
Əgər elə imkan varsa yayı yaxşı keçirmək və heç olmasa hansısa kəndə getmək sizə kömək olar.Əgər bunu həyata keçirməyə şərait imkan vermirsə onda növbəti məsləhətlərə əməl etməyə çalışın:
Havada mümkün qədər çox vaxt keçirin;
İdmanla məşğul olun.Əlbəttə özünüzü əldən salmayın.Amma üzmək,gəzinti,əsas əzələlər üçün bəzi hərəkətlər şübhəsiz sizə xeyir verəcək;
Rejimə əməl edin-hər gün eyni vaxtda oyanmağa,qida qəbul etməyə və yatmağa çalışın;
Gündə 5dəfə,asta və qidanı yaxşı çeynəyərək yemək lazımdır.Yeməkdən əvvəl və ya yemək vaxtı əsəbləşmək qadağandır.Bu həzm sisteminə çox ziyandır;
Ümumilikdə həyatınızı elə nizamlayın ki,mümkün qədər az əsəbləşəsiniz.Mənəvi tarazlığınızı pozmamağa çalışın.Özünüzdə fleqmatiklik yaradın.Hər şeyi çox həssas qəbul etməyin,sizi əhatə edən mühitə fəlsəfi yanaşın;

Sutkanın 8-10 saatını yatmaq lazımdır,amma yuxu dərmnanının köməyindən istifadə etmədən;
Havadan asılı olmayaraq şam etməzdən öncə 1saatlıq gəzintiyə çıxın və bu zaman dərindən nəfəs alıb-verin.Bu iştahı oyadır.Sonra yaxşıca yeyin və ən gec 1saat sonra yatın.Şamdan sonra kiçik qurtmularla 1stəkan ballı süd içmək xeyirlidir;

Çalışın həmişəkindən yarım saat tez durasınız ki,rahat və tələsmədən səhər yeməyinizi yeyə biləsiniz.Yemək vaxtı həmçinin nəsə oxumaq və radio dinləmək də ziyandır;

Günorta yeməyindən sonra 15-30 dəqiqə uzanmaq çox xeyirlidir.Bu vaxt yaxşı və xoş bir şey barədə fikirləşməyə çalışın;

Alkoqol,qəhvə,tünd çay,siqaret və dərmanlardan imtina edin-bütün bunlar sinir sistemini oyadır və maddələr mübadiləsinə neqativ təsir edir


Şərhlər: 15
Baxılıb: 1309
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
kokelmek kimi bir isteyimm yoxdur)
16 iyul 2015 19:09
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
ariqlamaq ücün olan meslehetlernen eynidiki bu 1 ferq var yemeyi yeyenden sonra yatin deyir amma ariqlamaq isteyenler yemeyini yeyenden 4 saat sonra yata bilerler
13 iyul 2015 02:25
# 14
ŞehZam
Isteyerem ama alinmir ((
13 iyul 2015 02:15
# 13
ayka
kokelmek isteyirem amma bir az
12 iyul 2015 19:45
# 12
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
MODABAZ
Men kokelmek isteyireç gunde bes defe yihirem ama az yarimciq butun gunu colde oluram yatiram ama olmur
12 iyul 2015 17:22
# 11
Heyata daim gulmek lazimdii
Dosta_inam
Kokelmek izfdyirsen?—xeyir.
Cekimden raziyam.
12 iyul 2015 17:13
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ell.nell
İstemirem sağ olun.amma bu aralar kokelecem......mecburen....
12 iyul 2015 16:46
# 9
my_angel
Bir az kökəlsəm pis olmaz əslində. Demək genlərlə əlaqəsi var imiş. bilge
12 iyul 2015 16:18
# 8
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
aliceWOnDer
Istemirem kokelmek...
12 iyul 2015 15:56
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
qanadli melek
Hec istemirem kokelmek
12 iyul 2015 15:49
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
WiRiN BaLaM
heç isdəmirəm..
12 iyul 2015 15:41
# 5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
yox kokelmek ısdemırem
12 iyul 2015 15:38
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
hec kokelmek niyyetim yoxdur.Her zaman ariq olmusam
12 iyul 2015 15:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
Men hec ama hec istemirem
12 iyul 2015 14:40
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ulduz
mende 4 5 kilo kokelmek isdeyirem
12 iyul 2015 14:38
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz