Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək istəyən xanımların diqqətinə
Kökəlmək istəyən xanımların diqqətinə
Göndərən: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 1816
Səs ver:
İlk öncə çəkinizi düzgün təyin etməniz lazımdır. Bunun üçün çəki hesablama vasitəsindən faydalana bilərsiniz. Bu hesaba görə çəkinizin az olduğu müəyyən olunarsa və həkim tərəfindən başqa bir narahatlığınız olmadığı təsdiq edilərsə, o zaman burada yazılan məsləhətlər sizin üçündür.
Arıq insanların sağlam bir şəkildə kökəlməsi sanıldığı qədər asan deyil. Sağlam çəki almaq istəsəniz, o zaman aşağıdakılara əməl etməlisiniz:

Qızartma, xəmir xörəkləri, şirniyyat kimi bol kalorili yeməkləri gün ərzində bol miqdarda yeməklə sağlam bir şəkildə kilo ala bilməzsiniz. Bütün əsas qida maddələrini kafi və balanslı səviyyədə almanız lazımdır.

Tərəvəz və meyvələrdən hər gün 5 boşqab yemək lazımdır. Bunlar təbii olmalıdır, yəni dondurulmuş və ya konservləşdirilmiş olmamalıdır. Meyvə və tərəvəzlərdə olan antioksidanlar sizi həyat boyu bir çox narahatlıqdan və xərçəngdən qoruyacaq.
Süd və süd məhsulları xüsusilə kalsium, zülal və vitamin baxımından son dərəcə zəngin qidalardır. Bununla yanaşı, süd içərək aldığınız kalori miqdarını ən asan şəkildə artıra bilərsiniz. Əgər südü sevmirəm deyirsinizsə, içərisinə bir qaşıq meyvə püresi, meyvəli yoqurt qatın. Bol miqdarda süd içməyə qərar versəniz, az yağlı südü seçin, əks təqdirdə bədəndəki yağ tarazlığı pozula bilər. Süd məhsullarından xüsusilə az yağlı pendirdən bol miqdarda istifadə edə bilərsiniz.

Qanınızla bağlı hər hansı bir problem yaşamamaq üçün hər gün iki boşqab ət (qırmızı, balıq, toyuq) yeyin. Ət dəmir baxımından ən zəngin qidadır. Ancaq ətdən iki porsiyadan çox istifadə etməyin. Ət yerinə yumurta və quru paxlalıları yeyə bilərsiniz. Ancaq sosiska, kolbasa, hamburger kimi yağlı və bol kalorili yeməklərdən az istifadə edin.

Ara yeməklərini mütləq yeyin. Bu, çəkinizin artmasına kömək edər. Ancaq yenə bu paylarda bol kalorili, yağlı və şəkərli yeməklərdən az istifadə edin. Yeməklərinizi iştahlı və gözə xoş görünən şəkildə hazırlayın, yeyərkən zövq almağa çalışın.

Çəkinizin artmasına yardım edəcək məsləhətlər:
1) Yeməklərinizi seçərkən bol kalorili olmalarına diqqət yetirin.
2) Gündə 4-6 pay yemək yeyin (hamısı da bol kalorili).
3) Bol karbohidrat və zülal alın. Ancaq unutmayın ki, kalorinizin əksəriyyətini zülallar deyil, karbohidratlar təşkil etməlidir.
4) Gecə yatmazdan 2-3 saat əvvəl yemək yeyin. Beləcə, kalorinizdən az xərcləyəcəksiz.
5) Yo-Yo pəhrizini tətbiq edin. Bu, çəkini artırmanın ən yaxşı üsullarından biridir. 4 gün boyunca yüksək kalorili, sonra 3 gün müddətində ondan daha çox kalori ehtiva edən yeməklər yeyin. Bu vəziyyət arıqlamaq istəyən kök adamların başına tez-tez gələn bir vəziyyətdir. Zəifləmək üçün pəhriz saxlayarkən, birdən özlərini itirib daha çox yeməyə başlayırlar. Siz isə bunu şüurlu şəkildə edəcəksiniz.
6) Qırmızı ət digər ətlərə nisbətən daha çox kilo almağınıza səbəb olar. Ancaq bunu davamlı olaraq qəbul etməyin, arada başqa zülal qaynaqlarından da istifadə edin.
9) Zülal və amin turşusu baxımından zəngin olduğu üçün südün içərisinə blendrda parçalanmış xurma qatıb içə bilərsiniz.
10) Yeyin və istirahət edin.


Şərhlər: 19
Baxılıb: 1816
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
AZURA
yawima gore cekim azdi kokelmey isteyirem 18 amma olmur
5 iyun 2015 15:47
# 19
Antikvar
Heç kökəlmək həmçinin arıqlamaq fikrimdş yoxdu.Çəkim özümə ,yaşıma və görünüşüm üçün yaxşıdı.Yəni arıqam iki uşaq maması olmağıma baxmayaraq)tşk ehtiyacı olanlar üçün faydalı məlumatdı.
4 iyun 2015 02:27
# 18
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Niquw Abdulayeva
Cekim normaldi. Kokelmek isdemirem
4 iyun 2015 02:05
# 17
Elizade_Gunay
gunde 8 defe yemek yeyirem bir coreyin yarisini bititrem ama heleda kok deyilem 03
3 iyun 2015 23:32
# 16
SENSİZ
kokelmek fikrim yoxdu.ariqlamaq isteyirem amma hevesimde yoxdu
3 iyun 2015 22:27
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Catwoman666
men kokelmek istemirem, hec ariqlamaq fikrim de yoxdu ne istesem de yeyirem) cekimden raziyam
3 iyun 2015 20:03
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
Cimbom Nilay
Salam camaat isteyirler ariqlasin 122
3 iyun 2015 18:54
# 13
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
tek umidim sen
Men istemirem kokelmek...Cekimle raziyam.sikayetim yoxdu
3 iyun 2015 17:47
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
Dosta_inam
Kökelmek isteyenlere faydali meslehetlerdi,ancaq men ne ariqlamaq ne kökelmek isterem,çekimden raziyam.
3 iyun 2015 16:58
# 11
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Cimbom Nilay
Salam kökəlməyin ziyanından başqa, xeyiri yoxdur insana.. Kökəlməyə meyilli deyiləm.. Normal çəkim Var. Allahıma Şükürlər Olsun! yol Gedin davamlı 1-2 tur atın, görün necə arıqlayırsız
3 iyun 2015 16:49
# 10
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
ALESSANDRA
əvvəllər kökəlməyə can atırdım) ama indi həvəsim yoxdu fikrimcə 13 yaşlı qız üçün 40 kq normaldı)tşk bacıma deyəcəm etsin)
3 iyun 2015 16:46
# 9
Don't trust anyone ∆
ulduz
mende isdeyrem ama 2 defe gunde yemek yerem sanki tox oluram ...isdagh noldu mende
3 iyun 2015 16:10
# 8
Tomris Müslümova
aha mennen danisirlar...bunuda ederik gorek nece olur dash_mini
3 iyun 2015 16:09
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
hec ele fikrim yoxdu
3 iyun 2015 15:38
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yasemin
Kökəlmək istəmirəm istədiyim kimiyəm… kökəlmək istəyənlər üçün faydalı məsləhətlərdir
3 iyun 2015 14:45
# 5
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
naz_vefa
Men 54 dem boyum 170 biraz isteyrem ariqlaym
3 iyun 2015 14:44
# 4
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
birdane
Men isteyirem kokelim boyum157dir amma cekim 43 pis cix ariq gorsenmirem amma hec olmasa 47 olum yaman esebiyem onun ucun kokelmirem ne qeder yesemde

Men isteyirem kokelim boyum157dir amma cekim 43 pis cix ariq gorsenmirem amma hec olmasa 47 olum yaman esebiyem onun ucun kokelmirem ne qeder yesemde
3 iyun 2015 14:40
# 3
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Baharim ol
Kokelmek istemirem.54 kq-mam.ne artmiram ne azalmiram.Kokelmey isteyenlere yaxsi meslehetlerdi
3 iyun 2015 14:40
# 2
Ama yenede
BARBI
Kokelmek istemirem. Cekim normaldir.
3 iyun 2015 14:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz