Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək istəyirəm!
Kökəlmək istəyirəm!
Göndərən: Qlamurr
Şərhlər: 18
Baxılıb: 2550
Səs ver:
Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini  axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər.

Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.

Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.

Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.

Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.

Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.

Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.

Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.

Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.

Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.

Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.

Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.


Şərhlər: 18
Baxılıb: 2550
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Men sukur ki cekim tam.istedoyim kimidor 45 kilo 16 yasa gore eladir)
24 mart 2015 01:12
# 18
"All men must die, but we are not men"

Daenerys Targaryen
SENSİZ
ozum yox usaqlarim ucun oxudum cunku cox ariqdilar
23 mart 2015 20:38
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
hec isdemirem kokelmek
23 mart 2015 20:19
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sima
mende isdayirem ama iwde ora bura gediremm alinmirreeeee 09
23 mart 2015 18:07
# 15
23.09 25.09 melek melek melek
Qlamurr
Onsuzda bayramda hamı kökəlir,evdə varsa qatıb-qarışdırır.
23 mart 2015 17:53
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aynur2002
Bayramda sirniyyat yeyib kokeldim.İdeal cekideyem.
23 mart 2015 17:45
# 13
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Tomris Müslümova
day men vaz kecmisem istemirem bele yaxsidi
23 mart 2015 17:30
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
Zarafatsiz, kok xanimlarin acigina bele xeberler verirsiz? kokelmek isteyenler ucun eladi.tsk
23 mart 2015 16:16
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ulduz
MENDE KOKELMEK ISDEYIREM AMA OGLUM 5 AYLIQDI SUD VERIREM DEYE HECNE YEYE BILMIREM ZIYAN EDIR
23 mart 2015 15:45
# 10
Menim balam
Bu Bayram meni kökeltdi
23 mart 2015 15:43
# 9
Turkan Abbasova
Sitat: tek umidim sen
Axir vaxtlar,kokelmek ucun yaman xeberler paylasilire))xeyirdi?

Bilirler men kokelmek isteyirem ona gore 122 amma kikelmirem ki kokelmirem
23 mart 2015 15:20
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
emis
ISTEDIYIM VAT RAHAT KOKELIB ARIQLAYA BILIREM INDI HEC BIRINI ISTEMIREM TESEKKURLER
23 mart 2015 15:09
# 7
qanadli melek
Ariqlamaq isteyirem
23 mart 2015 14:54
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
tek umidim sen
Axir vaxtlar,kokelmek ucun yaman xeberler paylasilire))xeyirdi?
23 mart 2015 14:53
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
lelos
hec istemirem kökelmek
23 mart 2015 14:49
# 4
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Kökəlmək üçün nə gəldi yemək lazım deyil, belə olan halda sağlamlığa yalnız ciddi ziyan vurmaq olar..
23 mart 2015 14:46
# 3
my_angel
Çox deyil,bir az kökelsem besdi..
Vitaminden istifade edirem,digerlerini de etmeye çalışacağam..
23 mart 2015 14:34
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
BARBI
Kokelmek ucun xemir yemekler sirniyatlar tortlar yemek lazimdir qisa muddetde kokeldir insani
23 mart 2015 14:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz