Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək istəyirəm!
Kökəlmək istəyirəm!
Göndərən: Wiyinka
Şərhlər: 22
Baxılıb: 1218
Səs ver:
Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər.

Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.

Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.

Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.

Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.

Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.

Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.

Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.

Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.

Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.

Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.

Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.


Şərhlər: 22
Baxılıb: 1218
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
butun gunu yemek yeyin gecenin yarisida coxyatib az hereket edin kokelegeysiz
9 mart 2015 18:30
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aLoNe AnGeL
men biraz kokelmekkk isteyirem arigam arig........ 18 18 18
3 mart 2015 18:17
# 21
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
cinqosh
Kaş mən də deyə biləydim ki, "Kökəlmək istəyirəm!"
26 fevral 2015 12:03
# 20
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ece uslu
hec istemirem heccccc
26 fevral 2015 00:48
# 19
krisa
EVVELLER HARDASA ISTEYIRDIM KOKELMEK,INDI YOX.47-48KQ.KOKELEN DEYILEM.BOYUM150SMDIR.HEMISE 50KQ OLMAQ ISTEMISEM.SONRA DA DEYIREM KI,ADAM VAR ZULUM CEKIR KI,ARIQLASIN,MENE NE DUSUB KI,KOKELEM.ELE BELE YAXSIYAM.
26 fevral 2015 00:07
# 18
Ask Doktoru
Bu aralar bir az kilo almisam yene pehriz saxlamaliyam
25 fevral 2015 23:15
# 17
Aliye
SENSİZ
ne kokelmek ne de ariqlamaq yasima gore narmal
25 fevral 2015 22:47
# 16
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
ŞehZam
Kokelmek isteyirem ama iwtaham yoxdu biraz yeyen kimi doyuram.Boyum 1.64 cekim 50 kq-am ciyy
25 fevral 2015 22:14
# 15
tek umidim sen
Kokelmek istemirem,bele qalim besimdi)Ne cox ariqligi ne de cox kokluyu sevmirem
25 fevral 2015 21:24
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
xeyalperest
Men kokelmek istemirem cunki onsuzda kifayetden cox cekim var tewekkur
25 fevral 2015 20:51
# 13
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Sucan
Men normalaq kokelmek cox pisdi
25 fevral 2015 19:38
# 12
aynur2002
5 kilo kokelsem super olar.
25 fevral 2015 18:59
# 11
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
my_angel
Sitat: emis
insanlar var ne qder yxsi yeyirler ama kokelmirler eleleride varki bir az yeyen kimi kokelirler men normalam yerinde normal qidalaniram ona gorde kekelmirem hec aram yoxdu koeklmeknen

Beli.Men de ne qeder yesem de kokelmirem ki, kokelmirem
25 fevral 2015 16:30
# 10
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
AYKA-ISI
tewekkurler ama kokelmek istemirem bele yaxwiyam deysemde 5kq atiqlamaq istiyirem
25 fevral 2015 16:05
# 9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Melissa
men kokelmek ikstemirem nede ariqlamaq bele superem
25 fevral 2015 15:40
# 8
qanadli melek
Kokelmek yox ariqlamaq isteyirem
25 fevral 2015 15:38
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Kökəlmək istəməzdim ancaq tez həm arıqlayıram həm də kökəlirəm buna görədə həmişə diqqət edirəm çəkimə
25 fevral 2015 15:35
# 6
Tomris Müslümova
mene lazimdi 4 5 kilo...ama olmurki olmurde
25 fevral 2015 15:10
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Kokelmek istemirem
25 fevral 2015 15:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Turkan Abbasova
Mende isteyirem biraz kokelmel. Vitamin komplekslerinden istifade edirem.
25 fevral 2015 15:02
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
emis
insanlar var ne qder yxsi yeyirler ama kokelmirler eleleride varki bir az yeyen kimi kokelirler men normalam yerinde normal qidalaniram ona gorde kekelmirem hec aram yoxdu koeklmeknen
25 fevral 2015 14:56
# 2
Qlamurr
Yaxşı qidalanmasına baxmayaraq,kökəlməyən insan birinci həkimə müraciət etməlidi....
25 fevral 2015 14:45
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz