Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlıq köklükdən daha təhlükəlidir
Arıqlıq köklükdən daha təhlükəlidir
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 1411
Səs ver:
Həddindən artıq arıqlar ömürlərindən 8 ili qısaltmış olurlar

Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman-zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meylli olur. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini sərf edib qurtara bilmirlər. Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Bu isə insanların sürətlə kökəlməsinə səbəb olur.

Artıq kökəlmək o qədər ciddi problemə çevrilib ki, demək olar, bütün dünya buna qarşı mübarizə aparır. Lakin elmi tədqiqatlar göstərir ki, arıqlıq orqanizm üçün köklükdən daha da təhlükəlidir. Başqa sözlə desək, çox kök və çox arıq insanlar həyatlarını genetik müəyyən olunmuş zaman müddəti qədər davam etdirə bilməmə təhlükəsi altındadırlar.

Kökəlmək asandır. Hər kəs bu fikirdədir. Lakin istəsə belə kökələ bilməyən insanlar da var. Hansı ki, yedikləri qidadan asılı olmayaraq, keçirdikləri həyat tərzinə baxmayaraq kökələ bilmirlər. Belə insanlar arıqlamağa daha meylli olurlar. Belə olan halda ən kiçik xəstəliklər zamanı itirilən olan-qalan çəki də insanı tamamilə çökdürür. Nəticədə insan xəstəliklərə davamsız, narahat və daim özündən narazı qalır. Norveç alimləri bu fikirdədir ki, həddindən artıq arıq olan insanlar ömürlərindən 8 ili qısaltmış olurlar. Həddindən artıq arıqlar arasında bədxassəli şişlər, ürək xəstəlikləri, infarkt və insult səbəbi ilə ölüm halları artmaqdadır. Onlarda eyni zamanda depressiv vəziyyətlərə tez-tez rast gəlinir.

Bakı sakini 23 yaşlı Nəbiyyə Nəbiyeva də arıqlıqdan əziyyət çəkən insanlardandır. Deyir ki, gün ərzində nə qədər qida qəbul etməsindən asılı olmayaraq kökəlmə prosesindən məhrumdur. Daxili heç bir xəstəliyi olmasa da kökəlmək onun ən böyük arzusudur: "23 yaşım var, 44 kiloyam. 174 boy üçün 44 kilo olmaq gəzən ölü deməkdir. Müalicə də almışam, 1 aya 300 qram kökəlib yenidən arıqlamışam. Heç bir xəstəliyimin olmaması halında bu qədər arıq olmağım məni narahat edir. Əllərimə baxanda sümüklərim aydın görünür. Kökəlməyə o qədər həsrətəm, 100 kilo olsam belə narazılıq etməyəcək haldayam".

Dietoloq Nəsimi Quliyevin sözlərinə görə, hər bir orqanizm kökəlməyə meyllidir. Əgər kimsə kökəlməməkdən şikayət edirsə, deməli, hər hansı bir problem mövcuddur və o problemi aradan qaldırmaq lazımdır. Həkimə müraciət etmək, analiz vermək mütləqdir: "Kökəlmənin səbəbləri olduğu kimi kökələ bilməməyin də səbəbləri var. Orqanizmdə bütün proseslər normal getdiyi halda, heç bir xəstəlik olmadığı halda nə kökəlmək, nə də arıqlamaq özbaşına baş verir. Əvvəlcə daxili müayinə lazımdır. Qurd xəstəlikləri insanı kökəlməyə qoymayan başlıca faktordur ki, buna çoxu fikir vermir. Yaşından asılı olmayaraq hər bir insanda qurd xəstəlikləri ola bilər və bu xəstəlikdən əziyyət çəkənin kökəlməsi də mümkünsüzdür. Zobun olması, mədə-bağırsaq sisteminin pozulması, mədə xorası, bir sözlə, həzm traktının pozulması da kökəlmənin qarşısını alır. Həkimin düzgün diaqnozundan, kökələ bilməməyin səbəbi ortaya çıxdıqdan sonra müalicə effektiv nəticə göstərir və kökəlmə başlayır. Əks halda səhv müalicələr, düzgün qoyulmayan diaqnozlar bu problem həll etmir".

Həmsöhbətimiz bildirir ki, kökəlmək kimi arıqlamağın da qarşısını almaq üçün reseptlər var. İnsan heç bir xəstəlikdən əziyyət çəkmirsə, normal qidalanaraq düzgün və sağlam kökələ bilər. Kökəlmək istəyən insan zərərli vərdişlərdən imtina etməlidir. Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırılmalıdır. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir. Tərəziyə baxmaqdan isə çəkinmək lazımdır. "Kilo 1 gündə 2-3 kilo almaq demək deyil. Bu, mümkünsüzdür. Ona görə də hər gün tərəziyə çıxmaq əhvalı korlamaqdan başqa bir işə yaramayacaq" deyən dietoloq məsləhət görür ki, gündə 2 stəkandan artıq çay içmək olmaz. Turşu, istiot və süddən uzaq durulmalıdır: "Kökəlmək yox, sağlam kökəlmək vacibdir. Buna görə də, kökəlmək xatirinə əlinə nə gəldi yemək də düzgün deyil. İçilən bütün mayelərə bal, bəkməz, mürəbbə əlavə edərək içmək kökəlməyə kömək edir. Yatmamışdan öncə şirniyyat yemək kökəldir, lakin bu, məsləhət deyil. Çünki ağır qidaları mədə həzm etməkdə çətinlik çəkir. Yeməkdən sonra şirniyyat qəbul edin. Fındıq, fıstıq, badam, qoz yeyin. Hər gün yumurta qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin".

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, kökəlmək insanın keçirdiyi hiss, yaşadığı hadisələrlə də birbaşa bağlıdır. Belə ki, hər bir duyğu hər insanda fərqli nəticələrə gətirib çıxarır. Stress və əsəb bəzi insanları yeməyə həvəsləndirdiyi halda, bəziləri qidadan tamamilə imtina edirlər ki, bu da onların arıqlama və kökəlmələrinə birbaşa təsir edir: "Elə insanlar var ki, stresdən kökəlir, elələri də var ki, əksinə olaraq arıqlayır. Əsəb gərginliyi çəkinin artmasına mane olur. Stress çəkinin sabit qalmamasına, oynamasına, çəkinin oynaması da stressə səbəb olduğu üçün mümkün qədər sakit həyat tərzi keçirmək lazımdır. Narahat edən hisslərdən və düşüncələrdən qurtulmaq lazımdır. Stress hormonu bədənin enerji balansını, metabolik balansı pozduğu üçün piylənmə, eyni zamanda arıqlama ilə nəticələnə bilər".


Şərhlər: 17
Baxılıb: 1411
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ariq insanlar var ne qeder edirlerse kokele bilmirler o artiq onlarin genindedi,
9 mart 2015 19:01
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Boyuma gore cekim yaxsidi..
28 yanvar 2015 23:43
# 16
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
arzum-aysum
Men 25 yaşımda 45 kilo idim 122 amma boyum o qədər deyil də. 1.62 sm-yam. Indi də 52 kiloyam ancaq 4-5 kilo kökəlməyə çox istəsəm də kokele bilmirem. Cunki gün ərzində çox enerji sərf edirem
28 yanvar 2015 23:42
# 15
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
zayka15
Off. Allah "gezen õlü"veziyetine düsmekden qorusun.
28 yanvar 2015 22:44
# 14
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
sona
Ne ariga ne kok ortayam. Cox ariqliqda koklukde lazim deyil
28 yanvar 2015 20:35
# 13
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Сладкий Ангел
men ariqam dogurdanda kokluyden daha tehlukelidir
28 yanvar 2015 19:37
# 12
.Bir gülüşüm var Sizlərə ömür...
EsmaNur
kök olmaq pisdi mence
28 yanvar 2015 18:41
# 11
Nazan
men ariqlayiram
28 yanvar 2015 18:25
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
KRALİCEM
Normalam
28 yanvar 2015 18:10
# 9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
aziz a
Men hemise ariq olmusam, kokelmek istemisem, indi evvelkine baxanda kokem biraz .
28 yanvar 2015 17:08
# 8
Qelbim doludu !!!!
AYKA-ISI
men normal cekideyen cekimden raziyam
28 yanvar 2015 16:01
# 7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Luna-90
He bunu bilirdim.ariqlamaq istiyirem hemde cox .ancaq heddsiz ariq istemirem iyrenc gorunur .kisilerdr cox arigi sevmir .
28 yanvar 2015 15:36
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Normal olmaq taxsidi ne kok ne de ariq
28 yanvar 2015 15:12
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Boyuma görə çəkim var....ancaq yemiyən kimi arıqlıyıram...
28 yanvar 2015 15:03
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
heddinden artiq ariq deyilem yasima gore 4-5 kilo arigam

heddinden artiq ariq deyilem yasima gore 4-5 kilo arigam
28 yanvar 2015 14:55
# 3
aynur2002
Men normaldan 5 kilo asagiyam.Ama ozumu normal hiss edirem.
28 yanvar 2015 14:52
# 2
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Fialka
ne ariq nede kok qaydasinda daha yaxsidi.esebi stressli veziyyetde bezileri heyfi yemekden cixib yeyirler ancaq mende eksinedi bogazimdan su bele kecmez
28 yanvar 2015 14:40
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz