Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək bəzən ən böyük arzudur
Kökəlmək bəzən ən böyük arzudur
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1538
Səs ver:
Kökəlmə ilə nisbətdə arıqlıq elə də çox rast gəlinən bir hal deyil. Bu, dünyanın bütün ölkələrində belədir. Kök insanlar arıq insanlara nisbətən daha çox üstünlük təşkil edir. Arıq olmağın da bir çox səbəbi var. Bunlardan birincisi hər hansı bir xəstəlikdən əziyyət çəkməkdir.

Ümumiyyətlə, xəstəlik bədənin bir neçə addım geri düşməsidir. Adi qrip tutmaq belə insanın arıqlamasına səbəb ola bilir. İkincisi, AİDS və bu kimi ağır xəstəlikdən əziyyət çəkənlər, üçüncüsü isə immun sistemin zəif olması və hormonal problemlərdən qaynaqlanır. Heç bir xəstəlikdən əziyyət çəkməyən insanların arıq olma səbəbi onların immun sisteminin çox güclü olmasıdır. Amma təəssüf ki, belə sağlam arıq olan insanlar çox azdır. Hər 100 insandan 4-5-i belə normal arıq yaşaya bilir. Belə insanların da özlərinə xas olan bir yaşam tərzi olur. Birincisi, çox hərəkətli olurlar, yerlərində dura bilmirlər. İkincisi, belə insanlar nadir hallarda passiv həyat sürərlər. Kök insanlarla müqayisədə daha ətrafa yönəlik insanlardır.

Kökəlmək üçün həddindən artıq qida qəbul edənlər də var. Buna baxmayaraq, kilo ala bilməyən insanların şikayəti "dünyanı yesəm də, artmıram" olur. El arasında belə insanlara paxıl, qurdlu insanlar deyirlər. Guya kökəlməmək səbəbi budur, amma bu, tamamilə yanlış bir fikirdir. Kilo almaq üçün insanlar bəzən yediklərinin ikiqatını yeməyə çalışır, istəməsə belə özünü məcbur edir. Halbuki normadan artıq qəbul edilən qida həzm olunmada problem yaradır, mədə genişlənməsinə səbəb olur. Birdən birə qidanı artırıb digər problemlər yaşamaqdansa qidanı yavaş-yavaş artırmaq lazımdır. Çox yemək yediyi halda kökəlməyən insanın artmama səbəblərindən biri həddindən artıq çay və qəhvə istifadə etməsidir. Çay insanın arıqlamasına səbəb olan faktorlardan biridir.

Dietoloqa görə, necə ki, bir həftədə insan 4-5 kilo arıqlaya bilmir, arıqlasa belə bunun fəsadları ortaya çıxır, kökəlmək də onun kimi bir şeydir. İnsan bir həftə ərzində bu qədər çəki ala bilməz. 250-500 qram arası alınan çəki normal sayılır. Əgər bir müddət çəki elə aldığı 500 qramda qalarsa bu, normal haldır. Bədən yeni çəkisinə alışmağa başlayır. Daha sonra yenidən artım başlayacaq. Ən sağlam kökəlmə yolu da budur: "Belə alınan çəki sonradan tez bir zamanda da itirilmir. Edilən səhvlərdən biri də kökəlmək məqsədi ilə xəmirli qidalara, şirniyyatlara üstünlük verilməsidir. Bu yolla kökələn insanlar sağlam kökəlmir, əksinə piylənmə yaranır. Arıq olmasına baxmayaraq piylənən insanlar daha sallaq, daha yöndəmsiz görünür. Halbuki sağlam kökəlmək insanı sadəcə olduğundan daha fərqli və gözəl göstərər".

Normal kökəlmə yolu ilə insan 1 ayda 2 kilodan artıq almamalıdır. Bunun üçün isə əgər heç bir xəstəliyi yoxdursa və qurddan əziyyət çəkmirsə, normal qidalanmaq kifayət edəcək: "Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin. Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu, həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin. Qəbul edilən karbohidratın miqdarını artırın. Südə bal, bəhməz, mürəbbə əlavə edərək için. İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için. Yeməkdən sonra şirniyyat qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin. Sağlam qidalanma ilə kökəlmək də arıqlamaq da mümkündür".

Kökəlmənin qarşısını alan, insanı daha da zəiflədən səbəblərdən biri də insanın yaşam tərzi, hissləridir. Həddindən artıq əsəbi və daim təlaş içində yaşayan insanlar da zəiflikdən əziyyət çəkənlər sırasındadır. Buna görə qidadan əvvəl insan daxilən bütün sıxıntıları və problemləri kənara qoymalıdır. Bir də genetik faktor var ki, ailəsi arıq olan insanların kökəlmək sahəsində elə də şansı yoxdur.


Şərhlər:
Baxılıb: 1538
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz