loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək üçün faydalı məsləhətlər
Kökəlmək üçün faydalı məsləhətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1848
Səs ver:
Adətən qadınlar artıq çəkidən azad olmaq arzusunda olur, lakin, çəki yığmaq istəyənlərin sayı da az deyil. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirsə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir.

Çox yemək lazım deyil.
Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.

Az-az qida qəbul edin.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.

Çoxlu istirahət edin.
Əsəb gərginliyi də çəkinin artmasına mane ola bilər, buna görə çalışın əsəbiləşməyin. Gün ərzində heç olmasa 1 dəfə nəfəsinizi dərib, 20 dəqiqə sakit oturun.

Məşq edin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.

Zərərli vərdişlərdən imtina edin.
Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırın. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir.

Qidanı sevməyə çalışın.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.Qəbul edilən karbohidratın miqdarını artırın.Südə bal, bəhməz, mürəbbə əlavə edərək için.İçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.Təzə meyvə sularına üstünlük verin.Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.Yeməkdən sonra şirniyyat qəbul edin.Fındıq, fıstıq, badam, qoz və s yeyin.Hər gün yumurta qəbul edin.Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.

Fikirinizi həzzdə cəmləşdirin!

• Asta-asta yeməyə çalışın, qidanı bütöv udmayın. Məsələ qidanın çoxluğunda deyil, keyfiyyətindədir!
• Tez-tez intim münasibətdə olun. İntim münasibətlər – nəinki arıqlamağa, həmçinin kökəlməyə də kömək edir.
• Təmiz havada çoxlu gəzin
• Çoxlu yatın, yatağınızda olmaqdan həzz alın.

Tərəziyə baxmayın
Tərəziyə baxdıqda siz əsəbiləşməyə başlayacaqsınız, bunu da sizə etmək olmaz! Yaxşısı budur güzgüyə baxasınız, siz formalarınızın artması tərəzidə deyil, güzgüdə yaxşı görə biləcəksiniz.

Diqqət. Kökəlmək naminə çox yağlı yeməyin. Normadan artıq qida sağlamlığa ziyandır. Ayda 2 kiloqram kökəlmək uğurlu nəticədir.

Şərhlər:
Baxılıb: 1848
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz