Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kökəlmək istəyirəm!
Kökəlmək istəyirəm!
Göndərən: Rufush Aliyeva
Şərhlər:
Baxılıb: 2113
Səs ver:
Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.
Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini  axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.
Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə "pəhrizin" nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər "qazana" bilər.
Qida hər zaman kalorili, keyfiyyətli və xeyirli olmalıdır. Gün ərzində 5 dəfədən az olmayaraq, hər dəfə eyni vaxtda olmaqla, kifayət miqdarlarda kalorili qidalar qəbul etmək lazımdır.
Səhər yeməyi mütləqdir. Səhər yeməyi dedikdə "pendir-çörək" yox, tamdəyərli qida qəbulu nəzərdə tutulur. Bu kərə yağı əlavə olunmuş müxtəlif sıyıqlar + bişmiş yumurta və ya omlet + salat və s. ola bilər. Səhər kakao qəbul etmək yaxşıdır. Kakao çox xeyirli və kalorilidir.
Qida hər zaman zülal və karbohidratlarla zəngin olmalıdır. Bu ət, toyuq əti, balıq, yağlı süd məhsulları, ağ çörək, kartof, makaron, sıyıqlar, paxlalılar (noxud, lobya) və s. ola bilər.
Meyvə və tərəvəzlər, meyvə və tərəvəz şirələri (orqanizm onları yaxşı qəbul edirsə) və salatları, südlü-meyvəli kokteyllər qida rasionunuzda daim olmalıdır.
Tortlar, pirojnalar, milli şirniyyatlarımız (paxlava, şəkərbura və s.), mayalı və qat-qat xəmirdən hazırlanmış piroqlar, bulkalar, pirojki, blini xama ilə və s. çox kalorilidir və onalrın qəbulu çəkinin artmasına gətirib çıxarır. Lakin bu qidalardan "süi-istifadə etmək" olmaz ki, bu səhhətinizə mənfi təsir edə bilər.
Qoz-fındıq da çox xeyirli və kalorili qidadır. Bu səbəbdən hər gün 1-2 ovuc qoz-fındıq yemək olar.
Axşam yeməyi mütləq tamdəyərli olmalıdır. Yaxşı olardı ki, bu ət yeməyi olsun. Axşam yeməyi yatmazdan 2 saat əvvəl olmalıdır.
Kökəlmək istəyən insan kifayət qədər yatmalı və dincəlməlidir, gün ərzində 1,5-2 saat açıq havada gəzməlidir.
Mayenin kifayət miqdarda qəbulu da çox vacibdir. Lakin mayeni qida qəbulundan əvvəl içməyin, bu halda siz daha az qida qəbul edə bilərsiniz. Qida qəbul etdikdə ən kalorili yeməkdən başlamaq lazımdır, salatı isə qida qəbulunun axırına saxlayın. Duru suplara və bulyonlara yox, daha qatı və kalorili toyuq və ət souslarına üstünlük verin.
Fiziki gərginliklər kökəlmək istəyən insanlara yaxşı kömək edir. Üzgüçülük, rəqslər, aerobika, fitneslə məşğul olan insanın əzələ toxuması artır və bu bədənin həcminin artmasına gətirir. Arıq ayaqları və qolları olan insanlara trenajorlarda xüsusi məşqlər yaxşı kömək edə bilər.
Həkimin təyini ilə vitamin-mineral kompleksləri, xüsusi iştahanı artıran preparatları qəbul etmək olar. Ədviyyatlar (istiot, sarıkök, darçın və s.) iştahanı artırır və bu səbəbdən qidaların hazırlanması zamanı ədviyyatlardan geniş istifadə edin.


Şərhlər:
Baxılıb: 2113
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz