Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə kökələ bilərəm?
Necə kökələ bilərəm?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 20550
Səs ver:
Necə kilo ala bilərəm, kilo almaq üsulları kimi sualları  özünüzə,  yoldaşlarınıza  soruşmaqdan bezmədinizmi? 
Necə kökəlməl olar sualına ilk cavabımız inanaraq olacaq. Qətiliklə mənim maddələr mübadiləm belə, nə etsəm edim kilo ala bilmirəm kimi ön fikirlərinizdən yayınaraq başlamalısınız.
Çünki belə bir düşüncə sizi zamanla sağlam olmayan hər cür qidanı qəbul  etməyə itələyəcək və bu da zamanla sağlam olmayan bir çəki alma müddətini də özü ilə gətirə bilər.
Sağlam olmayan bir həyat yaşamaqdansa, zəif qalmağa davam edə bilərsiniz, lakin özünüzə bu sualı verin.. Sağlam bir şəkildəmi kilo almalıyam? Yoxsa kiloların necə gəldiyi əhəmiyyətli deyil, yetər ki, kilo almalıyam deyəmi düşünməkdəyəm…
Sağlam kilo almaq istəyən kəslərə  məqaləmizə davam edirik. Əgər kilo almaq istəyirsinizsə və buna da sağlam bir şəkildə sovuşmaqdan yanasınızsa, kilo alma texnikaları mövzusunda bəzi pik nöqtələri yalnız amma yalnız sizinlə paylaşacağıq. Lakin fərdə xüsusi təkliflər olmayacağı üçün təkliflərimizi süzgəcdən keçirməli və sizə uyğun olanlarını tətbiqə etməyə səy göstərməlisiniz.
Kilo alma üsulları 1 - Bol yemək yeməkdən imtina edin!
Hər şeyi yemək sizə kilo aldırmayacaq, əksinə orqanınızı zədələyəcək. Hər şeyi yeməkdənsə, bəzi meyarları göz önünə alaraq sizə faydalı ola biləcək şeyləri qəbul etməlisiniz. Hər qidanın alternativi mütləq olacaq. Bol çörək yemək yerinə az miqdarda şokolad yemək sizə daha faydalı ola bilər. Buna görə qidalar haqqında qısa bir araşdırmaya girişməli və sizin üçün kalori baxımından daha faydalı qidaları qəbul etməlisiniz.
Kilo alma üsulları 2 - Kalori dəyərlərini qeyd edin
Gündəlik olaraq qəbul etdiyiniz qidaların kalori dəyərlərini qeyd edin ki, çox yeyirəm lakin kilo almıram dərdindən xilas ola biləsiniz. Bir az əvvəl də dediyimiz kimi çox yemiş ola bilərsiniz, lakin qəbul etmiş olduğunuz qidaların kalori dəyərləri aşağı isə xalq arasındakı təbirlə qarnınızı lazımsız qidalarla doldurmuş olacaqsınız.
Kilo Alma üsulları 3 - İdman edin
Kilo almaq üçün əlimizdən gələni edirik, bolca yeyirik kalori cədvəli sayəsində qəbul etdiyimiz qidaların kalori dəyərlərini bilirik lakin aldığımız kalorilərin bədənimizdə necə yığılacağını düşünürükmü? 
Kilo alma anlayışını 2 başlıq altında qiymətləndirə bilərik. Bu qidaların bədənimizdə yağ olaraq yığılması və əzələ şəklində yığılmasıdır. Əgər aldığınız  qidaların bədənimizi yalnız iri bir yağ parçası halına gətirməsini istəmiriksə, bu qidaların əzələ şəklində yığılması üçün yüngül lakin nizamlı bir tempdə məşqlər etməli, bizi yormayacaq dərəcədə ağırlıq işlərini qiymətləndirməliyik.

/Mənbə: Qadınlar.biz/




Şərhlər:
Baxılıb: 20550
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz