Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Beş dəqiqəlik idmanın xeyri
Beş dəqiqəlik idmanın xeyri
Göndərən: Pure Love
Şərhlər: 8
Baxılıb: 142
Səs ver:
Sağlam olmaq, gənc qalmaq və uzun ömür sürmək hər kəsin arzusudur. Bütün bunlara idmansız nail olmaq mümkünsüzdür. Ancaq vaxtın az olması, gündəlik problemlər və yorğunluq səbəbilə bir çox insan idmandan imtina edir. Əlbəttə, gündə 30-45 dəqiqəni idmana ayırmaq elə də asan deyil. Ancaq son aparılan araşdırmalar bu sahədə inqilaba səbəb oldu. Yeni araşdırmalar göstərdi ki, hətta 1 dəqiqə idman belə öz faydasını verir. Tədqiqatlar qısa və təsirli məşqlərin sağlamlıq üçün çox yararlı olduğunu göstərir. İdmana saatlar xərcləmək məcburiyyətində deyilsiniz. Artıq "vaxtım yoxdur” bəhanəsi köməyinizə gəlməyəcək. Gündə sadəcə 7-10 dəqiqəlik məşqlərlə həyatınızı dəyişdirə bilərsiniz. Ötən ilin may ayında elm aləmi sübut etdi ki, gündə 3 dəfə təkrarlanan və 8 dəqiqəni (1 dəqiqə asta, 6 dəqiqə sürətli və yenidən 1 dəqiqə yavaş sürətlə) keçməyən qaçış 30 dəqiqə dayanmadan qaçmaqdan daha təsirlidir. Xüsusilə də, şəkər xəstələri bu məşqi etdikdə onların insulin səviyyəsi tənzimlənir. Yenə ötən ilin iyul ayında daha təəccüblü bir həqiqət ortaya çıxdı. Dünyanın ən nüfuzlu tibb jurnallarından olan "The Journal of the American College of Cardiology”da yer alan məqalədə idmanın müddətinin önəmli olmadığı qeyd edilib. Belə ki, 55 min insanın iştirak etdiyi araşdırma 5-10 dəqiqəlik yüngül qaçışın ömrü uzatdığını ortaya çıxarıb. Gündə sadəcə 5 dəqiqə qaçanlar heç vaxt idman etməyənlərlə müqayisədə 3 il daha çox yaşayırlar. Belə qısa müddətli idman beyin və yaddaşa da müsbət təsir edir. Qısa müddətli məşqlər ruhi sağlamlığın da təməlini təşkil edir. İnsanın özünə güvəni artır və daha sağlam həyata addım atdığını düşünən şəxs özünü xoşbəxt hiss etməyə başlayır. Mütəxəssislər bildirirlər ki, mütəmadi olaraq hər gün edilən idman antidepresant və antistress effekti verir. Belə idman dərinin yaşlanmasının da qarşısını alır. 7 dəqiqə məşqi "The New York Times”ın məşhur 7 dəqiqə məşqi gün keçdikcə öz populyarlığını artırır. Bu məşqi evdə etmək olur və heç bir alət tələb edilmir. Yalnız bədən ağırlığından istifadə edilir. Bu məşq bədənin bütün əzələlərini hərəkətə gətirir. Cəmi 12 hərəkətdən ibarətdir və 7 dəqiqəyə tamamlanır. Hər bir hərəkəti 30 saniyə edib, 10 saniyə istirahət etmək lazımdır. Həftədə 3 dəfə təkrarlamaq tövsiyə edilir.


Şərhlər: 8
Baxılıb: 142
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
İdman etmirəm ama uşaq vaxtı gimnastikaya getmişəm çox xeyirlidir
17 noyabr 2016 23:17
# 8
arzum-aysum
Ne yalan deyim, ayrıca vaxt ayırıb idman etmirəm. Beynimə düşəndə kruq firladiram. Bele de iki uşaqla bütün gunum idmandir
17 noyabr 2016 22:32
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Totu
İdman etmirem..
17 noyabr 2016 21:31
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Dilaycan
Seherler beqavoy axsamlar plates topu.. runner basket
17 noyabr 2016 20:55
# 5
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
Barbaris
idman edirem her gun
17 noyabr 2016 20:49
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Gunde yalniz iple tullaniram.Cox faydali idmandir
17 noyabr 2016 20:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
idman saqlamliqdir
17 noyabr 2016 19:25
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Cindrella
Qisa muddetli idmanin xeyri coxdur.Bu barede bilirdim
17 noyabr 2016 18:23
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz