loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdman hərəkətləri zamanı ən çox yol verilən səhvlər
İdman hərəkətləri zamanı ən çox yol verilən səhvlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1064
Səs ver:
İsinmə hərəkətləri etmədən məşqə başlamağın, sizə uyğun olmayan ağırlıqları qaldırmağın əzələ yırtıqlarına səbəb olacağını bilirdinizmi? Fitneslə məşğul olmağın zədələnməyinizə səbəb olmasını istəmirsinizsə, onda yazımızı sonuna qədər oxuyun. Xüsusən yeni başlayanların ağır bir məşq proqramı etməsi faydanın əksinə zərər gətirə bilər. Əzələ yırtılmaları və yaralanmalardan qorunmaq üçün bədəninizə uyğun bir məşq seçməyiniz çox önəmlidir. Bir çox insan bədənini tanımadan, əzələlərini məşqə alışdırmadan, etdiyi məşqin nə işə yaradığını bilmədən ağırlıq qaldırmağa çalışır.
Məşqə başlamadan öncə mütləq əzələlərinizi isitməlisiniz. Onların məşqə hazır hala gələ bilməsi üçün bir az gəzə bilər, pedal çevirə bilər və ya stretching hərəkətləri edə bilərsiniz. Məşqdən öncə bir az tərləmək qan dövranınızı sürətləndirəcək, məşqi daha rahat etməyinizə şərait yaradacaq, əzələlərinizin zərər görməsinin qarşısını alacaqdır.
Necə ki, məşqdən öncə isinmək önəmlidir, eləcə də məşqdən sonra əzələləri rahatlandırmaq da eyni şəkildə vacibdir. Çox insan idman zallarında əzələlərini soyutmaq yerinə duş qəbul etməyi seçir. Əslində isə bu doğru deyil. Məşqdən sonra əzələlərinizi rahatlaşdırmalı və ürək ritminizi normala çevirməlisiniz.
İnsanlar adətən məşqlərdən sonra bel, çiyin və ya kürək ağrısından şikayətlənirlər. Necə bir məşq proqramı etməyinizdən asılı olmayaraq mütləq bir mütəxəssislə məsləhətləşməlisiniz. Yaralanmaların çoxu doğru texnika öyrənilmədən məşq edilməsindən qaynaqlanır.
İki məşq arasında çox ara vermək heç də yaxşı deyil. Adətən iki set arasında 30 dəqiqə ara vermək yaxşıdır. Özünüz də bu müddətə ürək ritminizi dinləyərək qərar verə bilərsiniz.
Əzələlərinizi qorumaq və yaralanmaların qarşısını almaq üçün sizə uyğun ağırlığı müəyyən etməlisiniz. 10-15 dəfə təkrarlayaraq qaldıra bildiyiniz ağırlıq sizə uyğun ağırlıqdır. Əgər 10 dəfədən az qaldıra bilirsinizsə, daha yüngül olanlardan istifadə etməlisiniz.

Şərhlər:
Baxılıb: 1064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz