Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzdəki qüsurları yox edən yoqa hərəkətləri
Üzdəki qüsurları yox edən yoqa hərəkətləri
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 1225
Səs ver:
Üzünüzün daha zərif və gözəl görünməsi üçün üz yoqasına müraciət edə bilərsiniz. Üz yoqası dərinin sallanmasının qarşısını alır, üzü arıqladıb formaya salır, qırışları azaldır.

Bir
Dodaqlarınızı bir-birinə sıxın. Daha sonra üst dodağın altını hava ilə doldurun. 10-a kimi sayın. Havanı sağ yanağa keçirin, yenə 10-a kimi sayın. Sol yanaq üçün də eyni hərəkəti təkrarlayın. Bu hərəkət 10 dəfə təkrarlanmalıdır. Bu asan hərəkət yanaqların sallanmasının qarşısını alır.

İki
Ağzınıza hava alın və sanki qarqara edirmiş kimi bu havanı ağzınızın içində dolaşdırın. Bu da yanaqların sallanmasının qarşısını alan, üz dərisinin elastikliyini artıran hərəkətlərdən biridir
 
Üç
Dodaqlarınızı büzüb "O” formasına salın. Sonra havanı üfürməyə başlayın.

Dörd
Bu hərəkətə "gülən balıq üzü” deyilir. Yanaq və dodaqlarınızı içəriyə çəkib büzün. Daha sonra bu vəziyyətdə gülümsəməyə çalışın. 5-10 saniyə gözləyin. Bu məşqi 5 dəfə təkrarlayın.

Beş
Başınızı yuxarıya qaldırın və tavana baxın. Bu vəziyyətdə ikən hava üfürməyə başlayın. Bu hərəkət buxağın yaranmasının qarşısını alır.

Altı
Alt dodağınızı qaldırıb burnunuza toxundurun. 15 saniyə bu vəziyyətdə qalın. Hərəkəti gündə 10 dəfə təkrarlayın.

Yeddi
Ağzını mümkün olduğu qədər aç və 15-ə kimi say. Daha sonra ağzını yumub 2-3 saniyə dincəl. Daha sonra hərəkəti təkrarla. Ən az 10 dəfə təkrarlamaq lazımdır.

Səkkiz
Yanaqlarınızı içəriyə çəkin. Dodaqlarınızı büzün. 10 saniyə gözləyin. Bu hərəkəti gündə ən az 10 dəfə təkrarlayın. Bu yanaqlardakı yağı azaldacaq, beləliklə, almacıq sümükləriniz daha gözəl görünəcək.

Doqquz
Ağzınıza mümkün olduğu qədər çox hava alın və ağzınızı yumun. Dərindən nəfəs alın. İstər-istəməz yanaqlarınız içəriyə doğru çəkiləcək. Sonra yavaş-yavaş havanı ağzınızdan buraxın. Bu hərəkəti 5 dəfə təkrarlayın.

On
Almacıq sümüklərinizin üzərinə orta barmaqlarınızı koyun. Dərinizi yuxarıya doğru çəkin. Ağzınızı açın. 10 saniyə gözləyin. Daha sonra əlinizi üzünüzdən götürün. Hərəkəti 10 dəfə təkrarlayın.


Şərhlər: 12
Baxılıb: 1225
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
Tesekkurler .
24 dekabr 2015 16:02
# 12
Angela7
Xəbəri oxuya-oxuya cəhd elədim, aralarında çətin və asan hərəkətlər var. Faydalı xəbərdir, seçilmişlərə əlavə etdim, təşəkkürlər.
26 noyabr 2015 04:52
# 11
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
vipbetul
uz cizgilerime idman elemirem
25 noyabr 2015 13:42
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Xəbəri oxuya - oxuya 1 dəfə bu hərəkətləri elədim. Başım gicələnməyə başladı. Öyrəşdirəcəm özümü və tez - tez etməyə çalışacam :)
25 noyabr 2015 12:29
# 9
guler19
Faydalı xəbərdi. Yoqa hərəkətləri həm sağlamlığa xeyirdi həm də üzdəki qüsurlara.
25 noyabr 2015 11:18
# 8
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
yarpaq33
Maraqli ve faydali xeberdi bunlari etmeye vaxt ve hevesde olsa yaxwi olar
25 noyabr 2015 11:09
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Roza
Maraqlidir. Tsk
25 noyabr 2015 10:09
# 6
....
mehemmedcik
Maraqlıdı.Vaxtım olanda edəcəm məndə
25 noyabr 2015 09:53
# 5
Sevmək gözəldi,sevilmək ondan da gözəldi.
Dosta_inam
Ay bunları etməyə, istək həvəs olsa gərək, oda məndə yoxdur, təşəkkür.
25 noyabr 2015 09:48
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Grsu
HEC SEBRIM OLMaz bu yoqa ile mesqul olmaga
25 noyabr 2015 09:31
# 3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
BARBI
Mende hec sebr catmaz bu hereketleri etmeye. Uz yoqasi cox faydalidir. Uzu genc saxlayir
25 noyabr 2015 09:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
Yoqa hərəkətləri barədə cox eşitmişəm, amma heç vaxt eləməmişəm
25 noyabr 2015 08:03
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz