Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamilələr üçün gimnastika
Hamilələr üçün gimnastika
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3903
Səs ver:
Hamilə qadına gimnastika nə üçün lazımdır? Məşğələləri yerinə yetirərkən, müxtəlif orqanların qan dövranı yaxşılaşır. Doğuş – qadın fiziologiyası üçün bir sınaqdır. Hazırlıqsız qadınlarda çox vaxt cırılmalar baş veri. Odur ki, qadınlar aralıq əzlələrini möhkəmləndirməlidirlər. Toksikozu olan qadınlar orqanizmin təmizlənməsinə yönəlmiş məşğələlərə üstünlük verməlidirlər.
Gimnastikaya bir oyun kimi yanaşın. Bu oyunda həyat yoldaşınız da iştirak etsə, lap yaxşı olar. Ümumiyyətlə, hamiləlik zamanı daha çox üçlükdə olmağa çalışın. Gimnastika gələcək körpənin valideymləri ilə ünsiyyətinin bir növüdür.

Gimnastik məşğələləri yemək qəbul etmə vaxtlarının arasında (yeməkdən 2 saat əvəl və ya sonra, acqarnına) və hər gün eyni vaxtda yerinə yetirmək yaxşı olardı. Davam müddəti 30 dəqiqədən 1 saata qədər ola bilər. Bu məşğələləri havası dəyişdirilmiş otaqda, döşəmə və ya xalça üzərində yerinə yetirilməlidir.
Hərəkətləri yerinə yetirərkən, tam sərbəst olmaq lazımdır, hərəkətləri yavaş sürətlə, ehtiyyatla yerinə yetirmək lazımdır. Hərəkət arasında yorulduqda, ara-bir dincələ bilərsiniz.

Hamilə vəziyyəti
– yan tərəf üzərində uzanın, sağ əl tartılıb, sol sərbəstdir, sağ ayaq düz tartılıb, sol dizdə qatlanıb.
uşaq vəziyyəti (bu vəziyyət sinir siteminin sakitləşməsinə kömək edir, bu vəziyyətdə doğmaq, tutmaları keçirmək, gücvermək olar) – dabanlarınız üstünə oturun, dizlərinizi mümkün qədər geniş açın, sanki əlləriniz üstünə "yıxılın”. Başınızı əllərinizin və ya döşəmənin üzərinə qoya bilərsiniz. Sağrı nahiyyəsi baş səviyyəsindən yuxarıdadır.

"Kəpənək”
– bu hərəkət aralıq və budun daxili səthinin toxumalarını dartmaq, cırılmaların qarşısını almaq üçün vacibdir. Hərəkət zamanı onurğa sütunu düzdür, pəncə mümkün qədər aralığa yaxınlaşdırılır, dizlər mümkün qədər yanlara doğru açılır. Təsəffür edin ki, ayaqlarınız kəpənək qanadlarıdır, onları yelləməyə başlayın (hərəkət zamanı dizlərinizi döşəməyə çatdırmağa çalışın). Hərəkət zamanı ancaq budun içəri səthi gərgin olmalıdır. Özünüz isə tam sərbəst olun. Bu hərəkəti gündə bir neçə dəfə, hətta televizorun qarşısında oturarkən yerinə yetirə bilərsiniz.

"Burulma” – cinsiyyət, sidik – ifrazat və həzm sisteminin sağlamlaşdırılmasına xidmət edir (böyrək, mədəaltı vəz, qara ciyər, bağırsaqlar, dalaq, uşaqlıq). Onurğanı möhkəmləndirir. Çıxış vəziyyəti – ayaqüstədir, kürək nahiyyəsi düz tutulur, pəncələr bir-birinə paraleldir, onlar arasındakı məsafə çiyinlərdən bir az az olmaqla (bir köndələn pəncə qədər). Maksimal dərəcədə sola, sağa çevrilərək, əllər vasitəsilə dönüş tərəfə dartılırsınız.

"Sağlam uşaqlıq” – sidik-cinsiyyət sisteminin sağlamlaşdırılmasına xidmət edir. Pəncələr 90 dərəcə qədər açılır, pəncə üzərinə oturursunuz. Dizləri mümkün qədər bir-birinə yaxın tutursunuz. Hərəkət 3 etapda yerinə yetirilir. 1etap – diz üstündə duraraq pəncələr kənara baxır, növbə ilə ağırlığınızı gah bu gah da o biri ayağınıza keçirməklə oturusunuz. 2 etap – gövdəni bir tərəfə çevirirsiniz. 3 etap – arxaya söykənin, ənsəyə dayayın, kürək nahiyyəsini qabardın, növbə ilə gah bu gah da digər çiyinə istinad edin.

"Günəş”
– onurğa sütünunu möhkəmləndirir, bütün orqanları sağlamlaşdırır. Çıxış vəziyyəti – ayaqüstə. Dairəvi hərəkətlərlə onurğanın ayrı-ayrı şöbələrini yuxarıdan aşağı hərəkətə gətirməyə çalışın. Sonra hərəkəti aşağıdan yuxarı təkrar edin.

"Karate” – ayaq əzələlərinin möhkəmlənməsinə və kiçik çanaq orqanlarının sağlamlaşdırılmasına xidmət edir. Çıxış vəziyyəti – ayaqüstə. Pəncələr paraleldirlər, əllər sərbəstdir. Prucin kimi aşağı çöküb, sonra yuxarı qalxın, ən azı 3 dəfə təkrar edin.
"Yarınqovaq” – körpəyə düzgün vəziyyət almağa kömək edir. Hamiləliyin son aylarında uşağın başı böyük olduğu üçün çanaq sümüklərinə təzyiq edir. Bud-çanaq oynaqlarında ağrı əmələ gəlir. Bu hərəkəti yerinə yetirdikdə dölün başı arxaya çəkilir və ağrı hissi azalır.

"İnək”
– doğuş prosesində iştirak edən əzələləri möhkəmləndirir. Əgər hərəkət düzgün yerinə yetirilərsə, qadın döşlərində ağırlıq, sancma hiss etməlidir. Bu hərəkət Sizi ürək sıxıcı süd sağmadan azad edər, çünki bu məşğələdən sonra süd özü-özünə axmağa başlayır və döş vəzləri travma almır. Çıxış vəziyyəti – ayaqlar çiyindən geniş məsafəyə qoyulur. Önə əyilin və əllərinizi yerə qoyun. Bu vəziyyətdə dizlərinizi və qollarınızı bükmədən gəzin.


Şərhlər:
Baxılıb: 3903
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz