Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Açıq havada edilə biləcək ən ideal idman hərəkətləri
Açıq havada edilə biləcək ən ideal idman hərəkətləri
Göndərən: emis
Şərhlər: 8
Baxılıb: 942
Səs ver:
Yay aylarının ən gözəl xüsusiyyətlərindən biri də açıq havada idman edə bilmə imkanıdır.

Səhər tezdən və ya günəş batdıqdan sonra təmiz havanı içinizə çəkərək idman etməyin verdiyi həzz tamamilə başqadır.

Bəs bu zaman hansı idman hərəkətlərini etsək, daha çox zövq alar və bədənimizi formaya sala bilərik?

Herbalife Türkiyə idman məsləhətçisi Ebru Karaduman yayda formada qalmaq istəyənlər üçün açıq havada edilə biləcək ən keyfiyyətli 5 məşqin detalları barədə məlumat verib.

Gəzinti, velosiped və konki sürmək

Yayda idman zalına getmədən və ya hər hansı idman alətinə ehtiyac duymadan da açıq havada kalori yandıraraq bədən quruluşunu formada saxlamaq olar. Açıq havada oksigenin pozitiv enerjisi idman məşqlərinin bədəninizə təsir dərəcəsini də artırır.

Açıq havada edilə biləcək ən əsas məşqlər hansılar ola bilər?

Ebru Karaduman açıq havada məşqlərə nümunə olaraq 30 dəqiqə gəzinti, yüngül tempdə qaçış, velosiped və konki sürmə, üzmə, dırmanma kimi yağ yandıran hərəkətləri göstərib.

Vəziyyətinizə və zövqünüzə əsasən tətbiq etdiyiniz ürək fəaliyyətlərindən sonra açıq havada bəzi məşqlərlə qısa müddət ərzində bədən quruluşunu formaya salmaq mümkündür.

Beləliklə, bədəninizi formada saxlayacaq 5 açıq hava hərəkəti:

Pilləkənlərlə çıxıb-düşmə:

Ayaq və omba əzələlərinizi çalışdırdığınız zaman həmçinin yağ yandırmağınızı da təmin edəcək bir idman hərəkətidir (maksimum 15-20 dəqiqə etməlisiniz).

Supermen hərəkəti:

Bu hərəkət kürək əzələlərinizi inkişaf etdirəcək. Yerə üzüstə uzanın və əllərinizi ovuclarınız yerə dəyəcək şəkildə irəli uzadın. Ayaqlarınızın düz vəziyyətini pozmadan ayaqlarınızı yuxarı qaldırın. Əzələlərinizdə ağırlıq hiss edənə qədər bu vəziyyətdə qalmağa çalışın. Daha sonra rahatlayın və hərəkəti təkrar edin (2 yanaşmada 20 dəfə təkrar etməlisiniz- hər yanaşmada 10 dəfə).

Omba qaldırma hərəkəti:

Bu hərəkət sayəsində kürək, bel və qol əzələrinizi inkişaf etdirə bilərsiniz. Arxası üstdə uzanıb dizlərinizi qatlayın. Əlləriniz yerə paralel şəkildə olmalıdır. Bu vəziyyətdə ombanızı yuxarı qaldırın. Əzələləriniz yorulana qədər bu şəkildə qalın və sonra rahatlayın (özünüzü boşaldın). (2 yanaşmada 10 dəfə təkrar etməlisiniz)

Dizləri qarına çəkmə hərəkəti:

Bu hərəkət sayəsində ayaqlarınız və ombalarınız çalışmaqla yanaşı qan dövranınız da sürətlənəcək. Olduğunuz yerdə qalaraq nəfəs alıb-verin və hər nəfəs alıb-verərkən sağ və sol ayaqlarınızı növbəli şəkildə qarnınıza doğru bükərək qaldırın. Hərəkəti getdikcə sürətləndirə bilərsiniz (sağ və sol ayaq üçün 2 yanaşmada ümumilikdə 30 dəfə təkrar etməlisiniz).

5- Criss Cross (dirsək dizə) hərəkəti:

Döşəkçəyə arxası üstdə uzanın və ayaqlarınızı 90 dərəcədə masa vəziyyətinə gətirin. Əllərinizi üst-üstdə birləşdirib boynunuzun arxa tərəfinə (peysərinizə) qoyun. Nəfəs alarkən qarnınızı yaxşıca içəri çəkin və nəfəs verərkən kürək sümüklərinizin ucuna qədər qalxıb onurğanızı tam halda sağa döndərin.

Onurğanı sağa döndərərkən çarpaz, yəni sol dizinizi sol dirsəyinizə yaxınlaşdırın, sağ ayağınızı irəliyə doğru 45 dərəcə bucaq altında uzadın. Diz və ayaqlar tam tərs istiqamətdə olmalıdır. Bu hərəkət daxildəki qarın əzələlərini və eyni zamanda yan qarın əzələləri olan maili əzələləri də çalışdırır (sağ və sol ayaqlar üçün 2 yanaşmada ümumilikdə (cəmi) 15 dəfə təkrar etməlisiniz).


Şərhlər: 8
Baxılıb: 942
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aLoNe AnGeL
yay ayini cox seviremde insanin ehval-ruhiyyesi yuksek olur soyuq havalar gelen kimi halsizliq gelir off idmani ise cox sevirem
27 avqust 2015 12:56
# 8
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Catwoman666
İdman sevirəm, amma bu hərəkətlər bədəni formada saxlamaq üçündür. Lakin mən daha çox əəzələlərimi çoxaldan idman hərəkətlərinə üstünlük verirəm.
Açıq havada idman etmək çox xeyirdir orqanizmaya. Həm də insan daha gümrah olur.

...666...
26 avqust 2015 20:46
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
idmani cox sevirem
26 avqust 2015 20:15
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Açıq havada idman etmeyi deye bilmerem.ancaq gezmeyi çox sevirem.teşekkür.
26 avqust 2015 19:09
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
idman hereketderinnen bidene hoppanmaqi sevirem,,oda boyumun uzun olmasi ucun edrem 122
26 avqust 2015 11:22
# 4
Don't trust anyone ∆
Mammadova Aysel
aciq havada qacis yaxsidir
26 avqust 2015 09:53
# 3
xeyalperest
Bunlari etmeye hovlesrm catmr men ip atliyiram birde demir firladiram
26 avqust 2015 09:44
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Aciq havada yalniz gezintilere ustunluk verirem. Ya da qacis edirem
26 avqust 2015 09:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz