Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaçırıq və arıqlayırıq
Qaçırıq və arıqlayırıq
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 1115
Səs ver:
Hal hazırda bir çox insanlar arıqlamaq və sağlam olmaq üçün qaçışla məşğul olur.

Lakin qaçışdan fayda almaq üçün bunu düzgün etmək lazımdır. Mütəxəssislər qaçışla məşğul olmağa başlayan insanlara bəzi məsləhətlər verir. Bu məsləhətlərə əməl etmək çox vacibdir.

1. Qaçışla məşğul olmaq istəyən insanın sağlamlığında cıddı pozulmalar olmamalıdır. Əgər sizdə ürək-damar, nəfəsalma sistemi və s. orqan və sistemlərində pozulmalar varsa, mütləq əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Ola bilsin ki, qaçış sizin üçün əks göstərişdir.

2. Qaçışla sübh tezdən məşğul olmaq lazımdır. Səhərlər hava daha təmiz olur. Ən əsası isə odur ki, məhz səhər tezdən qaçış metabolizm prosesləri sürətləndirir və bu da arıqlamağa kömək edir.

3. Qaçışdan əvvəl qida qəbul etmək olmaz. Su isə mütləq qəbul edin. Qaçış zamanı insan güclü tərləyir və bu da susuzlaşmaya səbəb olacaq. Qaçışdan əvvəl 1 stəkan təmiz su için. Suya 1 çay qaşığı bal da əlavə etmək olar.

4. Qaçış üçün yüngül və rahat paltar seçin. İdman ayaqqabısı çox vacib məsələdir. Düzgün seçilməmiş ayyaqqabı oynaqlar və onurğa sütununda ciddi pozulmaların əmələ gəlməsinə səbəb ola bilər. İdman dükanlarında xüsusi qaçış üçün nəzərdə tutulmuş idman ayaqqabıları satılır. Belə ayaqqabıların altlığı qalın olur və altlığın ortasında oyun olur ki, amortizasiya yaransın və oynaqlar və onurğa sütunu əziyyət çəkməsin.

5. Əgər siz bundan əvvəl heç vaxt idmanla məşğul olmamısınızsa, ehtiyatlı olun. Qaçmağa 5-10 dəqiqə ərzində və yavaş tempdə başlayır. Əgər 2 dəqiqədən sonra siz təngnəfəs olursunuz və daha qaça bilmirsinizsə, nəbzinizi yoxlayın. Nəbziniz 140 və bundan artıq vurursa, qaçışı təxirə salın. 1-2 həftə 30-40 dəqiqə ərzində sürətli tempdə yeriyin. Daha sonra isə qaçışa keçin. Lakin nəbzinizi yoxlamağa davam edin - 140 vurğudan az olmalıdır.

6. İdmanla bundan əvvəl məşğul olmayan insan bir gündən bir qaçışla məşğul olmalıdır və 5-10 dəqiqədən başlamalıdır. Daha sonra qaçışın vaxtını tədricən 30 dəqiqəyə kimi artırmaq və həftədə 5 dəfə qaçışla məşğul olmaq olar. Mütəxəssislərin fikirinə görə, 30 dəqiqədən az qaçış arıqlamağa kömək etməyəcək. Sağlamlığın qorunması, immun sisteminin möhkəmləndirilməsi üçün gün ərzində 15-20 dəqiqə ərzində qaçmaq kifayətdir.

7. Qaçış insana zövq verməlidir, qaçışdan sonra insan özünün gümrah hiss etməlidir. Lakin bu halda qaçış sağlamlığınıza xeyir gətirə bilər. Əgər insan qaçışdan sonra özünü çox yorğun, halsız hiss edirsə, deməli, qaçışın vaxtını azaltmalıdır.

8. Qaçanda özünüzü sıxmayın, gərgin olmayın. Qaçanda bədəninizi bir qədər qabağa əyin, başınızı çox aşağı salmayın, ayaqlarınızın altına baxmayın. Pəncələri tam şəkildə yerə qoymayın - əvvəl yerə daban, sonra pəncənin qabaq hissəsi dəyməlidir. Əgər qaçanda siz birdən bütün pəncəni yerə qoyursunuzsa, bu ayaqlar və onurğanıza  ziyan gətirə bilər.

9. Bəzən eşidmək olur ki, qaçış zamanı yalnız burunla nəfəs almaq lazımdır. Bu yanlış məlumatdır. Qaçış zamanı həm burunla, həm də ağızla nəfəs almaq olar.

10. Park, stadion qaçmaq üçün ən yaxşı yerlərdir.


Şərhlər: 9
Baxılıb: 1115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Qacis cox faydalidir. Men cox tenbelem qacmaga ustunluk vermirem
13 avqust 2015 02:04
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Qacisin insana xeyri var, ancaq malesef qacmiram.
12 avqust 2015 18:57
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ALESSANDRA
qacmaqla aram əladi
126
12 avqust 2015 17:46
# 7
Don't trust anyone ∆
meni_gozle
son illerdi qacmiram daha
12 avqust 2015 14:57
# 6
vipbetul
qacis orqanizimcin xeyirdi
12 avqust 2015 12:01
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
seher qacisinnan sonraki gunum cox rahat kecir deyilenler cox dogrudu
12 avqust 2015 11:29
# 4
sadecə mən
Qaçmaq həqiqətən çox faydalıdır.Gündə azı 15,çoxu 30 dəqiqə qaçıram.Özümü gün boyu çox yaxşı hiss edirəm.
12 avqust 2015 10:57
# 3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
amaril
Qacmagin faydalarini bilirem amma hec qacmiram
12 avqust 2015 08:56
# 2
tatyana
Hergun bir saat qacisimiz var oglum,qizim ve men,yazilan meslehetin hamisi dogrudur,qacisdan sonra insan ozunu cox yaxsi hiss edir
12 avqust 2015 08:43
# 1
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz